Azərbaycanın aqrar sektoru keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur
02.11.2017 [10:10]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Sonra Bakı Biznes Mərkəzində Kənd Təsərrüfatı İşçiləri Günü ilə əlaqədar geniş tədbir keçirilib.
Bayram tədbirində çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov ötən illərdə görülən işlərdən və əldə olunan uğurlardan danışıb. Bildirilib ki, aqrar sektor Azərbaycan iqtisadiyyatında daim önəmli rol oynayıb. Bu sahənin əsaslı inkişafı isə Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti illərinə təsadüf edir. Lakin sonradan 90-cı illərin əvvəllərində ölkə iqtisadiyyatında yaşanan tənəzzül kənd təsərrüfatından da yan keçmədi. Ulu öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra torpaq islahatı və digər əsaslı islahatlar həyata keçirildi və bununla da gələcək uğurların təməli qoyuldu. Hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş siyasət nəticəsində aqrar sektor keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.
Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması ölkənin ixrac potensialına və valyuta daxilolmalarına təsir göstərsə də, kənd təsərrüfatının inkişafı bunu əhəmiyyətli dərəcədə kompensasiya etmək iqtidarındadır. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən aqrar sektorda pambıqçılıq, baramaçılıq, çayçılıq, tütünçülük, fındıqçılıq və digər valyuta gətirən, ixracyönümlü və sosialyönümlü sahələrin inkişafına diqqət artırılıb.
Nazir Heydər Əsədov Prezident İlham Əliyevin sərəncamları ilə bir qrup kənd təsərrüfatı işçisinin təltif olunduğunu diqqətə çatdırıb, aqrar sektorda çalışanlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov kənd təsərrüfatının inkişafı istiqamətində keyfiyyətcə yeni mərhələnin başlandığını vurğulayıb, dövlətimizin qeyri-neft sektorunun inkişafında aqrar sahəyə xüsusi önəm verdiyini deyib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.
Qeyd olunub ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin ucuzlaşması fonunda ölkənin ixrac potensialından səmərəli istifadə olunması zərurəti meydana çıxıb. Belə bir şəraitdə kənd təsərrüfatının gəlirli və ixracyönümlü sahələrinin inkişaf etdirilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Bu, Azərbaycanda aqrar siyasətin prioritetlərindən biridir.
Sonra Azər Əmiraslanov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə bir qrup əməkdaşın təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxuyub.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qloballaşan dünya iqtisadiyyatında layiqli yer tutması və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. İndi əsas vəzifə ölkədə yaradılan bu geniş potensialdan faydalanmaqla aqrar bölməni daha da inkişaf etdirmək, onun qanunvericilik bazasını müasir tələblərə uyğun təkmilləşdirmək, dövlət başçısının yürütdüyü müasir aqrar siyasətin uğurla həyata keçməsində fəal iştirak etməkdir.
“Tərəqqi” medalı ilə təltif olunmuş Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Teyyub Rzayev və Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşı Laləzar Heydərova onlara göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Bayram tədbirinin sonunda “Kənd təsərrüfatı sahəsində informasiya sistemləri və innovativ texnologiyaların tətbiqi” mövzusu çərçivəsində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin layihəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41

