Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanın bir neçə şəhərində elektrik enerjisi kəsilib

Gürcüstanın bir neçə şəhərində elektrik enerjisi kəsilib

24.07.2026 [12:46]

Gürcüstanda, o cümlədən paytaxt Tbilisidə bir sıra şəhər və rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranıb.

AZƏRTAC xəbər verir ki, hələlik elektrik enerjisinin kəsilməsinin səbəbi rəsmi olaraq açıqlanmayıb.

Elektrik enerjisinin kəsilməsindən sonra paytaxtda içməli su və təbii qaz təchizatında da fasilələr yaranıb. Gürcüstan Dövlət Elektrik Sistemi hazırda qəzanın aradan qaldırılması istiqamətində iş aparır.

Bildirilib ki, bu gün təxminən saat 00:10 radələrində ölkə üzrə elektrik enerjisinin təchizatı qəfil dayanıb.

Hazırda bərpa işləri davam etdirilir və istehlakçıların elektrik enerjisi ilə təminatının ən qısa müddətdə tam bərpa olunacağı bildirilir. Artıq Mtsxeta-Mtianeti bölgəsinə və Tbilisinin böyük hissəsinə elektrik enerjisinin verilişi qismən bərpa edilib.

Qurum elektrik kəsintisinin səbəbi ilə bağlı müxtəlif dezinformasiyaların yayıldığını qeyd edərək media nümayəndələrini yalnız rəsmi məlumatlara istinad etməyə və təsdiqlənməmiş xəbərləri yaymamağa çağırıb.

Məlumata görə, paralel olaraq qəzanın dəqiq səbəbləri araşdırılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş:
Baxılıb: 346 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30