“Baku Shopping Festival”: planlar, gözləntilər, nəticələr
08.11.2017 [09:44]
Milli iqtisadiyyatın inkişafında turizmin rolu
Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında turizm prioritet istiqamət olaraq nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması “iqtisadi inkişaf strategiyası”nda istinad edilən 11 sektordan (8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə turizm üzrə “2020-ci ilədək tədbirlər planı”, “2025-ci ilədək uzunmüddətli baxış” və “2025-ci ildən sonrakı dövr üçün hədəf baxış” hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Görünür ki, indi Azərbaycanda turizmə mövsümi hadisə kimi deyil, iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.
Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır. Bunun üçün qonşu ölkələrlə yanaşı, qlobal miqyasda tanınan dövlətlərdən də turistlərin cəlb edilməsi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, indiyədək Azərbaycana səfər edənlər arasında ilk üç yeri Rusiya, Gürcüstan və İran turistləri tuturlar. Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilir. Bu sırada beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var. “Formula-1”, “İslam Həmrəylik Oyunları”, “Bakı-2015 birinci Avropa Oyunları”nın Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən hədəflərə çatmaqdır.
Ölkənin mövcud infrastrukturu, təbiəti, iqlimi, iri ticarət mərkəzləri, bir çox əmtəələrin qiymətlərinin ucuzluğu və ən əsası, ictimai-siyasi sabitlik, təhlükəsizlik Azərbaycanın turizm sahəsindəki iddialarını gerçəkləşdirməyə əsas yaradır. Əgər gözləntilər doğrularsa, 2020-ci ilədək olan ilk mərhələdə Azərbaycanda real Ümumi Daxili Məhsul (ÜDM) turizm sektorundan götürülən gəlirlər əsasında 465 milyon manat artacaq. Ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılması da 2020-ci ilədək olan ilk mərhələ üçün hazırlanmış planın tərkib hissəsidir. Növbəti mərhələlərdə isə daha böyük nailiyyətlər gözlənilir.
Turizmin dünya iqtisadiyyatında payı ÜDM-in 9-10 faizi qədərdir. Bu mənada, turizm istənilən ölkə üçün əhəmiyyətli gəlir mənbəyidir. Hər bir ölkə bu sahədən pay götürmək üçün uzunmüddətli rəqabət aparır. Azərbaycan isə rəqabətə yeni qoşulanlar sırasındadır. Azərbaycanda ixtisaslaşmış turizmin inkişafı üzrə proqramların hazırlanmasının tarixi 2000-ci illərdən sonrakı dövrə təsadüf edir. Demək olar ki, bu sahəyə maraq daha çox qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi yönündə addımlar atılması zərurətindən yaranıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı bu mövzuda ilk baza sənəd kimi qəbul etmək olar. Buna baxmayaraq, ölkə turizm sənayesinin inkişafı sahəsində rəqib ölkələrin keçdiyi yolu çox qısa müddətdə adlaya bilib. 2002-ci ildən keçən qısa zaman kəsiyində turizm sahəsində ciddi nailiyyətlər qazanılıb. Müqayisə üçün bildirək ki, əgər 2002-ci ildə ölkəyə gələn turistlərin sayı 834 min 351 nəfər idisə, 2016-cı ildə bu rəqəm 2 milyon 242 min 783 nəfərə qədər yüksəlib...
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” Sərəncam imzalaması, həmçinin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizm sənayesinin inkişaf etdirilməsi yönündə fəaliyyəti stimullaşdırıb. Görülən işlərin nəticəsi olaraq, 2011-ci ildən 2016-cı ilədək olan müddətdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayının orta hesabla illik 8,5 dəfə artması təmin edilib. 2016-cı il üzrə statistikaya görə, turizm sənayesinin ölkə ÜDM-də payı 4,3 faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra turizmin ölkədə ÜDM-ə təsir imkanları inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiqlənməsi Azərbaycanın ixtisaslaşmış turizm məkanlarından birinə çevrilməsi yönündə işləri daha da sürətləndirib. Sənəd turizm üzrə hədəfləri və bu hədəflərə çatmaq üçün vasitələri aydın göstərir. Bakı ilə yanaşı, regionlara da çeşidli turizm marşrutlarının hazırlanması, ölkəyə gəliş üçün viza proseslərinin sadələşdirilməsi kimi onlarca proqram turizm sahəsində hədəfə çatmaq üçün atılmış mərhələli addımlardır.
“Baku Shopping Festival” turizm üzrə hədəflərə çatmaq üçün uğurlu vasitədir
Günümüzdə sürpriz kimi ortaya çıxan aşağı qiymətli hava reyslərinin təşkilinin də turizmin inkişafı üzrə strategiyaya bağlılığı var. Yol xəritəsi “əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi”ni bir öhdəlik olaraq qarşıya qoyur. Bunu nəzərə alaraq, Azərbaycan Konqreslər Bürosu və AZAL birgə təşkilatçılıq edərək “Baku Shopping Festival” çərçivəsində 10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil ediblər. Ölkəyə turist axınını stimullaşdırmaq üçün təşkil edilən tur-paketlərə birbaşa uçuş bileti, transfer, iki nəfər üçün nəzərdə tutulan otaqda gecələmə, səhər yeməyi, festival iştirakçısı olan mağazalara turlar daxil edilib.
Yeri gəlmişkən qeyd edək ki, turizmin inkişafı yönündə icra edilən proqramlar sırasında “Baku Shopping Festival” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq keçirilən şoppinq festivallar həm turizmin inkişafı strategiyasına, həm də ümumilikdə milli iqtisadiyyatın diversifikasiyası proqramına mühüm töhfələr verə bilib.
Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel - 10 may aralığında keçirilən 1-ci Bakı Şoppinq Festivalının uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. Kampaniya ölkədə həyata keçirilən layihələrlə müqayisədə nisbətən az investisiya ilə yüksək nəticələrə çatmaq baxımından diqqət çəkir. 1-ci festivalın nəticələrini şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, “Bakıda keçirilən 1-ci Şoppinq Festivala 700 min manat xərclədik, büdcəyə isə 5,6 milyon manat vəsait daxil oldu”. Bu, festivalın gətirdiyi maddi gəlirin yalnız dövlət büdcəsinə aid olan hissəsidir. Ümumilikdə 1-ci Şoppinq Festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər satış artımları olub. Kampaniya tərkibində Azərbaycanda ilk dəfə “Tax free” sistemi tətbiq edilib, alıcılara 1,8 mln manat ƏDV qaytarılıb. Bu yolla həm yerli əhalidə, həm də turistlərdə maraq yaradılıb, onları ölkə içində ticarətə həvəsləndirib. Proqnozlara görə, 10 aprel - 10 may tarixlərində keçirilən 1-ci, 15 oktyabr - 15 noyabr tarixlərində keçiriləcək 2-ci Bakı Şoppinq festivalları nəticəsində ölkə büdcəsinə ümumilikdə 50 milyon manatadək vəsait daxil olacaq. İki festivalın təşkili üçün çəkilən xərclərin cəmi isə 1 milyon 500 min manatdır. 2-ci festivala 600-ə yaxın ticarət obyektinin, supermarketin, aptekin qoşulması deməyə əsas verir ki, 1-ci festivalın nəticələri uğurlu olub. Belə ki, 2-ci festivala qatılan ticarət obyektlərinin sayı 3 dəfə yüksəlib, kampaniya alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişli şərait yarada bilib. Məlumat üçün qeyd edək ki, festival ərzində kampaniyaya qoşulmuş obyektlərdə alıcılara minimum 10%, bəzi mallar üzrə isə 70%-ə qədər endirimlər təklif edilir.
Amma Bakı Şoppinq Festivalın ölkə üçün faydası təkcə maddi gəlirlə, yaxud turist axınını stimullaşdırmaqla yekunlaşmır. Kampaniya dövründə beynəlxalq və yerli KİV-lər Bakı şoppinq festivallarının təşkilinə əhəmiyyətli yer ayırıblar. 15 oktyabrda başlanan 2-ci festival barədə qısa müddət ərzində xarici mediada təqribən 60-dan çox məqalə dərc edilib. Ərəb ölkələri, postsovet ölkələri, Türkiyə, İran, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya, Kanada KİV-lərində yayımlanan məqalələrdə Bakı Şoppinq Festivalla yanaşı, Azərbaycan və onun paytaxtının tanıdılmasına da əhəmiyyətli yer verilib.
Nəticələr
Rəsmi statistikaya görə, turizm sənayesində çalışanların sayı 2017-ci ildə 46 min nəfərə çatıb ki, bu da proqnozlaşdırılandan təqribən 29% yüksəkdir. Yuxarıda qeyd etmişdik ki, turizmin inkişafı üzrə proqramlarda 2020-ci ilədək olan ilk mərhələdə ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılacağı nəzərdə tutulmuşdu.
2017-ci ilin daha bir uğuru ölkəyə gələn turistlərin kəmiyyəti ilə bağlıdır. İlin 9 ayı ərzində Azərbaycana 2 milyon 71 min 918 nəfər turist gəlib, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım deməkdir. Hesablamalara görə, ilin ilk 8 ayında gələn turistlərin ölkə içində xərclədikləri vəsait 700 milyon dollardan yüksəkdir ki, bu da ölkə büdcəsi ilə yanaşı, özəl xidmət sektoru üçün ciddi mənbədir. Uğurlu nəticənin əldə edilməsində “Baku Shopping Festival”ların xüsusi payı var. Festival çərçivəsində icra edilən proqramlar, o cümlədən güzəştli tur-paketlər və “Tax-free” sistemi qonşu ölkələrdən turist axınını stimullaşdırıb.
Şoppinq festivallar dünya turizm və ticarət təcrübəsində mövcuddur. Türkiyə, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilərək turist axınını stimullaşdıra bilib. MDB məkanında isə ilk dəfə Azərbaycanda təşkil edilib. Azərbaycan beynəlxalq kampaniyaya milli çalar qatmaqla onu daha da möhtəşəm və uğurlu edə bilib. Həm də daxil olduğu region üçün yeni ənənə yaradıb. Təsadüfi deyil ki, Tiflis şəhər meri, Gürcüstan baş nazirinin keçmiş müavini Kaxa Kaladze, həmçinin gürcü iqtisadçı ekspert İosif Arçvadze Azərbaycanda tətbiq edilən şoppinq festival ənənəsinin Gürcüstanda da ciddi maraq oyatdığını, gələcəkdə bu praktikanın Bakıda və Tibilisidə eyni vaxtda tətbiq ediləcəyinə inandıqlarını bildiriblər. Türkiyə Mərmərə qrup strateji-sosial araşdırmalar vəqfinin başqanı Akkar Suner isə Azərbaycanda yaradılan bu ənənənin bütün regiona təsir edəcəyini bildirib.
2-ci Bakı Şoppinq Festivalının davam etdiyi bir dövrdə Dünya Bankının Azərbaycanla bağlı müsbət rəy açıqlaması da təsadüfi deyil. Qurum ötən həftə yaydığı hesabatında Azərbaycanın adını “Doing Business 2018” hesabatında 8 pillə irəli çəkərək, 190 ölkə arasında 57-ci yerə yüksəldib.
Ən əsası isə, Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Bundan öncə isə Dünya Səyahət və Turizm Şurası Azərbaycanı 2010-2016-cı illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələr sırasında ilk 10-luğa daxil edib.
İndiki templə davam edərsə, Azərbaycanın 2025-ci ilə planlaşdırdığı “Dünyada turistlərin ən çox üstünlük verdikləri 20 məkandan biri”nə çevrilmək iddiaları daha tez doğrula bilər.
Müşfiq Ələsgərli
Milli.Az
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13

