Rusiya Azərbaycanın böyük həcmdə qaz nəql etmək gücündə olduğunu bəyan edib
01.09.2009 [09:51]
Azərbaycan gələn ilin yanvar ayından etibarən Rusiyaya qaz nəqlini həyata keçirmək üçün şimal marşrutunda texniki işlərə başlayıb. İki gün əvvəl ölkəmizdə olan Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə birlikdə texniki-təchizat məsələlərini müzakirə edən Dövlət Neft Şirkətinin mütəxəssisləri qazın ixracı ilə bağlı infrastruktur obyektlərində müvafiq yenidənqurma işlərinin vəziyyətini nəzərdən keçiriblər. Rusiyalı mütəxəssislər Azərbaycanla sərhəddə yerləşən “Şirvanovka” qaz ölçü qovşağına baxış keçirərək mövcud infrastrukturun vəziyyətini yüksək dəyərləndiriblər. Eyni zamanda, Azərbaycan tərəfi sentyabrın ortalarında Rusiya ilə sərhəddəki “Novo-Filya” qaz ölçü stansiyasının texniki vəziyyətini nəzərdən keçirmək üçün bu ölkəyə səfər edəcəklər.
“Qazprom” şirkətinin nümayəndələri Azərbaycanın qaz ixracı ilə bağlı infrastrukturunun hazır vəziyyətdə olduğunu bildiriblər. Onlar artıq təbii qazın alqı-satqısı üzrə əldə olunmuş razılaşmanın tələblərinə uyğun əməkdaşlığa başlamağın mümkünlüyünü diqqətə çatdırıblar. “Qazprom” tərəfi onu da bəyan edib ki, Azərbaycanın Rusiya istiqamətindəki mövcud ixrac boru kəməri böyük həcmdə yanacaq nəql etməyə imkan verir. “Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin qənaətinə görə, Azərbaycan şimal boru xətti ilə ildə 5 milyard kubmetrdən artıq qaz nəql etmək imkanına malikdir. Rusiya bu marşrutu bölgədə ən əhəmiyyətli ixrac kəmərlərindən biri hesab edir. Xatırladaq ki, bu il iyunun 29-da Rusiya prezidenti Dmitri Medvedevin respublikamıza səfəri zamanı ölkələr arasında təbii qazın Rusiyaya satılması ilə bağlı saziş imzalanıb. Dövlət Neft Şirkəti ilə “Qazprom” arasında qazın alqı-satqısına dair razılaşmaya əsasən 2010-cu ildən etibarən Azərbaycan qazı şimal marşrutu ilə Rusiya Federasiyasına nəql olunacaq. Tərəflər ötən müddət ərzində yanacağın nəqlinin şərtlərini və mübadilə üzrə əməliyyatların iqtisadi baxımdan məqsədəmüvafiqliyini nəzərdən keçiriblər. A.Miller qeyd edib ki, Dövlət Neft Şirkəti ilə “Qazprom” arasında qazın ixracı ilə bağlı sazişin, demək olar ki, bütün təfərrüatları razılaşdırılıb.
Rusiya Azərbaycandan gələn il 500 milyon kubmetr qaz əldə edəcək. Yanacağın ilkin mərhələdə Dağıstana və ətraf rayonlara ixracı nəzərdə tutulur. Qeyd edək ki, bu həcmdə yanacaq respublikamızın ildə ixrac etdiyi qazın təxminən 4 faizi deməkdir. Azərbaycan 2010-cu ildə dünya bazarına 12 milyard kubmetrdən çox qaz nəql etməyi planlaşdırır ki, bunun da 500 milyon kubmetri Rusiyanın payına düşəcək. Rəsmi Moskva Azərbaycanla əməkdaşlığa mühüm önəm verərək qaz əməkdaşlığının miqyasının daha da genişlənməsində maraqlıdır və növbəti illərdə qazın həcminin artırılmasını istəyir. Bu isə, təbii ki, geoiqtisadi-siyasi amillərlə bağlıdır.
Məlum olduğu kimi, Azərbaycan çoxşəbəkəli marşrutlar sisteminə qoşulmaqla regionda enerji ehtiyatlarının nəqlinə görə aparıcı ölkəyə çevrilib. Eyni zamanda, respublikamız nəqliyyat-kommunikasiya xətlərinin mərkəzinə çevrilməklə böyük nüfuz sahibidir. Bütün Avropa dövlətləri Azərbaycandan yanacaq əldə etmək üçün ölkəmizlə danışıqları sürətləndirməkdədir. Bu və digər meyillər bir daha ölkəmizin dünyada və bölgədə nüfuzunun artmasının daha bir göstəricisi kimi dəyərləndirilə bilər. Məhz buna görə də Rusiya dünyanın enerji təchizatında mühüm yer tutan Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Kreml respublikamızın həyata keçirdiyi diversifikasiya siyasətindən kənarda qalmaq istəmir və qaz sahəsində əməkdaşlığın miqyasının qarşıdakı illərdə artırılması barədə təkliflər də qeyd etdiyimiz faktorlarla bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, 2012-2013-cü illərdə “Şahdəniz” yatağının ikinci fazası çərçivəsində Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq və Rusiyanın əlavə olaraq həmin ehtiyatlardan pay əldə etmək niyyəti başadüşüləndir. “Qazprom” bu məqsədlə 2011-ci və sonrakı illərdə Azərbaycandan alınan yanacağın həcminin artırılmasını istəyir.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətinə üstünlük verir və “Şahdəniz”də hasilatın artması nəticəsində digər ölkələrin də yanacaq ixracından faydalanması mümkündür. Eləcə də Rusiyaya əlverişli qiymət tarifləri təklif olunarsa yanacaq nəqli artırıla bilər. Yanacağın istehlakçılara çatdırılması üçün iqtisadi baxımdan daha sərfəli və respublikamızın iqtisadi maraqlarına cavab verən marşrutlara üstünlük veriləcək. ümumiyyətlə, Azərbaycan hökuməti milli, iqtisadi və siyasi maraqlarımıza xidmət edən enerji siyasəti yürüdəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19

