/ / Elmir Vəlizadə: Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni müstəviyə və inkişaf mərhələsinə keçir
Elmir Vəlizadə: Nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı yeni müstəviyə və inkişaf mərhələsinə keçir
05.09.2018 [09:20]
Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə imzalanan çoxlu sayda sənədlər iki ölkə arasındakı siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafının yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində mövcud münasibətlərin genişləndirilməsi və hüquqi bazanın formalaşdırılması istiqamətində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum” da bu sənədlərdən biridir. Memorandum nəqliyyat sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının yeni müstəviyə və inkişaf mərhələsinə keçməsinə xidmət edəcək.
Bu sözləri AZƏRTAC-a nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavini qeyd edib ki, həmin sənədin imzalanması Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin rəqəmsal infrastrukturunun yaradılması üzrə əməkdaşlığın genişləndirilməsinə, hər iki dövlətdə informasiya-kommunikasiya texnologiyalarının nəqliyyat sahəsində tətbiqinə, innovasiya texnologiyalarının yaradılması və öyrənilməsi üzrə elmi-tədqiqat, texnoloji və eksperimental proqramların, layihələrin həyata keçirilməsinə, əldə edilmiş təcrübə və bilik mübadiləsinə səbəb olacaq.
“İmzalanmış sənəd ölkələrimiz üçün mühüm əhəmiyyət daşıyan sənədlərdən biridir. Memorandum nəqliyyat sahəsində Azərbaycan və Rusiya arasında əməkdaşlığın yeni müstəviyə və inkişaf mərhələsinə keçməsinə xidmət edəcək”, - deyə E.Vəlizadə qeyd edib.
Nazir müavini bildirib ki, memorandumda nəqliyyat sahəsində logistika, innovativ texnologiyalar və mövcud informasiya sistemlərinin inkişafında ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi qeyd olunur: “Bu baxımdan da həm ölkələrarası, həm də ölkələrin özündə bu sahədə işlərin görülməsi müddəası da sənəddə öz əksini tapıb. Bütün bunlar onu göstərir ki, bu sənədin imzalanması üçün ölkələrdə artıq müəyyən əsas, bünövrə mövcuddur. Həm Azərbaycanın, həm Rusiyanın informasiya-kommunikasiya texnologiyalarının xüsusilə də nəqliyyat sahəsində tətbiqi üzrə müsbət təcrübələri mövcuddur. Hesab edirik ki, bu təcrübələrin bölüşülməsi çox vacibdir”.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün memorandumda xüsusi müddəalar da nəzərdə tutulub. Nəqliyyat infrastrukturunun ilə yanaşı, bu sahədə informasiya texnologiyalarının infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulub. Azərbaycan qarşısına qoyduğu nəqliyyat-tranzit, logistika mərkəzinə çevrilməsi hədəfinə yaxınlaşır. Artıq bizim buna müəyyən potensialımız da var. Azərbaycanın yaratdığı infrastruktur, yəni, avtomobil yolları, dəmir yolları, Bakı Beynəlxalq Ticarət Limanı və sair buna tam şəkildə imkan yaradır. Bu baxımdan, ölkələrimiz üçün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çox mühüm əhəmiyyətə malikdir. Bu gün dəhliz iki ölkənin iqtisadi potensialını yüksəldir. Hesab edirəm ki, imzalanmış memorandum bizə yeni bir mərhələyə keçməyə imkan yaradacaq, ölkələrimiz arasındakı əməkdaşlıq daha da inkişaf edəcək”, - deyə nazir müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27

