Azərbaycan Rusiya ilə uzunmüddətli enerji əməkdaşlığına başlayır
20.10.2009 [02:35]
Azərbaycanla Rusiya uzunmüddətli qaz əməkdaşlığı sahəsində saziş imzalayıb. Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “Qazprom” arasında imzalanmış sazişə əsasən Azərbaycan 2010-cu il yanvarın 1-dən etibarən Rusiyaya ildə 500 milyon kubmetrdən az olmayaraq qaz satacaq. ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin və “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerin imzaladığı sənədin qüvvəyə minməsindən sonra respublikamızın qaz ixrac etdiyi ölkələrin sırasına daha bir dövlət-Rusiya da daxil olacaq ki, bu da Azərbaycanın tərəfdaşlarının sayının artmasına səbəb olacaq.
Xatırladaq ki, ARDNŞ ilə Rusiyanın “Qazprom” şirkəti arasında qazın alqı-satqısına dair razılaşma bu il iyun ayının 29-da Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə səfəri zamanı əldə olunub. Tərəflər həmin vaxt təbii qazın alqı-satqısı ilə bağlı müqavilənin əsas şərtləri barədə niyyət protokolu imzalayıb. ötən müddət ərzində qazın satışı ilə bağlı bütün komponentlər müzakirə olunub, eyni zamanda, yanacağın nəqli üçün kəmərlərin rentabellilik vəziyyəti araşdırılıb. Həmçinin, ARDNŞ ilə “Qazprom” qazın qiyməti və həcmi ilə bağlı detalları da nəzərdən keçiriblər və qeyd olunan məsələlər tam həll edildikdən sonra yanacağın alqı-satqısına dair uzunmüddətli müqavilə imzalanıb.
Rusiya respublikamızdan ilkin mərhələdə kiçik həcmdə qaz alsa da növbəti illərdə yanacaq nəqlinin miqyasının genişləndirilməsini təklif edir. Onu da qeyd edək ki, “Qazprom” ilə ARDNŞ arasında əməkdaşlıq uzun bir dövrü əhatə edir və tərəflər 2010-2015-ci illərə dair əməkdaşlıq sazişi imzalayıb. Bu sənəd enerji sahəsində əlaqələrin perspektivdə daha da möhkəmləndirilməsi üçün zəmin yaratmaqla yanaşı, digər sazişlərin imzalanması üçün açar rolunu da oynamış olacaq. Qarşıdakı illərdə Azərbaycan qazının Avropa və Asiya bazarlarına nəql olunmasında hər iki tərəf mövcud olan qaz kəmərləri infrastrukturundan birgə faydalanmaq niyyətindədir. Ruslar “Şahdəniz” yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasilatın əhəmiyyətli dərəcədə artmasını nəzərə alaraq perspektivdə daha böyük həcmdə qaz resursları əldə etmək istəyir. Xatırladaq ki, “Şahdəniz”in ikinci fazası dövründə ölkəmiz ən azı 16 milyard kubmetr qaz ixrac etmək imkanına malik olacaq və təxminən 2013-2014-cü illərdə həmin yatağın resursları hesabına Avropanın bir sıra ölkəsinə yanacaq nəqli mümkünləşəcək. Buna görə də Rusiya həmin illərdə qaz sahəsində daha geniş formatda əməkdaşlıq etmək niyyətindədir.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Azərbaycan enerji siyasətini həyata keçirərkən diversifikasiya siyasətinə üstünlük verir və bütün tərəfdaşları ilə əməkdaşlığı vacib sayır. Qaz satışı zamanı iqtisadi cəhətdən sərfəli olan və kommersiya prinsiplərinə tam cavab verən sazişlərin reallaşması mümkündür. Rusiya kommersiya baxımından sərfəli qiymət təklif edəcəyi halda onun “Şahdəniz”in ikinci fazasından yararlanması da realdır. Hər iki ölkə hazırda qazın satış qiymətini iqtisadi cəhətdən səmərəli hesab edir və bu, gələcəkdə əməkdaşlığın dərinləşməsinə stimul verir.
Azərbaycan Rusiya ilə qaz nəqlini həyata keçirməklə bərabər, enerji sahəsində sıx əməkdaşlığı genişləndirmək niyyətindədir. Tərəflər qaz sistemində yenidənqurma işlərinin aparılması və təchizat məsələlərində qarşılıqlı təcrübənin mənimsənilməsi sahəsində əməkdaşlıq barədə də razılığa gəlib. “Qazprom” və ARDNŞ “Azəriqaz” İstehsalat Birliyi magistral qaz kəmərlərində və ölçmə-paylayıcı sistemlərində təmir-bərpa və rekonstruksiya işlərinin birgə həyata keçirilməsini yerinə yetirəcək.
Azərbaycan enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversifikasiya xəttinə üstünlük verir və bu məqsədlə enerji ehtiyatlarının ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə qoşulub. Rusiyaya qaz nəqli marşrutu da həmin şəbəkənin bir hissəsidir. Yəni, Azərbaycanın qaz nəqli kəmərləri sisteminə “Bakı-Qazıməmməd-Şirvanovka-Mozdok” marşrutu da daxil olacaq. Bu, yanacağın ixracını həyata keçirmək üçün ən rentabelli marşrutlardandır. “Bakı-Qazıməmməd-Şirvanovka-Mozdok” qaz boru kəməri rentabellilik baxımından böyük imkanlara və ildə 5 milyard kubmetrdən çox yanacaq nəql etmək gücünə malikdir.
ümumilikdə, respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcuddur və Rusiya ilə sazişin qüvvəyə minməsindən sonra, demək olar ki, bütün qaz marşrutları işlək vəziyyətdə olacaq. Bu tendensiya isə ölkəmizin zəngin neft və qaz ehtiyatlarının ixracının həcminin artması və yeni ixrac marşrutlarının istifadəyə verilməsini şərtləndirmiş olur. Beləliklə, Azərbaycan çoxşaxəli enerji siyasəti yürütməklə “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” kimi dünya əhəmiyyətli marşrutlarla yanaşı, Avropanın siyasi və iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək kəmərlərin - “Odessa-Brodı-Plotsk-Qdansk” və NABUCCO marşrutlarının gerçəkləşməsində qətiyyəti ilə diqqəti cəlb etməkdədir. Xəzər-Qara-Baltik dənizləri enerji dəhlizinin yaradılması respublikamızın enerji təhlükəsizliyində mövqeyini möhkəmləndirmək və iqtisadi dividentlər gətirməklə bərabər, regionda siyasi üstünlüyünü artırmış olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

