Nazir: Azərbaycan bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlığa açıqdır
11.09.2019 [09:52]
Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Asiya Enerji Nazirlərinin 8-ci Görüşü”ndə Azərbaycanı təmsil edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir “Rəqabətli və məhsuldar enerji üçün yeni texnologiyaların rolu” mövzusunda çıxış edib. O, çıxışında növbəti 20 ildə enerjiyə tələbatın ağırlıq mərkəzinin Asiya regionuna düşəcəyi ilə bağlı proqnozlara istinad edərək enerjiyə artan tələbatın ödənilməsi ilə eyni vaxtda karbon emissiyalarının azaldılması kimi məsələlərin həlli baxımından tədbirin əhəmiyyətini qeyd edib.
Dünya enerji sistemində texnologiyaların böyük dəyişikliklərə yol açdığını vurğulayan nazir sənaye üsulu ilə ilk neftin çıxarılmasından bu günədək Azərbaycanın enerji sektorunda texnoloji yeniliklərin tətbiqi ilə bağlı təcrübəsini bölüşüb. Dünyanın ən nəhəng infrastruktur və qlobal enerji təhlükəsizliyi layihələrindən sayılan, artıq yekunlaşmaqda olan “Cənub Qaz Dəhlizi”ni və onun resurs mənbəyi - “Şahdəniz” yatağının işlənməsini qabaqcıl mühəndislik və texnoloji uğurun nümunələri kimi diqqətə çatdırıb.
Energetika naziri Azərbaycanın enerji ölkəsi kimi davamlı inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ekoloji cəhətdən təmiz texnologiyalardan, bərpaolunan enerjidən istifadənin genişləndirilməsinə və energetika sektorunun liberallaşdırılmasına imkan yaradan islahatların həyata keçirilməsindən bəhs edib: “Bu gün Azərbaycanın enerji siyasətində izlənilən kurs təbii ehtiyatlarımızdan səmərəli, bərpaolunan alternativ enerji mənbələrindən isə tam şəkildə istifadəyə yönəlib. Ölkədə elektrik enerjisinin 92 faizini ənənəvi enerji resurslarından - təbii qazdan əldə edir. Bir tərəfdən, ən yeni texnologiyalar tətbiq etməklə təbii qazla işləyən elektrik stansiyalarında yüksək nəticələr əldə etmək, stansiyaların faydalı iş əmsalını yüksəltmək, enerji səmərəliyinə nail olunması istiqamətində tədbirlər görülür. Digər tərəfdən isə karbon emissiyalarını daha çox elektroenergetika sektorunun yaratdığını nəzərə alaraq elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payını artırmağa çalışırıq”.
Nazir təmiz, məhsuldar və dayanıqlı enerji ilə dolu gələcəyin yaradılması üçün beynəlxalq əməkdaşlığın vacibliyinə də toxunub və Azərbaycanın bərpaolunan enerji sahəsində də belə bir əməkdaşlığa açıq olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

