UNEC-də sahibkarlığın inkişafında vergi siyasəti müzakirə olunub
19.12.2019 [09:51]
Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdən öncə Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb. Görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılaraq, əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə olunub.
Sonra UNEC-in professor-müəllim heyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmilərinin, dövlət qurumlarının rəhbərlərinin, biznes nümayəndələri və elm adamlarının iştirakı ilə “dəyirmi masa” öz işinə başlayıb.
UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru Zahid Məmmədov əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının ali təhsil müəssisələri qarşısında duran vacib məsələlərdən biri olduğunu qeyd edib. O, müvafiq istiqamətdə elm-təhsil-biznes vəhdətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, UNEC-də elmin və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə elmi tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev təqdimatla çıxış edərək, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb. Həmçinin Azərbaycan hökumətinin iqtisadi əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirərək, dövlət və özəl sektorlar arasında səmərəli əlaqələrin qurulduğunu bildirib.
İqtisadiyyat Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva isə çıxışında ölkədə vergilər sahəsində həyata keçirilən islahatlardan danışıb. Mikro və makro sahibkarlığın inkişafında vergilərlə bağlı tətbiq olunan stimullaşdırıcı tədbirlər, KOS subyektlərinə dövlət dəstəyi, onların klasterləşdirilməsi barədə ətraflı məlumat verib. Nazirlik rəsmisi kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə vergi siyasətində konkret istiqamətlərin müəyyən edildiyini bildirib, həyata keçirilən islahatların həm də sahibkarların inzibatçılıq yükünün azaldılmasına xidmət etdiyini vurğulayıb.
Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov isə dövlət və özəl sektorlar arasında əməkdaşlıqda beynəlxalq təcrübədən danışıb.
Tədbir müzakirələrlə davam edib. Dövlət orqanlarının yeni məcəllələrinin hazırlanmasında elmi müəssisələrin yaxından iştirakının vacibliyi, vergi hüquqpozmalarında beynəlxalq təcrübənin öyrənilməsi, startap layihələrinə güzəştli vergilərin tətbiqi və digər təkliflər səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

