Sahibkarlar biznesə başlamaq prosedurları ilə bağlı məlumatlandırılıblar
17.03.2021 [20:55]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən DVX-nın şöbə rəisi Hüsniyyə Abdullayeva sahibkarlığın təşviqi, biznesə başlamaq üçün yaradılmış müasir qeydiyyat sistemlərinin əhəmiyyətini vurğulayaraq dövlət qurumları tərəfindən biznesin elektronlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, onlayn qeydiyyat sisteminin həyata keçirilməsində məqsəd biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Bu sistemə əsasən, qeydiyyat sənədləri vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır.
2018-ci ilin sonundan vergiödəyicisinin qeydiyyatı yeni üsulla (FİN-kod və mobil nömrə) aparılır ki, burada qeydiyyat, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla həyata keçirilir. Yeni üsulla qeydiyyat zamanı əmək müqavilələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə e-imza tələb olunmadan qeydiyyat zamanı elektron olaraq ötürülür, qeydiyyat sənədləri elektron dövriyyə edir.
Nəticədə qeydiyyat prosesi tam sadələşib, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd tələb olunmur, bütün informasiyalar vahid mərkəzdə toplanır, qeydiyyat məlumatları aidiyyatı orqanlara dərhal göndərilir. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib.
Beləliklə, qeydiyyat sahəsində aparılmış son islahatlar yerli investisiyalı MMC-nin dövlət qeydiyyatının maksimum elektronlaşdırılmasına imkan yaradıb.
Tədbir zamanı müvafiq sahədə aparılan islahatlar, qeydiyyat üzrə ləğv olunan prosedurlar, hüquqi şəxslərin bir prosedurla onlayn dövlət qeydiyyatı, elektron sistem və ondan istifadə qaydaları ilə bağlı proseslər əyani şəkildə izah edilib. Həmçinin təkmilləşdirilmiş elektron müraciət sisteminin üstünlükləri, ondan istifadə qaydaları ilə bağlı məlumat verilib, bununla bağlı hazırlanmış videoçarx nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
“Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda təşkil olunmuş tədbirdə startaplar, mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də öz biznesini qurmaq istəyən şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33

