Kommersiya hüquqi şəxslərin yeni qeydiyyat üsulunun xüsusi çəkisi artır
18.03.2021 [19:09]
Yerli investisiyalı MMC-lərin 17,3 faizi yeni üsulla qeydə alınıb
Cari il martın 1-nə respublika üzrə uçotda olan 1 milyon 231 min 572 vergiödəyicisinin 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxs və digər təşkilatlar olub.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 161 min 80 vahid (115,1 faiz) artıb ki, bunun da 94,5 faizi fiziki, 5,5 faizi hüquqi şəxslərin hesabınadır. Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayı əsasən kommersiya qurumları hesabına artıb (müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 6,8 faiz artıb).
Bu ilin əvvəlindən 1776-sı yerli investisiyalı olmaqla 1910 kommersiya qurumu dövlət qeydiyyatına alınıb. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. Yerli investisiyalı qurumların dövlət qeydiyyatının sayının artması bütünlüklə elektron qeydiyyatın sayının artması hesabına baş verib. Belə ki, yerli investisiyalı qurumlar üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron qeydiyyatın sayı 18,7 faiz artıb, kağız daşıyıcıda müraciətlər əsasında aparılmış qeydiyyatın sayı isə 9 faiz azalıb. Bu, vergiödəyicilərinin qeydiyyat prosesi zamanı daha sürətli və asan həyata keçirilən elektron qeydiyyat sisteminə üstünük verməsi ilə əlaqədardır.
2021-ci ilin yanvar və fevral aylarında qeydiyyata alınmış kommersiya qurumlarının 85,1 faizi elektron qaydada müraciət edib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi isə 91,7 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 307 yerli investisiyalı MMC qeydiyyata alınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1 faiz, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,3 faiz təşkil edib.
Cari ilin yanvar-fevral ayları ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2115, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 558 vahid təşkil edib. Bu dövrdə fəaliyyəti passivləşmiş (fəaliyyəti dayandırılmış) hüquqi şəxslərin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,6 faiz, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 20,5 faiz azalıb. 2021-ci ilin iki ayında qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.281 vahid çoxdur.
Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,3 faizi kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,3 faiz artıb. Hazırda ümumi kommersiya qurumlarının 58,3 faizinin vəziyyəti aktivdir. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb və hazırda 23 min 627 nəfər təşkil edir.
Martın 1-nə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 270-dir. Cari ilin yanvar-fevral aylarında 134 xarici investisiyalı kommersiya hüquqi şəxsləri qeydiyyata alınıb ki, onların da 32,1 faizi ticarət, 27,6 faizi xidmət, 10,4 faizi tikinti, 29,9 faizi digər sahələrdə fəaliyyət göstərir.
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

