Üçüncü Könüllü Milli Hesabatın ictimai dinləmələri keçirilib
20.04.2021 [08:58]
2021-ci ilin iyul ayında Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının himayəsi altında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikası tərəfindən təqdim edilməsi nəzərdə tutulan üçüncü Könüllü Milli Hesabatın parlament, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirəsi təşkil olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, parlament nümayəndələri ilə müzakirələrdə çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Baş nazirin müavini Azərbaycanın regionda ilk ölkə olaraq, “Dayanıqlı inkişafın iqtisadi, sosial və ətraf mühit aspektlərinin gücləndirilməsi məqsədilə COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması: 2030 Gündəliyinə nail olmaq məqsədilə inklüziv və effektiv sistemin yaradılması” mövzusuna uyğun 3-cü dəfə Könüllü Milli Hesabatın təqdim olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Əli Əhmədov hesabatda yoxsulluğa son qoyulması, səhiyyə sisteminin inkişafı, ərzaq təhlükəsizliyinə nail olunması, məşğulluğun qorunması istiqamətində ölkədə görülmüş işlərin öz əksini tapdığını vurğulayıb. Eyni zamanda, BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Alessandro Frakassetti İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, şuranın katibi Hüseyn Hüseynov ölkəmiz tərəfindən təqdim ediləcək növbəti Könüllü Milli Hesabat barədə təqdimatla çıxış edib.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə üçüncü Könüllü Milli Hesabatın özəl sektor nümayəndələri və qeyri-hökumət təşkilatları ilə müzakirələr keçirilib.
Müzakirələrdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Mehman Abbas, BMTİP-in Azərbaycanda rezident nümayəndəsinin müavini Çaru Bist, DİM-lərin həyata keçirilməsində qeyri-hökumət təşkilatları və özəl sektorun rolunun əhəmiyyətini qeyd ediblər.
Müzakirələrdə mövzu ilə bağlı təqdimatlar keçirilib.
Yekunda Azərbaycan Respublikasının üçüncü Könüllü Milli Hesabatının layihəsi müsbət qiymətləndirilib, DİM-lərin həyata keçirilməsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25

