Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əməkhaqları, pensiya və müavinətlərin artırılması üçün təkliflər hazırlanır

Əməkhaqları, pensiya və müavinətlərin artırılması üçün təkliflər hazırlanır

16.10.2021 [16:03]

Nazirlər Kabineti Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlayıb.

Bu barədə yeniazerbaycan.com-a Nazirlər Kabinetindən məlumat verilib.

"Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir.

Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib.

Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb" - məlumatda bildirilib.

 

Paylaş:
Baxılıb: 852 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31