Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

08.10.2026 [17:35]

May ayında Səudiyyə Ərəbistanında Günəş elektrik stansiyasının yerləşdiyi ərazidə nəsli kəsilmək təhlükəsi ilə üzləşən ərəb səhra ceyranlarının populyasiyasının bərpası layihəsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Səudiyyə tədqiqatçılarının məlumatına görə, bu, məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilən ilk haldır.

“Al-Arabiya” xəbər saytı yazır ki, ərəb səhra ceyranı nəsli kəsilmək təhlükəsi ilə üzləşən növ kimi təsnif edilir. Bu heyvanlar yalnız Qərbi Asiyanın kiçik bir ərazisində yaşayır. Hazırda cəmi bir neçə min ceyran qalıb və onların sayı azalmaqda davam edir.

Səudiyyə Ərəbistanının şimal-qərb hissəsində, Qırmızı dənizin sahilində şahzadə Məhəmməd bin Salman adına nəhəng təbiət parkı yerləşir. Parkda 505 hektar ərazidə Günəş panelləri sahəsi yaradılıb. Parkın xüsusi bölmələrinə 38 səhra ceyranı gətirilib. Onlardan 33-ü dişi, beşi isə erkəkdir. Panellərin quraşdırıldığı ərazi hasarlanıb və bununla da yırtıcılarından qorunur. Günəş panelləri uçan yırtıcılardan da müdafiəni təmin edir. Panellər, həmçinin ceyranları yandırıcı Günəşdən qoruyur və temperaturu 5-10 dərəcə aşağı salır. Ümid edilir ki, ceyranlar qorunan və qismən təbii şəraitdə çoxalacaqlar. Məqsəd 2031-ci ilədək ceyranların sayını 600-ə çatdırmaqdır. İlk balaların dekabr ayında doğulacağı gözlənilir.

Bu ərazidə dağ ceyranları və yerli dovşanlar, yaxud kapibaralar da yaşayır.

Günəş panellərindən təbiətin mühafizəsi məqsədilə istifadə olunması sürətlə yayılır. Lakin onlardan daha çox bitki və həşərat populyasiyalarının bərpası üçün istifadə edilir.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Analitik

Braziliya seçkiləri

08 Oktyabr 09:17  

Sosial

Payız depressiyası...

08 Oktyabr 08:52

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31