Azərbaycan Türkmənistan əlaqələri yeni mərhələdə
08.10.2026 [13:58]
Münasibətlər strateji tərəfdaşlıq xətti üzrə inkişaf edir
Həm çoxtərəfli, həm də ikitərəfli münasibətlərin inkişafında maraqlı olan Azərbaycanın bölgəmizdə yaratdığı yeni reallıqlar siyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsinə də mühüm töhfələr verir. 2020-ci ildən sonra yeni qlobal nizamda Bakı Cənubi Qafqazın iqtisadi inkişaf perspektivlərini müəyyənləşdirən zaman yaxın regionların da bu münasibətlər sistemində təmsil olunmasına şərait yaratdı. Nəticə etibarı ilə, Cənubi Qafqaza yaxın bölgələr, xüsusilə Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərdə yeni bir mərhələnin əsası qoyuldu. Azərbaycanla Xəzərin digər sahilində yerləşən Türkmənistan Respublikası arasında formalaşan dostluq və əməkdaşlıq əlaqələri bu kontekstdə xüsusi diqqət çəkir. İki ölkə arasında qarşılıqlı münasibətlərin davamlı olaraq genişlənməsi ilk növbədə siyasi dialoqun yüksək dinamikasından qaynaqlanır.
Mədəni-humanitar münasibətlərlər dostluq və qardaşlıq müstəvisində inkişaf edir
Türkmənistanla Azərbaycanın münasibətlərinə iki ölkə arasında mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi bir rəng qatır. İki ölkənin yazıçılarının, şairlərinin, mədəniyyət xadimlərinin görüşləri bu əlaqələrin inkişafına mühüm töhfələr verir. Vurğulanmalıdır ki, iki ölkəni və iki xalqı bir araya gətirən, yaxınlaşdıran dəyərlər, tarixi-mədəni bağlantılar kifayət qədər zəngindir. Bu ilin iyun ayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana baş tutan dövlət səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Mövcud statistika da bunu təsdiqləyir - 13-15 oktyabr 2025-ci ildə Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günləri, 4-8 iyun 2026-cı ildə Aşqabad və Arxadağ şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilib. 2025-ci ildə isə Aşqabadda A.S.Puşkin adına Rus Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin son operettası olan “Arşın mal alan” əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. WUF13 tədbiri zamanı Bakı şəhərinin reklam lövhələrində Arxadağ şəhəri ilə bağlı videoçarx nümayiş etdirilib. 2025/2026-cı tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan Türkmənistan vətəndaşlarının ümumi sayı 73 nəfər təşkil edib.
İmzalanan sənədlər münasibətlər keyfiyyətcə yeni müstəviyə yüksəldib
Müstəqillik dövründə bu iki ölkə arasında 1992-ci ildə əsası qoyulan əlaqələr 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması ilə davam etdi. 2002-ci ilin avqustundan isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. 2008-ci il mayında Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin canlamasının əsas təkanvericisi rolunu oynayıb. 2017-ci ildə edilən ikinci səfər isə əlaqələrin güclənməsində yeni bir mərhələ başladıb. İki ölkənin fərqli strukturları arasında imzalanan sazişlər əlaqələrin inkişafında xüsusi rol oynayıb. 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə qarşılıqlı münasibətlər keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırılıb. Bu strateji xətt illər ərzində qardaşlıq və tərəfdaşlıq münasibətləri çərçivəsində iki ölkə rəhbərlərinin siyasi iradəsi ilə önəmli inkişaf yolu keçərək daha da möhkəmlənib.
Qarşılıqlı intensiv səfərlər…
Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi də xüsusi diqqət çəkir. Prezident İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.
Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir. Bu ilin iyununda reallaşan səfər isə bir çox istiqamətlər üzrə yaddaqalan olub.
Çoxtərəfli platformalarda dəstək…
Azərbaycan ilə Türkmənistan çoxtərəfli platformada da daim bir-birinə dəstək olub - hər iki ölkə beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe ortaya qoyurlar və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. BMT Baş Məclisinin iclasında Türkmənistanın irəli sürdüyü 12 dekabr tarixinin “Beynəlxalq bitərəflik günü” kimi qeyd edilməsinə dair qətnamə layihəsinə ölkəmizin həmmüəllif rolunda qoşulması da əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisidir. İki ölkə arasında hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsi qarşılıqlı əlaqələrin genişlənnməsinə güclü təminatlar verir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənəd imzalanıb.
İqtisadi əməkdaşlıq yüksək səviyyədədir…
İki dost ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq davamlı olaraq genişlənir. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. Nəqliyyat və logistika imkanlarının genişlənməsi isə Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlığın çox mühüm bir seqmentini təşkil edir. Azərbaycanın ərazisindən keçməklə Orta Asiya regionuna da çıxış imkanlarına malik Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində həyata keçirilən layihələrin önəmi kifayət qədər böyükdür. Azərbaycan Türkmənistanın da böyük maraq göstərdiyi hər iki dəhlizin funkssionallığının artırılmasında fəal iştirak edir. Azərbaycan Türkmənistanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında tranzit ölkə kimi strateji əhəmiyyət daşıyır. Azərbaycan üzərindən keçən tranzit-nəqliyyat infrastrukturunun, xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri bu prosesdə mühüm rola malikdir. Bakı Gəmiqayırma Zavodunda 2023-cü ildən tikilən və Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq “Dostlug” adlı neftdaşıyan tanker 22 iyun 2026-cı ildə Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı Türkmənistan tərəfinə hədiyyə olunub.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05

