Dövlət başçısı “gəlir xərci üstələməlidir” devizini əsas tutur
16.10.2021 [20:02]
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Məlum sərəncam barədə fikirlərini yeniazerbaycan.com-la bölüşən iqtisadçı Fuad İbrahimovun sözlərinə görə, dövlət başçısının bu sərəncamı vətəndaşların maddi rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların davamıdır. İqtisadçı qeyd edib ki, bu sərəncam vətəndaşların sosial nöqteyi-nəzərdən dayanıqlığının möhkəmlənməsinə hesablanıb:
Bu sərəncam hələ yekun deyil
“Məlumdur ki, bütün dünyanı cənginə alan koronavirus pandemiyası iqtisadi baxımdan inkişaf etmiş bir çox ölkələri mürəkkəb vəziyyətlə üz-üzə qoyub. Dünyada “işsizlik ordusu” deyilən bir anlayış yaranıb. Əlbəttə ki, pandemiyanın təsirləri ölkəmizdən də yan keçmədi. Hətta bir çox xidmət sahəsi müvəqqəti olaraq işini dayandırmışdı. Belə olan halda Prezidentin sosial yardımlara istiqamətlənmiş fərman və sərəncamlarının şahidi olduq. Ümumiyyətlə, 2015-ci ildən sonra Azərbaycan post-neft iqtisadiyyatı istiqamətində öz gələcəyini qurmaq üzrə prinsiplərini işə salmaqla əsasən sosialyönümlü layihələrə üstünlük verir”.
F.İbrahimov hesab edir ki, ölkə başçısının bu sərəncamı yekun deyil. İqtisadçının qənaətincə, normal idarə olunan iqtisadiyyatda inflyasiya prosesləri gedirsə, hökumət reaksiya verir və ilin sonunda bu istiqamətdəki çatışmazlıqların indeksləşməsi prosesinə başlanılır: “Məhz cənab Prezidentin imzaladığı sərəncam da bununla bağlıdır. Əminik ki, dövlət başçısının həyata keçirdiyi bu proseslər davam edəcək. Ölkə rəhbərliyi “gəlir xərci üstələməlidir” devizini əsas tutur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Cənab Prezident daim vətəndaşların sosial ehtiyaclarını düşünür və onların maddi rifahının yüksəldilməsi istiqamətində əməli addımlar atır. Bu kimi sosial tədbirlərin həyata keçirilməsi dövlət siyasətinin əsas tərkib hissəsini təşkil edir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə sosial məsələlər prioritet kimi ön planda olacaq”.
Xalqın sosial rifahının yaxşıladırılması qarşıya məqsəd qoyulub
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və rifah halının daim yaxşılaşdırılması üçün mühüm tədbirlər görüldüyünü qeyd edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söyləyib ki, sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşlarımızın sosial rifahının gücləndirməsinə gətirib çıxaracaq. Millət vəkilinin qənaətincə, dövlətin sosial-iqtisadi imkanları genişləndikcə vətəndaşların sosial rifahının artırılması istiqamətində ardıcıl tədbirlər görülür:
“Hələ 2018-ci ildə cənab Prezidentin seçkiqabağı proqramında qarşıya qoyduğu məqsəd ondan ibarət idi ki, gəlirlərin verdiyi dividentləri xalqın sosial rifah halının yaxşılaşmasına yönəltmək lazımdır. Cənab Prezident əhalinin sosial rifah halının yüksəldilməsini, dərin sosial islahatlar həyata keçirərək Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməyi qarşıya məqsəd qoyub.
Təəssüf ki, pandemiyanın Azərbaycan iqtisadiyyatının artmasına mane olmasına baxmayaraq, bununla mübarizə aparmaq və insanlarımızın zərər çəkməməsi istiqamətində Prezident müvafiq sərəncam və fərmanlar imzaladı. Onu da vurğulayım ki, dövlət başçısı şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onlara dövlət qayğısının artırılması daim diqqət mərkəzindədir”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 14:40
Gündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11

