Əhalinin taxıla olan tələbatının ödənilməsində heç bir problem olmayacaq
29.07.2010 [03:28]
Azərbaycanda taxıl biçini başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən xəbərə görə, artıq bir sıra bölgələrdə biçin yekunlaşıb və avqustun ortalarına kimi ölkə üzrə bütün əkin sahələrində biçin başa çatacaq. KTN fermerlərin bütün texnika növləri ilə yüksək səviyyədə təmin edildiyini bildirir. Eyni zamanda, taxılın biçini və tədarükü ilə yanaşı, satış məntəqələrinə çatdırılmasında fermerlərə lazımi köməkliklərin göstərilməsi üçün müvafiq addımlar atılmaqdadır.
KTN-nin proqnozlarına görə, bu il təbii fəlakət və bir sıra aqrotexniki tədbirlərlə bağlı taxıl istehsalı ötən ilə nisbətən 500-600 min ton az olacaq. Buna baxmayaraq, əhalinin taxıla olan tələbatının ödənilməsində heç bir problem meydana çıxmayacaq. KTN-də hesab edirlər ki, bu il taxılın və çörəyin bahalaşmasından söhbət gedə bilməz. Hökumət, həm yerli ehtiyatlar, həm də idxal hesabına Dövlət Taxıl Fonduna məxsus anbarlarda və taxılçılıq dəyirmanlarında ehtiyat taxıl yığacaq, bu isə tələbatı ödəməyə imkan verəcək. ümumiyyətlə, daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün bütün lazımi tədbirlər görüləcək.
Digər kənd təsərrüfatı məhsullarının istehsalında artımın gözlənildiyini qeyd edən KTN bu il aqrar sahədə inkişaf meyillərinin əldə olunacağını bəyan edir. Nazirlik kənd təsərrüfatına dövlətin texniki və maliyyə dəstəyini gücləndirdiyini və bunun fermerlərin əkinə marağının artmasına səbəb olduğunu da diqqətə çatdırır. Bu istiqamətdə Prezident İlham Əliyevin Sərəncamı ilə bir neçə il əvvəl yaradılan “Aqrolizinq” Səhmdar Cəmiyyətinin fəaliyyəti xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu qurumun fəaliyyətə başlaması fermerlərin texnika və mineral gübrələrlə təmin olunması sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub. Eyni zamanda, 2 il əvvəl “Aqrolizinq” tərəfindən verilmiş texnikaların icarə müddəti 5 ildən 10 ilə qədər artırılıb ki, bu da kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyinin daha böyük nümunəsi sayıla bilər. Qeyd edək ki, indiyədək Səhmdar Cəmiyyətə 210 milyon 500 min manat vəsait ayrılıb. Bundan başqa, mülkiyyətçilərə yanacaq və motor yağlarının alınması üçün hər hektara görə 40 manat konpensasiyanın verilməsi, gübrələrin güzəştlərlə satılması aqrar bölmədə keyfiyyət dəyişiklərinin yaranmasına gətirib çıxarıb.
Prezident İlham Əliyev bir neçə gün əvvəl aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlərin sürətləndirilməsi məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyətinə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Fermerlərin böyük sevinclə qarşıladığı bu sənəd aqrar sahəyə dövlətin diqqət və qayğısının daha bir təzahürü kimi dəyərləndirilə bilər. Qeyd edək ki, həmin vəsait hesabına kənd təsərrüfatı texnikası və avadanlıqlarının sayının artırılması, gübrə anbarlarının tikintisinin sürətləndirilməsi və kimyəvi preparatların həcminin çoxaldılması, eləcə də, digər aqrotexniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Naxçıvanda fəaliyyət göstərən fermerlərin kənd təsərrüfatı texnikası və avadanlıqlarla təminatının yaxşılaşdırılması və Muxtar Respublikada gübrə anbarlarının tikintisi üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Bu məqsədlə isə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat vəsait ayrılıb.
Onu da qeyd edək ki, dövlətimizin başçısının bu ilin əvvəllərində imzaladığı digər Sərəncama əsasən 2010-cu ilin dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Səhmdar Cəmiyyətinə 23,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılıb. Yəni, hökumət kənd təsərrüfatının inkişafı üçün bütün lazımi tədbirləri görür və ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca bu sahəyə böyük həcmdə vəsaitlər ayırır. Artıq “Aqrolizinq” SC-in balansında olan texnika parkında 3110 taxılyığan kombayn və 1000-dən çox digər texnika mövcuddur.
Göründüyü kimi, dövlətin aqrar sektora olan diqqətinin güclənməsi bu sahədə inkişaf tendensiyasını dərinləşdirib. Aqrar bölmədə dinamik inkişafın dərinləşməsi isə ölkənin kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynamaqdadır. Bu sahədəki inkişaf tendensiyası əhalinin ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsində həlledici rola malik olmaqdadır. Kənd təsərrüfatı sektorunda aparılan davamlı islahatlar mülkiyyətçilərin əkinə marağını gücləndirib və bu, özünü bitkilərin əkin strukturunda göstərib. Bu isə həmin məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
Kənd təsərrüfatı sektoru, həmçinin, qeyri-neft sektorunun dinamik və çoxşaxəli inkişafına impuls verən aparıcı bölmələrdən birinə çevrilib. Digər tərəfdən, aqrar sahə iqtisadiyyatın inkişafını təmin etməklə bərabər siyasi-iqtisadi siyasətin həyata keçirilməsində əsas faktorlardan birinə çevrilmiş olur. ötən ilin böhran tendensiyası və bir çox dövlətlərin zəruri qida resursları ilə təminatda problemlərlə üzləşməsi kənd təsərrüfatının sabit və dayanıqlı iqtisadiyyat üçün hansı əhəmiyyət daşıdığını ortaya qoydu. Beynəlxalq təcrübədən də təsdiq olunub ki, hansısa ölkənin sabit və təhlükəsiz inkişafı birbaşa kənd təsərrüfatı ilə bağlıdır.
Aqrar bölmədə inkişafı daha da stimullaşdıran Azərbaycan hökuməti bu sahə ilə bağlı demək olar ki, bütün hədəflərə çatmağa nail olub. ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verən hökumət aqrar bölmənin inkişafı üçün həm dövlətin maliyyə dəstəyini artırıb, həm də maliyyə qurumlarının bu sahəyə kredit axınlarını sürətləndirməyə yönələn siyasəti gücləndirib. Aqrar sahə əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində həlledici rol oynadığından hökumət kənd təsərrüfatı mülkiyyətçilərinə güzəşt və yardımları hər il artırır. Hazırda, kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin çəkisi 99,7 faizə çatıb ki, bu da sözügedən bölmənin tamamilə sahibkarların fəaliyyət dairəsində olmasını göstərir.
Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31

