Mərkəzi Bank üzən məzənnəyə nə vaxt keçə bilər?
21.01.2022 [23:21]
Nicat DİLQƏMLİ
Ötən günlərdə sosial şəbəkələrdə “manat sərbəst buraxılacaq”, “tam üzən məzənnəyə keçiləcək” - kimi məlumatlar yayımlanmışdı. Mərkəzi Bank isə bir neçə gün müzakirəsi davam edən mövzu ilə bağlı KİV-ə açıqlamasında hazırda ölkədə tətbiq olunan məzənnə rejiminin iqtisadiyyatın strukturundan asılı olaraq formalaşdığını bildirmişdi.
Açıqlamada, hazırda ölkədə tətbiq olunan valyuta rejiminin makroiqtisadi sabitliyin, xüsusilə də qiymət sabitliyinin dəstəkləməsi baxımından optimal hesab edildiyi məlumat verilmişdi. Bu isə yaxın zamanda üzən valyuta rejiminə keçidin aktual olmadığını göstərirdi.
Açıqlamada diqqətçəkən digər məqam Mərkəzi Bankın hökumətlə birgə “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində işlədiyi strategiyada pul siyasəti rejiminin təkmilləşdirilməsi fonunda inflyasiya hədəflənməsi rejiminə mərhələli keçidin baza şərtlərinin formalaşdırılması niyyətinin ortaya qoyulduğunun vurğulanmasıdır.
Mərkəzi Bank tərəfindən qeyd edilib ki, zəruri şərtlərin formalaşdırılması uzunmüddətli perspektivdə yeni rejimə keçməyə imkan verə bilər.
Mərkəzi Bankın bu açıqlamasını qəzetimizə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank inflyasiya səviyyəsi daxil olmaqla digər iqtisadi, o cümlədən makroiqtisadi göstəriciləri nəzərə almaqla perspektivdə yeni rejimə keçid üzərində işləmək niyyətindədir:
“Hazırda Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi valyuta rejimi fiks valyuta rejimi kimi xarakterizə olunur. Mərkəzi Bank yol xəritəsində nəzərdə tutulmasına baxmayaraq, üzən və ya “floating” rejimə keçməyib.
Azərbaycanda valyuta rejimi həm də istehlak bazarında qiymətlərə təsir göstərən əsas faktorlardan biridir və valyuta rejiminin dəyişməsi həm də istehlak bazarında qiymət səviyyəsinə təsir göstərə bilər. Bu baxımdan, makroiqtisadi göstəricilər, o cümlədən ekosistemin yeni valyuta rejimini dəstəkləməsi olduqca vacibdir. Mərkəzi Bankın fiks valyuta rejimini davam etdirməsinin əsas səbəblərindən biri də valyuta bazarının təklif imkanlarının məhdud olmasıdır. Çünki ölkədə valyutaya olan tələbin təxminən 87 faizi Dövlət Neft Fondu tərəfindən təmin olunur. Dövlət Neft Fondu bazarda valyuta təklif edən tərəf olaraq alternativsiz qurumdur. “Floating” rejimə keçid də bir növ bazarın valyuta imkanlarının və valyutanın təklif imkanlarının genişləndirilməsi ilə bağlıdır”.
Son açıqlamada Mərkəzi Bankın perspektivdə yeni rejimə keçidin müzakirə edilməsini istisna etmədiyini deyən millət vəkili yeni rejimin üzən məzənnə, yəni “floating” rejimi olduğunu əlavə edib:
“Təbii ki, bu, tənzimlənən “floating” rejim də ola bilər. Hələlik detallı açıqlamalar qeyd olunmur. Lakin digər ölkələrin təcrübəsi göstərir ki, fiks rejimin uzunmüddətli dövr üçün qorunub saxlanılması iqtisadi baxımdan arzuolunan deyil. Çünki bu, həm də ölkənin qeyri-neft ixracına, o cümlədən valyuta bazarının inkişafına təsir göstərən faktorlardan birinə çevrilib. İnflyasiyanın hədəflənməsi də daxil olmaqla digər makroiqtisadi hədəflərə nail olunduqdan sonra Mərkəzi Bankın yeni rejimin tətbiqi məsələsini müzakirə etməsi gözlənilir. Hazırda konkret olaraq üzən valyuta rejiminə nə zaman keçid ediləcəyi ilə hər hansı bir tarix yoxdur. Lakin bununla belə Mərkəzi Bank digər makroiqtisadi göstəriciləri də nəzərə almaqla mütəmadi olaraq valyuta siyasəti və valyuta rejiminin təkmilləşdirilməsinə, o cümlədən yeni rejimə keçid məsələsinin müzakirəsi üzərində işləmək niyyətindədir”.
Qeyd edək ki, 2011-ci ilin yanvar ayından Mərkəzi Bank tərəfindən ABŞ dolları/manat ikitərəfli məzənnəsinin dəhliz daxilində hədəflənməsi mexanizmi tətbiq edilir.
Məzənnə rejiminin seçim meyarlarına əsasən Azərbaycanda məzənnə rejimlərini qiymətləndirərkən bu meyarların bir qisminə əsasən təsbit rejiminin seçilməsi, digər qisminə əsasən isə üzən məzənnə rejiminin seçimi məqsədəuyğundur. Azərbaycan iqtisadiyyatı həcminə görə böyük həcmli iqtisadiyyatlarla müqayisədə nisbətən kiçik olduğu üçün burada təsbit məzənnə rejiminin seçimi daha məqsədəuyğun hesab edilir.
Əlavə edək ki, təsbit edilmiş məzənnə rejimi dedikdə ölkənin milli valyutasının hər hansı sərbəst dönərli xarici valyutaya (əsasən ABŞ dolları) qarşı nominal məzənnəsinin yalnız Mərkəzi Bankın siyasətindən asılı olaraq dəyişdirilməsi və ya sabit saxlanılması nəzərdə tutulur. Məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlaşdırır.
“Üzən” valyuta məzənnəsi rejiminin tətbiq edildiyi zaman isə valyuta məzənnəsi valyutaya olan tələb və təklifin təsiri əsasında formalaşır. Lakin “üzən” valyuta məzənnəsi rejimi mərkəzi banklar tərəfindən valyuta məzənnəsinin tənzimlənməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi imkanını istisna etmir. Müstəsna hallarda mərkəzi banklar məzənnənin kəskin tərəddüdlərinin qarşısını almaq məqsədilə valyuta bazarına müdaxilə edib məzənnə dəyişikliyini “hamarlaya” bilir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

