Karantin rejiminin yumşaldılması...
06.03.2022 [09:48]
İqtisadi inkişafa yeni nəfəs verəcək
M.ABDULLAYEV
2019-cu ilin sonlarında Çində baş qaldıran və qısa müddətdə dünyanın 200-dək ölkəsinə yayılan yeni növ koronavirus (COVD-19) pandemiyası qlobal iqtisadiyyata, maliyyə sektoruna ağır zərbələr vurdu və həyatımıza bir sıra çətinliklər gətirdi. Artıq iki ildən çoxdur ki, müəyyən qadağa və məhdudiyyətlərlə yaşayırıq. Pandemiya həyatımızdan nə vaxt geri çəkiləcək? İndi bu sual bütün dünyanı düşündürür.
“Pandemiyaya son” demək zamanı
İnsanlar qapanmalardan, maska taxmaqdan, məsafə saxlamaq qadağalarından, özləri ilə dezinfeksiyaedici maddələr gəzdirməkdən, ictimai yerlərdə yoxlamalardan beziblər. Əlbəttə, zamanında bu kimi tədbirlərin görülməsinə zərurət yaranmışdı. Çünki çağırılmamış qonağın hər evə daxil olması və həyat üçün təhlükələr yaratması ehtimalı böyük idi.
Pandemiyaya qarşı hər ölkə, necə deyərlər, özüsayağı mübarizə aparır və nəticələr də müxtəlifdir. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Respublikamızda lap əvvəldən insanların sağlamlığının qorunması, sosial müdafiəsinin təmin edilməsi, iş yerlərinin saxlanılması, xüsusi xəstəxana şəbəkəsinin genişləndilməsi prioritet vəzifələr kimi müəyyənləşdirilmişdi. Görülən tədbirlərin, ələlxüsus da müvafiq qurumların koordinasiyalı fəaliyyətinin təmin edilməsi nəticəsində pandemiyanın nəzarətdən çıxmasının və daha çox itkilərin qarşısı alındı.
Qlobal pandemiyaya qarşı milli və beynəlxalq səviyyələrdə aparılan mübarizə, vaksinasiya prosesinin uğurla həyata keçirilməsi artıq COVD-19-un yayılma arealını xeyli məhdudlaşdırıb. Belə müsbət dinamika fonunda “pandemiyaya son” demək zamanı çatıb.
Turizm və digər iqtisadi sektorlar üçün imkanlar
Mütəxəssislər karantin rejiminin daha da yumşaldılmasının ölkənin iqtisadi inkişafı üçün önəmli olduğunu bildirirlər. Bu xüsusda “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov dünyada proseslərin gedişinə diqqət çəkdi. Onun sözlərinə görə, Avropada İngiltərə, Almaniya və Fransa kimi aparıcı dövlətlər yenidən normal həyata qayıtmaqda israrlıdırlar. Qardaş Türkiyədə də karantin qaydaları xeyli yumşalılıb.
“Bəs Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı daha hansı addımların atılması məqsədəuyğun olardı” sualını cavablandıran deputat bildirib ki, son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək aşağı düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə vaksinasiya səviyyəsi kifayət qədər yüksək hesab olunur. Fikirlərinə davam edən Vüqar Bayramov vurğulayıb: “Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda, PCR analizi tələbinin aradan qaldırılması məqsədəuyğun olard”.
Vüqar Bayramov əlavə edib ki, qarşıdan yeni turizm mövsümü gəlir. 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli şəkildə açılması, PCR testi tələbinin aradan götürülməsi ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. “Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu kimi amilləri nəzərə alaraq əksər Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da xüsusi karantin qaydalarının daha da yumşaldılması turizm daxil olmaqla, bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”, - deyə deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

