/ / Son beş ildə yol-nəqliyyat sektorunun inkişafına 7 milyard dollardan artıq investisiya yönəldilib
Son beş ildə yol-nəqliyyat sektorunun inkişafına 7 milyard dollardan artıq investisiya yönəldilib
24.10.2010 [11:24]
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son illərdə daha geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib. Hazırda nəqliyyat sektoru qeyri-neft bölməsində əsas sahələrdən hesab olunur. Həmin sahədə ümumi inkişaf tempi əhəmiyyətli dərəcədə artıb. 2004-2009-cu illərdə nəqliyyat sektorunda 3,4 dəfə artım müşahidə edilib. 2006-2010-cu illərdə dövlət büdcəsindən nəqliyyat sektorunun inkişafına 5 milyard dollar vəsait ayrılıb. Bundan başqa, beynəlxalq maliyyə institutları tərəfindən sözügedən sahəyə 2 milyard dollardan artıq kredit vəsaiti cəlb olunub. ümumilikdə, son 5 ildə bu sahəyə 7 milyard dollardan artıq investisiya yatırılıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və geniş şəbəkəli nəqliyyat sisteminin yaradılmasına nail olmaqdır. ötən illər ərzində nəqliyyat bölməsində əldə olunmuş uğurlu nəticələr bu sektorun dinamik inkişafının təmin olunmasından xəbər verir. 2004-2009-cu illər ərzində regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 400 kilometrdən artıq magistral yol çəkilib. Bundan başqa, təxminən 700 km respublika əhəmiyyətli və 2950 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddət ərzində onlarla yeni körpü tikilib, 30-dan çoxu təmir edilib. Dövlət başçısının birbaşa tapşırığı əsasında yenidən qurularaq istifadəyə verilən 4 beynəlxalq tipli aeroport-Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərindəki hava limanları müasir standartlara cavab verməklə yanaşı, Azərbaycanın beynəlxalq mülki aviasiya sistemindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub. Artıq təkcə, paytaxtdan deyil, bölgələrdən də Avropa və Asiyaya beynəlxalq miqyaslı uçuşların həyata keçirilməsi mümkünləşib. Bu tipli hava limanlarının istifadəyə verilməsi həm də xarici iş adamlarının regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdə turizm sektoruna marağın artmasına mühüm təsir göstərməkdədir. Bundan başqa, Azərbaycanda beynəlxalq standartlara cavab verən limanların tikintisi həyata keçirilməkdədir. Ələtdə və Lənkəranda yeni dəniz limanının tikintisi nəqliyyat sektorunun ən iri investisiya tutumlu sahə olmasını şərtləndirmiş olur.
Nəqliyyat sektorunda strateji layihələr sırasında beynəlxalq əhəmiyyətli magistral yolların çəkilişi mühüm yer tutur. Beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi isə ölkəmizin nüfuzunun və strateji mövqeyinin möhkəmlənməsinə baza yaradıb. Böyük İpək Yolunun istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması Azərbaycanın regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrildiyini göstərir. Hazırda inşası davam etdirilən Bakı-Rusiya və İran dövlət sərhədləri üzrə avtomobil yollarının yenidən qurulması və digər layihələr respublikamızın trans-nəqliyyat mərkəzi kimi strateji mövqeyini daha da möhkəmləndirəcək. Onu da qeyd edək ki, Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulur. Bu gün dünyada tətbiq olunan ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur.
Paytaxtla yanaşı, Bakının kəndlərinin də yol infrastruturunun yenidən qurulması ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi, Bilgəh, Nardaran, Maştağa, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Buzovna, Zuğulba, Şüvəlan, Pirallahı, Dübəndi, Zirə və digər kəndlərin yol təsərrüfatının yenidən qurulması sərnişinlərin keyfiyyətli nəqliyyat xidmətləri ilə əhatə olunması və əhalinin rahatlığı üçün mühüm rol oynayacaq. Bu istiqamətdə davam etdirilən işlər həmin ərazilərdə yaşayan sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı proqramlar ən ucqar rayonları və cəbhə bölgələrindəki yaşayış məntəqələrini də əhatə etməkdədir. Füzuli rayonunun Zobucuq yaşayış massivində yeni çəkilmiş 15 kilometrlik yol, eləcə də, körpünün açılışı, Ağdam rayonunun yol-nəqliyyat sisteminin yenidən qurulması hökumətin bu sahəyə yüksək qayğısının təzahürü kimi dəyərləndirilə bilər.
Onu da qeyd edək ki, yol-nəqliyyat sektorunda həyata keçirilən layihələrin sırasına həm də sərnişin nəqliyyatı parkının yenilənməsi də daxildir. Hökumət paytaxtın və bölgələrdəki şəhərlərin yollarını beynəlxalq standartlara uyğun şəkildə yenidən qurmaq, yeni körpüləri və yolötürücülərini tikib istifadəyə verməklə bərabər, müasir ictimai nəqliyyat növlərinin alınmasını da yaddan çıxarmır. Yəni, müasir tipli yol infrastrukturunun yaradılması avtomobil parkının yeniləşməsini də tələb edir. Məhz buna görə də, son illər dünyanın ən nüfuzlu avtomobil şirkətlərinin istehsalı olan nəqliyyat vasitələrinin alınaraq ölkəmizə gətirilməsi və sərnişinlərin istifadəsinə verilməsi ilə bağlı davamlı tədbirlər görülməkdədir. Hazırda paytaxtın sərnişindaşıma sektorunda iritutumlu, komfort salona malik və bütün növ vasitələrlə təchiz edilmiş, rahatlığı ilə sərnişinlərin zövqünü oxşayan avtobusların sayı əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Bu tədbirlərin davamı kimi artıq şəhərin taksi parklarının da müasirləşdirilməsi, sakinlərə göstərilən taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər həyata keçirilməyə başlanılıb. ötən ayın sonunda Bakıya gətirilən Avropa standartlarına cavab verən müasir taksi maşınları bu sahədə görülən işlərin başlanğıcı sayıla bilər.
Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı tədbirlər qarşıdakı illərdə də intensiv şəkildə davam etdiriləcək. 2014-cü ilin sonunadək ölkənin avtomobil yollarının 2800 km-lik hissəsini beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması, magistral və məhəllədaxili yolların bərpası, körpü və yolötürücülərinin tikintisi, yeni yol qovşaqlarının yaradılması istiqamətində iri layihələr həyata keçiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

