“Qaradağ” GES üçün etibarlı maliyyə mənbəyi
14.05.2022 [10:30]
MÜBARİZ
Azərbaycan bütün dünyada investisiya cəlbediciliyi kifayət qədər yüksək olan ölkə kimi tanınır. Respublikamızda aparılan islahatlar çərçivəsində investisiya qoyuluşu ardıcıl şəkildə təşviq olunur və onların qorunmasına güclü təminatlar verilir. Təsadüfi deyildir ki, ayrı-ayrı beynəlxalq maliyyə qurumları son 18 ildə yaradılan müsbət reallıqlar fonunda respublikamızda müxtəlif sahələrə sərmayələr yönəltməyə böyük maraq göstərirlər. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da bu sırada yer alır.
Azərbaycanla qurumun hər iki tərəfin maraqları əsasında qurulan əməkdaşlığı davamlı səciyyə daşıyır. İndiyədək AYİB-in maliyyə dəstəyi ilə respublikamızda bir sıra layihələrin reallaşdırılması uğurla təmin edilib. Cari il aprelin sonunadək AYİB-in Azərbaycandakı aktiv portfelinin həcmi 33 layihə üzrə 823 mln. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bütövlükdə, bank indiyədək Azərbaycana 181 layihə üzrə 3,390 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86,1%-i (2,917 mlrd. avro) borc götürənlər tərəfindən artıq icraya yönəldilib. Ümumi investisiyaların 12%-i özəl sektorun payına düşüb.
Avropa Yenidənqurma və İnkişaf Bankı cari il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) inşasının maliyyələşdirilməsində də iştirak edəcək. Qurum BƏƏ-nin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək “Qaradağ” GES-in inkişafına, tikintisinə və sonrakı istismarına 51 mln. ABŞ dolları məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayrılmasını təsdiqləyib.
AYİB-dən verilən məlumata görə, ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış “Masdar Azerbaijan Energy” MMC borcalan qismində çıxış edir. BƏƏ-nin “Masdar” şirkəti isə layihənin sponsoru olacaq. Avropa Yenidənqurma və İnkişaf Bankı “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasının maliyyələşdirilməsinə maraq göstərən yeganə qurum deyil. Bir sıra digər beynəlxalq maliyyə institutlarının, o cümlədən Asiya İnkişaf Bankının da layihəyə dəstək verməsi gözlənilir.
Xatırladaq ki, ümumi layihə dəyəri 240 mln. dollar göstərilən “Qaradağ” GES 230 meqavat elektrik enerjisi istehsalı gücünə malikdir. Bu stansiyanın işə salınması ilə həm ölkəmizin enerjiyə artan tələbatı daha dolğun şəkildə ödəniləcək, həm də ölkəmizin ixrac imkanları genişlənəcək. Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Masdar” şirkətinin oxşar layihələrin icrasında çox böyük təcrübəsi var. Şirkət Azərbaycanla əməkdaşlığa başlamazdan öncə dünyanın bir çox ölkələrində uzun illər ərzində uğurla fəaliyyət göstərib və böyük təcrübə qazanıb. Prezident İlham Əliyev yuxarıda bəhs olunan təməlqoyma mərasimindəki çıxışında Azərbaycanda yeni enerji layihəsini reallaşdırmağa cəlb olunan şirkətin dost ölkəni təmsil etməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var”.
Verilən məlumatlara görə, Qaradağ GES-də istehsal edilən enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya işə salınandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda, 200 min ton tullantının qarşısı alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

