/ / Azərbaycanda taxıl anbarlarının yaradılması əhalinin çörək və un məhsulları ilə etibarlı təminatını daha da gücləndirəcək
Azərbaycanda taxıl anbarlarının yaradılması əhalinin çörək və un məhsulları ilə etibarlı təminatını daha da gücləndirəcək
16.12.2010 [10:57]
ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən strateji plana uyğun olaraq illik taxıl ehtiyatının toplanması ilə bağlı davamlı tədbirlər həyata keçirilməkdədir. Dünyada baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində problemlərin yaranmasına və qiymət artımlarının baş verməsinə baxmayaraq, Azərbaycanda əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görülür. Taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi də bu tədbirlər sırasında əsas yer tutur.
Fövqəladə Hallar Nazirliyi Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fonduna məxsus Səngəçal taxıl elevatorunun istifadəyə verilməsi respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilən mükəmməl strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, ilk taxıl elevatoru olan anbarda hər birinin tutumu 10 min ton təşkil edən 10 saxlanc çəni quraşdırılıb. Bu isə, ümumilikdə 100 min ton taxılın saxlanması deməkdir. Qeyd edək ki, elevatorlarda taxılın uzun müddət saxlanması və qorunması üçün bütün texniki imkanlar mövcuddur. İlk növbədə, xaricdən gətirilən və yerli istehsalçılardan qəbul olunan taxıl məhsullarının mühafizəsi əsas diqqət mərkəzində olacaq. Bunun üçün xarici dövlətlərdən gətirilmiş texniki avadanlıqlar və mühafizə vasitələrinin köməyi ilə məhsulun istehsal edildiyi dövrdəki keyfiyyətdə saxlanması mümkündür. Bu isə ilin istənilən dövründə, xüsusilə də, aprel-may aylarında taxıl tədarükünün azaldığı vaxtda, dəyirmanları və çörəkbişirmə müəssisələrini ən yüksək keyfiyyətli buğda ilə təmin etməyə imkan verəcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bildirdiyi kimi elevatorda saxlanılan məhsul əsasən, ölkədə ərzaq qıtlığı yarandığı təqdirdə, bazara çıxarılacaq ki, bu da daxili bazarın tam tənzimlənməsinə səbəb olacaq. Beləliklə, istehlak bazarına çıxarılan unun və çörəyin keyfiyyət göstəriciləri ekoloji baxımdan bütün tələblərə cavab vermiş olacaq. Əhaliyə verilən unun və çörəyin nəmliliyi, yapışqanlığı, digər keyfiyyət göstəriciləri ekoloji baxımdan bütün normalara uyğun olacaq. Bu isə ölkəmizin ekoloji təmiz məhsulla təmin edilməsi və ərzaq təhlükəsizliyi ilə bağlı strategiyasına tam uyğundur. Yeri gəlmişkən, Dövlət Taxıl Fondu fəaliyyət göstərdiyi ilk gündən etibarən ehtiyat resurslar toplayarkən daha çox yerli istehsalçıların təqdim etdiyi taxılın alınmasına üstünlük verir. Eyni zamanda, Fond yerli istehsalçıların mənafeyini düşünərək onların əldə etdiyi məhsulu almaq üçün tədarükün müddətini hər il uzadır. ötən il olduğu kimi, bu il də ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarük müddəti artırılıb.
Dövlət Taxıl Fondu Səngəçal elevatoru ilə yanaşı, tutumu 100 min ton olan daha bir elevatorun tikintisini də planlaşdırır. Fövqəladə Hallar Nazirliyi artıq yeni elevatorunun tikintisi layihəsini, anbarın yerini nəzərdən keçirir. Yaxın günlərdə bununla bağlı işin icrasına başlanılacaq. Bundan başqa, respublikamızın digər bölgələrində də taxıl anbarlarının istifadəyə verilməsi nəzərdə tutulur. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, artıq Naxçıvan Muxtar Respublikasında 30 min ton tutuma malik elevator tikilərək təhvil verilib. Gəncədə tikilən 60 min tonluq elevator isə bir aydan sonra təhvil veriləcək. Beləliklə, digər elevatorların da tikilib istifadəyə verilməsindən sonra Fövqəladə Hallar Nazirliyinin balansında olan Dövlət Taxıl Fondunun illik ehtiyat taxıl məhsullarının həcmi 290 min ton təşkil edəcək. Bu isə ölkəmizin 2-3 aylıq istehlak norması deməkdir. Bundan başqa, hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən də taxıl anbarlarının tikintisi maliyyələşdirilir. Həmin anbarlar istifadəyə verildikdən sonra isə Azərbaycanda həm yerli, həm də idxal taxılın saxlanılmasında heç bir problem olmayacaq. Respublikamızda 500 min tondan artıq taxılın saxlanması mümkün olacaq ki, bu da anbarların payız mövsümündə, yəni, taxılın tədarükünün ilk dövründə ucuz qiymətə yüksək keyfiyyətli məhsulla təmin edilməsi deməkdir. Bir sözlə, oktyabr-noyabr aylarında ölkəmizin taxıl anbarlarında toplanan taxıl məhsulları hesabına yarım illik ehtiyat əldə ediləcək. Həmin məhsul adətən, yaz-yay aylarında, yəni, taxılın bazarda azaldığı dövrdə çörəkbişirmə müəssisələrinə təhvil verilə bilər. Beləliklə, bu ehtiyatlar hesabına bazarı növbəti ilin taxıl biçini başlayan dövrədək təmin etmək mümkün olacaq, həmçinin, əlavə ehtiyatlar da qalmış olacaq.
Göründüyü kimi, Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikamızın taxıl məhsulları ilə təmin olunması üçün güclü resurslar mövcuddur. Hökumət ehtiyat taxıl anbarları yaradaraq ölkəmizi un və çörəklə etibarlı şəkildə təmin etməklə yanaşı, daxili bazarı sabit şəkildə qorumaq, yəni, qiymətlərin tam nəzarətdə saxlamaq imkanı əldə etmiş olacaq. ümumiyyətlə, respublikamızda daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün lazım olan addımlar atılır və bu tədbirlər bundan sonra daha da gücləndiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

