İstilik təchizatı sistemində yeni qaydalar
27.07.2022 [09:58]
M.FEYİZLİ
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanunda müvafiq dəyişikliklərin edilməsi zərurətə çevrilmişdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Son vaxtlarda respublikamızda əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi ümumən yüksəlsə də, bu sahədə müəyyən boşluqların olduğu da hər kəsə bəllidir. Qanuna edilən dəyişikliklər istehsalçı-istehlakçı münasibətlərinə xələl gətirən belə boşluqların aradan qaldırılmasını hədəfləyir. Dəyişikliklərdə həm istehsalçıların, həm də istehlakçıların maraqları nəzərə alınıb.
Sonu görünməyən isitmə və ödəmə problemi
Belə boşluqlar istilik təchizatı sistemində daha qabarıq şəkildə hiss olunur. İndiyədək şəbəkəyə qoşulmada tez-tez problemlər yaşanıb. İstehlak olunan istiliyin dəyərinin ödənilməsinin optimal mexanizminin olmaması istehsalçılarla istehlakçılar arasında sonu görünməyən mübahisələrə yol açır. İstilik təchizatı müəssisələri əbədi olaraq yığım faizinin aşağı səviyyədə olmasından şikayətlənir. İstehlakçılar da cavab olaraq bildirirlər ki, mənzillərinə istilik az verilib və yaxud heç verilməyib. Beləliklə, min bir əziyyətlə, böyük xərclər müqabilində istilik istehsal edən “Azəristiliktəchizat” xərclərini bağlaya bilməyən, işlətdiyi qazın haqqını ödəmək iqtidarında olmayan bir quruma çevrilib. Son isitmə mövsümünün başlanğıcında “Azəristiliktəchizat”la “Azəriqaz” arasında yaranan borc qalmaqalı hər kəsin yadındadır. “Azəriqaz” yığılıb qalan borclarının ödənilməsini istəyirdi. Qarşı tərəfin isə borcları bağlamağa, sadəcə imkanı yox idi. Yenə də, ilk növbədə, o səbəbdən ki, abonentlər də istehlak etdikləri istiliyin haqqını ödəməyə tələsmirlər. Öz növbəsində abonentlərin də səsləndirdikləri iddialar tam əsassız deyil. Bir sıra hallarda mənzillərdəki batareyaların adamın əlini üşütdüyü paytaxtımızın və mərkəzi istilik təchizatı sistemi olan digər iri şəhərlərimizin kədərli reallıqları sırasında yer alır. Qış aylarında mərkəzi sistemdən istilik almayan sakinlər mənzillərinə kombi quraşdırmaq məcburiyyətində qalırlar ki, bu da əlavə xərclər deməkdir.
Hansı yeniliklər gözlənilir?
Bəs Qanuna edilən dəyişikliklərdə istehsalçıları və istehlakçıları hansı yeniliklər gözləyir? Bu sualla “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumun İctimaiyyətlə Əlaqələr üzə Xidmətinin rəhbəri Elvin Basqallının “Yeni Azərbaycan”a verdiyi məlumatda bildirilir ki, “Elektroenergetika haqqında” A?ərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 13 iyun tarixli 723 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 iyul 2022-ci il tarixli Fərmanı istilik enerjisi sahəsində fəaliyyətin gücləndirilməsi, səmərəliliyin artırılması və istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə yeni hüquqi bazanın yaradılması istiqamətində mühüm rol oynayacaq.
Elvin Basqallının təqdim etdiyi məlumatda vurğulanır ki, Fərmanda, ilk növbədə, bu sahəni tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, istilik enerjisindən istifadə qaydalarının təsdiq olunması nəzərdə tutulur ki, bu da istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə həm istehlakçı, həm də digər qurumlar arasında qarşılıqlı münasibətləri tənzimləyən sənəd olacaqdır. Redaksiyamıza daxil olan məlumatda oxuyuruq: “Hazırda istilik enerjisi sahəsində istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri, texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması, hesablaşmaların aparılması, istilik enerjisinin verilməsinin dayandırılması, təchizatçı və istehlakçı arasında sərhədlərin m?əyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək hüquqi aktların hazırlanmasına böyük ehtiyac vardır ki, qeyd olunan Fərman bu sahədə münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayacaqdır.
Bundan başqa sözügedən Fərman “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bir sıra tənzimləyici alətlərin istilik enerjisi sahəsində də tətbiqinin nəzərdə tutulması və bu sahədə idarəetmənin təşkil olunmasını tənzimləyən sənəd kimi xüsusi əhəmiyyətə malikdir.”
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17

