Yüklər asan daşınacaq
24.08.2022 [08:10]
M.FEYİZLİ
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə sayəsində regionda yeni reallıqlar formalaşdırıb. Bu reallıqlar isə böyük coğrafiyanı əhatə edən Xəzər hövzəsi bölgəsində qonşu dövlətlər arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlər açıb. Qalib Azərbaycan regionda uzunmüddətli təhlükəsizliyin təmin olunmasına, iqtisadi əlaqələrin dərinləşdirilməsinə hesablanan təşəbbüslərlə çıxış edir. Əlamətdar haldır ki, bütövlükdə bölgənin inkişafına hesablanan bu təşəbbüslər Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlər tərəfindən dəstəklənir.
Üçtərəfli platformada
əməkdaşlıq
Xəzər hövzəsi regionunda yeni keyfiyyətdə əməkdaşlıq əlaqələrinin qurulmasında Azərbaycan, Rusiya və İran oxşar mövqedən çıxış edirlər. Deyə bilərik ki, bu ölkələr arasında bütün region üçün cəlbedici olan üçtərəfli platforma formalaşmaqdadır. Bu platformanın formalaşmasında Azərbaycan müstəsna rola malikdir. Ölkəmiz ümumi sərvətimiz olan Xəzərin hüquqi statusunun müəyyənləşməsinə, bütün sahilyanı dövlətlərin mövqelərinin uzlaşdırılmasına özünün sanballı töhfələrini verib. Eləcə də respublikamızın həm Rusiya, həm də İranla siyasi və iqtisadi müstəvilərdə münasibətləri müsbət dinamika ilə inkişaf edir. Son vaxtlarda Azərbaycan hər iki ölkə ilə geniş əhatə dairəsinə malik olan strateji əhəmiyyətli sənədlər imzalayıb. Bu sənədlər respublikamızla bəhs olunan qonşu dövlətlər arasında müxtəlif istiqamətlərdə münasibətlərin inkişafının hüquqi əsaslarını daha da genişləndirib və qarşılıqlı inamı artırıb.
Tranzitin
asanlaşdırılması üzrə
Anlaşma Memorandumu
Sözügedən ölkələr arasında əməkdaşlığın prioritet istiqamətlərindən birini nəqliyyat sektoru təşkil edir. Elə bu günlərdə üç ölkənin gömrük orqanları arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycanın İrandakı Səfirliyindən məlumat verilib. Məlumata görə, Anlaşma Memorandumu İranın paytaxtı Tehranda Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş zamanı imzalanıb. Görüşdə, həmçinin, bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub. Görüşdə çıxış edən Ş.Bağırov gömrük xidməti orqanlarının ilk üçtərəfli tədbirinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib. Bildirilib ki, hər üç ölkənin iştirakı ilə imzalanan tranzitin asanlaşdırılması üzrə Memorandum beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan-Rusiya marşrutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.
Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.
Şimal-Cənub dəhlizinin onurğa sütunu
Azərbaycan, Rusiya və İranın gömrük orqanlarının imzaladıqları Anlaşma Memorandumu artıq konturları cızılan və hər üç ölkədə böyük iş həcmi yerinə yetirilən Şimal-Cənub dəhlizinin funksionallığının təmin olunmasına və cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək. Şimal-Cənub dəhlizi əlverişli coğrafi mövqeyə malik Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığın mühüm seqmentini təşkil edir. Bu dəhliz yükləri Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar. Bütün bu amillər də beynəlxalq səviyyədə Şimal-Cənub marşrutuna marağın artmasını şərtləndirir.
Xatırladaq ki, Şimal-Cənub dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.
“İran, Azərbaycan və Rusiya Şimal-Cənub dəhlizinin onurğa sütununu təşkil edirlər”. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Twitter hesabında yazıb. O bildirib ki, bu gün tranzitin asanlaşdırılması üçün imzalanmış üçtərəfli Anlaşma Memorandumu ölkənin xarici ticarətində sıçrayışın baş verməsindən xəbər verir. “Üç ölkənin qonşuluq siyasəti fonunda Hindistanın da bu mexanizmə qoşulması yolun inkişafını daha da canlandıracaq”,- deyə səfir bildirib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

