30 il əvvəl SOCAR...
13.09.2022 [10:32]
MÜBARİZ
Zəngin karbohidrogen resurslarına malik olan Azərbaycanda neft hasilatı və emalı sənayesinin tarixini iki mərhələyə bölə bilərik: Respublikamızın müstəqillik qazanmasından əvvəlki və sonrakı mərhələlər. Əvvəlki mərhələdə neft sərvətlərinin, necə deyərlər, adı bizim, dadı isə özgələrinin olub. Həmin mərhələdə Abşeronda və Xəzərdə böyük həcmlərdə neft çıxardılsa da, respublikamıza çirklənmiş torpaq və dəniz miras qalıb. Ölkəmiz, xalqımız zəngin sərvətlərinin xeyrini yalnız Azərbaycanın müstəqilliyi illərində görüb. Neft gəlirləri bu mərhələdə ölkənin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına, müasir infrastruktur quruculuğuna, təhsilə yönəldilib.
SOCAR-ın yaradılması
Neft-qaz sənayesinin inkişafının yeni mərhələsində, həmçinin müasir dövrün tələblərinə uyğun struktur dəyişikliyi aparılıb və idarəetmə təkmilləşdirilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaradılması isə 30 il bundan əvvəl sentyabrın 13-nə təsadüf edir. İlkin mərhələdə respublikamızda neft hasilatı və emalı ilə məşğul olan qurumlar müxtəlif adlar altında (“Azərneftkomitə”, “Azərneftkombinat”, “Azərneft”, “Azərneftzavodlar”, “Azərneftmaşınqayırma”, “Azərneftçıxarma” və s.) fəaliyyət göstəriblər. Onların tabeçiliyi də tez-tez dəyişdirilib. 1991-ci ildə respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla “Azərineft” Dövlət Konserni yaradılıb. Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə “Azərineft” Dövlət Konserni və “Azərnef?kimya” İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılıb. ARDNŞ yarandığı vaxtdan onun strukturunda bir sıra dəyişikliklər aparılıb. Hazırda SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla, hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.
Tarixdə bir ilk
1994-cü ildə - müstəqilliyimizin bərpasından cəmi üç il sonra SOCAR-ın tarixində bir ilkə imza atıldı. Söhbət SOCAR-ın Xəzərin Azərbaycan sektorundakı yataqların işlənməsi üzrə xarici şirkətlərlə əməkdaşlığa başlamasından gedir. Ümummilli lider Heydər Əliyevin böyük səyləri sayəsində 1994-cü il sentyabrın 20-də transmilli şirkətlərlə “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçıxarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində? çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.
Bundan sonra SOCAR-ın iştirakı ilə dənizdə yerləşən “Abşeron”, “Azəri”, “Çıraq” yataqları və Günəşli yatağının dərinsulu hissəsi, “Bahar”, “Qum dəniz”, “Şahdəniz”, “Şəfəq Asiman” yataqları üzrə hasilatın pay bölgüsü sazişləri imzalanıb. Hasilatın pay bölgüsü sazişləri, həmçinin quruda yerləşən bir sıra yataqları da əhatə edir. “Balaxanı”, “Padar”, “Suraxanı”, “Zığ Hövsan”, “Kürovdağ” və digər yataqlar bu sırada yer alır.
Beynəlxalq miqyasda fəaliyyət
SOCAR-ın ölkə daxilində fəaliyyəti çoxşaxəlidir. Qurum neft hasilatını davam etdirməklə yanaşı, emal sənayesini də inkişaf etdirir. Bakıda və bölgələrdə SOCAR-ın çoxsaylı modernləşdirilmiş müəssisələri, yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Son illərdə Sumqayıt Kimya-Sənaye parkında yaradılan müəssisələrdə buraxılan müxtəlif neft-kimya məhsulları həm daxili tələbata yönəldilir, həm də xarici bazarlara ixrac olunur. Eləcə də qurumun “Azəriqaz” İstehsalat Birliyi ölkə ərazisində təbii qazın nəqli, paylanması və satışını həyata keçirir.
Ötən dövrdə SOCAR-ın uğurlu fəaliyyəti onu öz seqmenti üzrə dünyada məşhur şirkətlərdən birinə çevirib. Bu gün SOCAR qlobal miqyasda Azərbaycanı ləyaqətlə təmsil edən əsas milli brendimizdir. “Azəriqaz” İB ARDNŞ-nin hasil etdiyi təbii qazın Gürcüstana və Rusiya Federasiyasına nəqlini təmin edir. Qurum il ərzində xaricə və ölkə daxilində 12,6 milyard m3 qaz nəql edir. Qısa müddətdə Gürcüstanın ən böyük vergi ödəyicilərindən birinə çevrilən SOCAR burada müasir qaz təchizatı və paylama sistemi qurmağa nail olub. Bundan başqa, qonşu ölkədə SOCAR-a məxsus yanacaqdoldurma şəbəkəsi də yüksək müştəri məmnunluğu qazanıb.
SOCAR-ın Türkiyədəki fəaliyyəti də kifayət qədər uğurludur. Qurum qardaş ölkədə 6,3 milyard dollar həcmində sərmayə qoyuluşu hesabına “Star” neft emalı müəssisəsini yaratmağa nail olub. Burada nafta, ksilen, dizel, təyyarə yanacağı, LPG kimi böyük tələbat duyulan neft məhsulları istehsal edilir. SOCAR-ın Türkiyədə inşa etdiyi Petlim Konteyner terminalı illik gücü 1.5 milyon TEU olmaqla bu ölkənin ən böyük 3 limanı sırasında yer alır. Terminalın yaradılmasına 400 milyon ABŞ dolları civarında investisiya qoyulub. SOCAR-ın qardaş ölkədə bərpa olunan enerji sahəsində 55 milyon dollar həcmində sərmayə qoyuluşu ilə həyata keçirdiyi PETKİM Külək Elektrik Stansiyası 51 MWT gücə malikdir.
SOCAR, həmçinin Ukraynada, bir sıra Avropa ölkələrində də uğurlu fəaliyyəti ilə yüksək imic qazanıb. Qurum ölkə hüdudlarından kənarda fəaliyyət coğrafiyasını daha da genişləndirməyi hədəfləyib.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

