Üç ölkənin üst-üstə düşən marağı...
13.09.2022 [10:32]
“Şimal-Cənub” dəhlizi üzrə
M.FEYİZLİ
Azərbaycan üzərindən keçən “Şimal-Cənub” nəqliyyat dəhlizinə beynəlxalq miqyasda maraq artmaqdadır. Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasimi arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair ilk üçtərəfli görüş keçirilib. Birinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb.
Birgə İşçi Qrupu yaradılacaq
Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.
Azərbaycanın da qoşulduğu “Şimal-Cənub” dəhlizində zaman qısalığı, təhlükəsizlik, yaxşı infrastruktur, marşrut boyunca yerləşən ölkələr arasında koordinasiyalı fəaliyyət, xidmətlərin keyfiyyəti və əlbəttə ki, daşımaların mümkün qədər az xərclə başa gəlməsi kimi tələblər yüksək səviyyədə təmin olunur. Bəhs olunan marşrut yüklərin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, “Şimal-Cənub” dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar.
Biz yuxarıda “Şimal-Cənub” dəhlizi üzrə ilk sənədin imzalanma tarixinə nəzər saldıq. Aradan 22 il vaxt ötsə də, indiyədək dəhlizin tam həcmdə funksionallığını təmin etmək mümkün olmayıb. Bu da onunla izah olunur ki, ötən dövrdə Avrasiya coğrafiyasında daşıma şirkətlərinə daha çox seçim imkanları təqdim olunurdu. Buna görə də investorlar yeni marşrut üzrə layihələrin maliyyələşdirilməsinə sərmayə yönəltmək çağırışlarına ləng reaksiyalar verirdilər. Tərəddüdlər mar?rutların bolluğunda yeni layihənin rentabellik səviyyəsinə gec çatacağı ehtimalları ilə bağlı idi. İndiki mərhələdə isə “Şimal-Cənub” dəhlizinə marağın artması iqtisadi amillərlə yanaşı, həm də geosiyasi vəziyyətlə şərtlənir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanların fəaliyyəti pozulub, təhlükəsizliyə təminatlar verilmir. Eyni zamanda, Rusiyanın özü üçün də Şimal istiqamətində bir sıra marşrutlara marağın azalması fonunda yeni dəhlizin cəlbediciliyi daha da artıb. Rusiya öz məhsullarının ixrac coğrafiyasını bu dəhliz üzərindən genişləndirməsinə böyük ümidlər bəsləyir. “Şimal-Cənub” dəhlizi üzrə danışıqlara İranın da böyük maraq göstərməsi başa düşüləndir. Son illərdə bir sıra sanksiyalarla üzləşən Cənub qonşumuz ərazisindən tranzit daşımalarının intensivliyinə nail olmaqla həm gəlirlərini artırmaq, həm də öz məhsullarının yeni bazarlara daşınmasını təmin etmək məqsədi güdür. Azərbaycana gəldikdə isə, ölkəmiz bəhs olunan dəhlizin funksionallığının tam həcmdə təmin olunmasına böyük səy göstərməklə hər hansı bir siyasi məqsəd güdmür. Azərbaycan yerləşdiyi coğrafiyanın əlverişliliyi ilə qonşu ölkələrə və daşıma şirkətlərinə üstün nəqliyyat-logistika imkanları təqdim edir. Son illərdə böyük həcmlərdə investisiya qoyuluşu hesabına güclü nəqliyyat infrastrukturu quran respublikamız qarşısına Avrasiyanın mühüm tranzit habına çevrilməyi hədəf qoyub və öz məqsədinə doğru inamla irəliləyir. Bunu statistik rəqəmlər də təsdiqləyir. 2022-ci ilin səkkiz ayında respublikamızın ərazisindən nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların həcmi 47 faizdən çox artıb.
Beləliklə, deyə bilərik ki, daşımalar üçün yeni arteriya hesab olunan “Şimal-Cənub” dəhlizində hər üç qonşu dövlətin maraqları üst-üstə düşür. Bu, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasımi və Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak tərəfindən imzalanan Bəyanatda da öz əksini tapıb. Belə ki, sənəddə tərəflər dəhlizdən tam potensialı ilə istifadə etmək üçün infrastrukturun və nəqliyyat imkanlarının qiymətləndirilməsi və təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər, həmçinin 2030-cu ilə qədər tərəflərin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə aldıqlarını ifadə ediblər. Tərəflər dəhlizin inkişafı kontekstində öz əraziləri vasitəsilə nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması məsələləri ilə məşğul olmaq üçün Birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətini və bir ay ərzində ilk iclası keçirmək niyyətlərini vurğulayıblar.
Rəşt-Astara dəmir yolunun
inşası gündəmdə
Sənəddə əksini tapan mühüm müddəlardan biri İran ərazisidə Rəşt-Astara dəmir yolu xəttinin inşasının tamamlanması ilə bağlıdır. Tərəflər bir ay ərzində Rəşt-Astara dəmir yolu layihəsi üzrə saziş layihəsini hazırlamaq və 2022-ci ilin sonunadək danışıqlara başlamaq niyyətində olduqlarını bildiriblər. Hazırda İran ərazisində təxminən 150 kilometrlik məsafədə dəmir yolu xəttinin olmaması artan tranzit yük həcmlərini aşırmağa imkan vermir. Belə ki, Rusiyadan və Azərbaycandan dəmir yolu xətti ilə gələn yüklər İran ərazisində boşaldılaraq Rəşt-Astara (İran) arasındakı məsafədə TIR avtomobillərlə daşınır. Bu, həm daşıma xərclərini artırır, həm də zaman itkisinə səbəb olur. İran ərazisində Rəşt-Astara dəmir yolunun inşası tamamlanarsa, bu kimi çətinliklər də aradan qalxacaq. Bəhs olunan infrastrukturun qurulması ilə Şimal-Cənub Dəhlizi tamamlanmış olacaq. Rəşt-Astara dəmir yolu Şimal-Cənub Dəhlizinin əsas hissəsini təşkil etməklə, Qəzvin-Rəşt dəmir yolunun davamıdır. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmiz ərazisindən daşınacaq.
Hazırda bəhs olunan yolun inşasında əsas çətinlik investisiya qoyuluşu ilə bağlıdır. Hər üç tərəfdən müxtəlif təkilflər səsləndirilir. Gələcək görüşlərdə bu məsələnin də öz həllini tapacağına böyük ümidlər bəslənilir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

