OPEK+ neft hasilatını niyə azaldır?
07.10.2022 [10:34]
Nicat
OPEK+ ölkələri nazirləri noyabrdan etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaqla bağlı qərar qəbul ediblər. OPEK-in saytında yerləşdirilən məlumata görə, Vyanada keçirilən görüşdə nazirlər, həmçinin hasilatın azaldılmasına dair razılaşmanın müddətinin 2023-cü ilin sonunadək uzadılması barədə razılığa gəliblər.
Alyans ölkələrinin qərarına əsasən bundan sonra monitorinq komitəsi iki aydan bir, nazirlər isə altı aydan bir toplaşacaqlar. Bununla yanaşı, monitorinq komitəsi zəruri hesab etdiyi vaxt nazirlərin görüşməsinə dair qərar qəbul edə bilər.
Hasilatın azaldılması üçün baza göstərici 2022-ci ilin avqust ayındakı orta gündəlik hasilat götürüləcək.
OPEK+ nazirləri hasilatın azaldılması qərarını dünya iqtisadiyyatında və neft bazarındakı qeyri-müəyyənliyi nəzərə alaraq qəbul etdiklərini bildiriblər.
Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılmasını nəzərdə tutur.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, OPEK+ tərəfindən gündəlik hasilatın 2 milyon barel həcmində azaldılması ilə bağlı qərar, əslində, beynəlxalq ekspertlər tərəfindən gözlənilməyən qərar kimi qiymətləndirilir: “Çünki baxmayaraq ki, OPEK+ hasilatın azaldılması ilə bağlı qərar qəbul edəcəyi gözlənilən idi, amma kifayət qədər böyük həcmdə, yəni gündəlik 2 milyon barellik bir azalma ilə bağlı qərar qəbul edəcəyi proqnozlaşdırılmırdı. Bu baxımdan, OPEK+ yeni qərarı neft bazarına artıq təsir göstərir göstərir. Neftin dünya bazarı qiymətində artımlar müşahidə olunur”.
Ekspertin sözlərinə görə, OPEK+ bu qərarı hansı formada yerinə yetirəcəyi ilə bağlı müəyyən tərəddüdlər var: “Baxmayaraq ki, 2 milyon barel azalma ilə bağlı qərar qəbul edilib, digər tərəfdən, nəzərə almaq lazımdır ki, OPEK+ bu qərarı hansı formada yerinə yetirəcəyi ilə bağlı da hazırda müəyyən tərəddüdlər var. Bu tərəddüdlər də təbii ki, neftin dünya bazar qiymətindəki artımları xeyli dərəcədə tənzimlədi. Çünki əslində, qərardan sonra daha ciddi addımların atılması proqnozlaşdırılırdı, amma hələlik 2 milyon barelin azaldılması, onunla bağlı öhdəliklərin necə müəyyənləşdirilməsi qaranlıq olduğuna görə bu, neft bazarında qiymətlərin kəskin artımına səbəb olmadı”.
“Amma əgər OPEK+ 2 milyon barelin azaldılması ilə bağlı konkret və xüsusən də öhdəliklərlə əhatə olunmuş plan təsdiq edərsə, o zaman biz neftin dünya bazar qiymətinin yenidən hər barel üçün 100 dollara qədər yüksəlməsini müşahidə edə bilərik. Bütün hallarda OPEK+ son qərarı neftin dünya bazarın qiymətinə təsirsiz ötüşməyib və qiymətdə artımlar müşahidə olunur. Məhz 2 milyon barellik öhdəliyin yerinə yetirilməsi ilə bağlı növbəti addımların atılacağı halda bu, neft bazarında yeni qiymət artımlarına gətirib çıxaracaq”, - deyə V.Bayramov fikirlərinə yekun vurub.
İqtisadçı-ekspert İlham Şaban isə qəzetimizə açıqlamasında dünya iqtisadiyyatında aşağı enmələr təhlükəsi, enerjiyə olan tələbatın azalmasının qaçılmaz olduğunu və buna görə bizim də neft hasilatını azaltmalı olduğumuzu qeyd edib. Ekspertin sözlərinə görə, bu, sonrakı dövrlərdə qara qızılın kəskin ucuzlaşması ilə üzləşməmək üçün lazımdır.
Ekspert OPEK+ formatında qəbul edilən qərarın görüş öncəsi verilən proqnozlardan daha yüksək olduğunu da diqqətə çatdırıb: “Çünki ondan öncə “Reuters” agentliyi öz mənbələrinə istinadən yazmışdı ki, hasilatın 500 min, yaxud 1 milyon barelə qədər azaldılması müzakirə obyektidir. Ancaq nəticə etibarı ilə dünən verilən qərarla noyabrın 1-dən gündəlik hasilatın 2 milyon barel azaldılması razılığına gəlindi”.
İ.Şaban OPEK+ çərçivəsində hasilatın artırılmasına da münasibət bildirib: “OPEK+ çərçivəsində hasilatın hər ay artırılmasına dair sentyabra qədər verilən qərarlar sonrakı real hasilatla tutuşdurulanda məlum olur ki, qurum, əslində, bazara bu kvotalar həcmindən çox aşağı miqdarda neft çıxarır”.
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

