Yeni model nəyi dəyişəcək?
21.02.2023 [10:37]
Sosial müdafiə sahəsində davamlı islahatlar...
Nicat Dilqəmli
Azərbaycan dövləti tərəfindən yürüdülən çoxşaxəli siyasətin əsas istiqamətlərindən biri də sosial islahatların həyata keçirilməsidir. Sevindirici haldır ki, mərkəzində Azərbaycan vətəndaşı dayanan bu siyasətin aparılması uzun illərdir ki, artıq ənənə halını alıb. Dövlət başçımızın təşəbbüsü ilə müəyyən kateqoriyadan olan insanların ödənişli əsaslarla sosial işlərə cəlb olunmaları, şəhid ailələrinin, qazilərin mənzil təminatı, müavinətlərin artırılması və digər analoji tədbirlər deyilənlərin əyani təzahürüdür.
Respublikamızda davamlı olaraq həyata keçirilən genişməzmunlu sosial islahatlardan ölkə əhalisinin 12 faizini təşkil edən təqaüdçülər də bəhrələnirlər. 2022-ci ildə ölkəmizdə iki istiqamətdə pensiyaların artımı baş verib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib. Təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb. Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunub. 2022-ci ildə respublikamızda pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib. Bütövlükdə, son beş ildə ölkədə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada isə 80 faiz artıma nail olunub.
Qarşıdakı dövrlərdə reallaşması nəzərdə tutulan məsələlərdən biri də pensiya təminatında yeni modelin tətbiq edilməsidir. Belə ki, Azərbaycanın pensiya təminatı sistemində dəyişikliklər gözlənilir. Milli Məclisin sonuncu Plenar iclasında müzakirə edilən və birinci oxunuşda qəbul olunan yeni dəyişikliklərdən biri də “Sosial sığorta haqqında” Qanununa edilən dəyişikliklərdir. Təklif edilən yeni dəyişiklik Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsinə imkan verəcək. Layihəyə əsasən, DSMF-nin büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müsbət qalıq müəyyən edildikdə həmin vəsait müvafiq icra hakimiyyəti tərəfindən müəyyən etdiyi orqan tərəfindən investisiyaya yönəldilə bilər.
“Sosial sığorta haqqında” Qanuna ediləcək dəyişikliklərin mahiyyəti barədə “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-ekspert Vüqar Bayramov yeni dəyişikliyin dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsinə imkan verəcəyini qeyd edib: “Dəyişikliyin ümumi mahiyyəti ondan ibarətdir ki, fond sərbəst vəsaitini az riskli sahələrə investisiya edərək öz gəlirlərini artıra biləcək. Fond bununla gəlir mənbələrini şaxələndirərək yalnız büdcə
transferləri və yığımlardan asılı olmayacaq. Bu isə fonda imkan verəcək pensiya artımları daxil olmaqla fərqli istiqamətlərə daha çox vəsait ayıra bilsin. Riskləri sığortalamaq üçün sərbəst vəsait hər hansı kommersiya bankında deyil, yalnız Mərkəzi Bankda saxlanıla biləcək”.
V.Bayramov onu da bildirib ki, burada bütövlükdə, məqsəd əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verməkdir: “Bu isə o deməkdir ki, sərmayə mexanizmi növbəti illərdə pensiya məbləğlərində yeni artımlara imkan yaradacaq”.
İqtisadçı-ekspert bunun pensiya təminatının güclənməsinə xidmət edəcəyini də vurğulayaraq fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

