Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib

Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib

16.03.2023 [15:28]

2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 8 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 4,4 milyard kubmetri “Şahdəniz”dən, 1,4 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən 4 faiz, yəni 319 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Cari ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,9 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 206 milyard kubmetr, “Şahdəniz”dən isə 187 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 131 milyard kubmetrdən çoxu ixrac olunub.

Paylaş:
Baxılıb: 610 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31