Azərbaycanda yerli tələbatdan artıq buğda istehsal olunacaq
05.08.2011 [01:55]
Azərbaycanda taxıl biçini mövsümü sona çatmaq üzrədir. May ayının sonlarından başlayan biçin işləri artıq bir sıra taxılçılıq rayonlarında yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, yaxın günlərdə bütün zəmilərdə taxıl biçini tam başa çatacaq. İyulun son günlərinə qədər ölkə üzrə 850 min hektardan artıq sahədə biçin aparılıb. Bu, isə respublikada mövcud olan payızlıq və yazlıq dənli-paxlalı bitkilər əkininin təxminən 92 faizi deməkdir. İndiyədək Azərbaycanda 2 milyon 100 min tondan artıq arpa və buğda tədarük olunub. Bu isə keçən ilin müvafiq dövründəkindən 350 min ton çoxdur. Tədarük olunan taxılın 1,4 milyon tondan çoxu isə buğda məhsuludur.
Qeyd edək ki, taxıl əkini sahələrinin ümumi həcmi 950 min hektardan artıqdır. ölkə üzrə hər hektardan yığılan taxılın məhsuldarlığı isə 24,8 sentner təşkil edir. Biçin mövsümünü itkisiz və vaxtında başa çatdırmaq üçün bütün aqrotexservislər kombayn, taxıl təmizləyən, presləyici və yığım texnikaları, yük maşınları və traktorlarla tam təchiz edilib. Hazırda “Aqrolizinq” SC-nin balansında olan texnika parkında 3110-dan çox taxılyığan kombayn və 1000-dən çox digər texnika mövcuddur. Bu isə aqrar bölmədə nəzərdə tutulan tədbirləri yerinə yetirməyə imkan verir.
KTN biçinin davam etdirildiyi zəmilərdən daha 350-400 min ton taxıl əldə olunacağını proqnozlaşdırır. ölkədə hələ biçilməmiş 100 min hektara yaxın buğda sahəsi var ki, buradan tədarük olunacaq məhsulun həcmi 200 min tondan çox olacaq. Hesablamalara görə, bu il ölkədə 1,6 - 1,7 milyon tondan çox buğda istehsal ediləcək. Bu isə tələbatı 100 faiz ödəməyə imkan verəcək. ümumi taxıl məhsullarının həcmi isə 2 milyon 600 min tona yaxın olacaq. Yəni, Azərbaycan tam yerli resurslar hesabına daxili tələbatı ödəyə biləcək.
Yeri gəlmişkən, bəzi şəxslər bir müddət əvvəl Nazirlər Kabinetinin (NK) ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV-nin tətbiqi barədə qərarının mahiyyətini başa düşməyərək belə iddialarla çıxış edirlər ki, guya bu qərar unun və çörəyin bahalaşmasına səbəb olacaq. Onların bu arqumentləri tamamilə yanlışdır. Məlum olduğu kimi, NK 2010-cu ildə xarici dövlətlərdən Azərbaycana gətirilən buğda və un məhsullarının əlavə dəyər vergisindən azad olunması haqqında qərar vermişdi və bunun səbəbi hamıya aydındır. Yəni, ötən il ölkədə taxılın əvvəlki illə müqayisədə 700 min ton az istehsal olunması hökumətin bu cür qərar verməsinə səbəb olmuşdu. Həmin qərarın icrası sayəsində isə Azərbaycana xaricdən tələb olunan həcmdə taxıl idxal edildi və əhalinin taxıla olan tələbatının ödənilməsində heç bir problem meydana çıxmadı. Hökumət həm yerli ehtiyatlar, həm də idxal hesabına Dövlət Taxıl Fonduna məxsus anbarlarda və taxılçılıq dəyirmanlarında ehtiyat taxıl yığaraq tələbatın tam ödənilməsinə nail oldu. ümumiyyətlə, ötən mövsüm daxili bazarın qorunması və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün bütün lazımi tədbirlər görüldü.
Hazırda isə ölkədə taxıl istehsalı tam tələbatın ödənilməsinə imkan verir. Yəni, xaricdən taxıl idxalı üçün zərurət yoxdur. Nazirlər Kabineti də məhz bu real vəziyyəti nəzərə alaraq daxili bazarın, daha doğrusu, yerli fermerlərin mənafeyinin qorunması məqsədilə tədbirlər görür. Hökumət çalışır ki, yerli taxıl məhsullarının alışı daha yaxşı təşkil olunsun, fermerlərin istehsal etdiyi taxıl Dövlət Taxıl Fondu tərəfindən sərfəli qiymətlərlə alınsın. Burada isə daha çox qazanan yerli fermerlər olur. Əgər NK ölkəyə idxal olunan taxıl məhsullarına ƏDV-nin tətbiqi barədə qərar qəbul etməsəydi yerli fermerlər üçün problemlər yarana bilərdi. çünki taxıl idxal edən şirkətlər sərbəst şəkildə heç bir vergi ödəmədən daha çox xaricdən taxıl gətirmiş olardı. Nəticədə yerli istehsalçıların məhsuluna tələb az olardı. Yeri gəlmişkən, Taxıl Fondu bir neçə gündür ki, yüksək qiymətə fermerlərdən taxıl alışına başlayıb.
Göründüyü kimi, hökumət ölkəmizin etibarlı şəkildə taxıl məhsulları ilə təminatı üçün davamlı və məqsədyönlü işlər görür, həm də daxili istehsalın stimullaşdırılması ilə əlaqədar sistemli tədbirlər həyata keçirir. Azərbaycan hökumətinin iqtisadiyyatın aparıcı sahəsinə çevrilən kənd təsərrüfatına olan diqqət və qayğısı öz mühüm nəticələrini göstərməkdədir. Aqrar sahədə müşahidə olunan hazırki artım dinamikası bütövlükdə 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsullarının yüksək istehsalının olacağını deməyə əsas verir. Bu il ölkəmizin taxıl məhsulları ilə təminatı yerli istehsal hesabına ödəniləcək. ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən strateji plana uyğun olaraq illik taxıl ehtiyatının toplanması ilə bağlı davamlı tədbirlər həyata keçiriləcək. Əhalinin kənd təsərrüfatı məhsulları, o cümlədən, əsas strateji məhsul olan buğda ilə etibarlı təminatı üçün bütün lazımi tədbirlər görüləcək. Bu il, həmçinin, taxıl anbarlarının tikilməsi və istifadəyə verilməsi ilə bağlı tədbirlər də həyata keçiriləcək.
Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Onu da qeyd edək ki, bu il taxılla yanaşı, digər kənd təsərrüfatı məhsullarının da artımı qeydə alınmaqdadır. Hazırda Azərbaycanda istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının böyük bir hissəsi tələbatdan artıqdır. Bu məhsullar yerli istehlakı tamamilə ödəməklə yanaşı, qonşu ölkələrin tələbatının ödənilməsinə də yönəldilir. Məsələn, respublikamız hər il Rusiya, Ukrayna, Gürcüstan, Moldova, Belarus və digər ölkələrə kartof, xiyar, pomidor, bibər, kələm, alma, armud, heyva, xurma, limon və digər məhsulları ixrac edir. Bu il də yerli istehsal hesabına həm daxili tələbatı ödəmək, həm də xarici ölkələrə bəzi məhsulların ixracını həyata keçirmək mümkün olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

