Ödəmə sistemində yeni qaydalar
15.08.2023 [11:06]
MÜBARİZ
Yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla Azərbaycanın maliyyə bank-sistemində islahatlar davam etdirilir. Prezident İlham Əliyev 9 avqust tarixində imzaladığı Fərmanla “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli müvafiq Qanununu təsdiqləyib. Eyni zamanda, valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilir. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda (Qaydalar) dəyişikliklər edilib. Həmin dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesterinə daxil edilib və avqustun 9-da qüvvəyə minib.
Gündəlik limitlərin ləğvi
Mərkəzi Bankdan “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, dəyişikliklərə əsasən fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20 min ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Eyni zamanda, bazar iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla, idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilib, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyənləşdirilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən, geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.
Qaydalarda edilən digər dəyişikliklər “Siyasi partiyalar haqqında”, “Dövlət-özəl tərəfdaşlığı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunlara, habelə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Vətəndaşlar əvvəlcədən bilməlidirlər ki...
Azərbaycanın maliyyə bazarında sərtləşdirmə tədbirlərini “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz. Bu, ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdlaşdırılması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir. Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq hədlərlə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və hotel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub
Ölkədən 100 milyon dollar çıxaranlar...
“Əbəs yerə plastik kartdan xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması belə rezonans yaradıb. Bu qayda əslində 30 min, 40 min və ya 100 min dollar çıxarmaq istəyənlərə mane ola bilməz. Çünki bu məbləği 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq və pulu kartdan çıxarmaq mümkündür. Amma 10 milyon və ya 100 milyon dolları ölkədən kartla çıxarmaq üçün 10 000 nəfər adam və ya 10 000 ədəd kart tapmaq mümkün deyil. Odur ki, yeni qərar böyük əhali kütləsini təsirləndirməyəcək. Dəyişikliklər ölkədən küllü miqdarda çirkli pul çıxarmağa çalışanları qayğılandıracaqdır”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov ifadə edib. E.Əmirov digər dəyişikliklərin daha diqqətçəkən olduğu qənaətindədir: “Lakin digər dəyişiklik daha önəmlidir. Belə ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq limitlə əvəzlənib. Belə ki ayda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Bu isə əvvəlki məhdudiyyətlərlə yaranmış problemlərin həllinə vəsilə olacaq. Çünki insanlar müxtəlif məqsədlər üçün bir dəfəyə ödəməli və həll etməli olduğu işini edə bilmir, günlərlə əziyyət çəkirdi. Odur ki, bu dəyişikliyi daha effektiv dəyişiklik hesab etmək olar.
O ki qaldı, mənzil, maşın və digər əmlak almaq istəyənlərə, bu məsələdə problem yoxdur. Bu proseslər başqa qaydalarla tənzimlənir”.
Xəbər lenti
Hamısına baxİdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30

