Vergilər Nazirliyi tərəfindən hüquqi şəxslərin elektron qeydiyyatına başlanıb
08.02.2012 [21:21]
Dünən Vergilər Nazirliyi tərəfindən “Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı” sisteminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimini giriş sözü ilə açan vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində son illər həyata keçirilmiş ardıcıl və məqsədyönlü tədbirlər barədə məlumat verib.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı məsələlərə toxunan nazir müavini ölkədə əlverişli biznes mühitinin formalaşdırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yüksəldilməsi məqsədilə nazirlik tərəfindən bir sıra ciddi layihələrin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, “bir pəncərə” prinsipinin, fiziki şəxslərin elektron qeydiyyatının ardınca yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin də e-qeydiyyatı üçün lazımi imkanlar yaradılıb və bu layihənin həyata keçirilməsi “elektron hökumət” quruculuğu baxımından mühüm hadisədir. Sahib Ələkbərov xüsusi olaraq vurğulayıb ki, həyata keçirilən tədbirlər ölkə başçısı cənab İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu digər mühüm bir vəzifənin yerinə yetirilməsinə, yəni, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi ilə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə də öz müsbət təsirini göstərəcək.
Sonra Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi Natiq Şirinov kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı haqqında geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin fərmanları ilə mövcud qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində e-qeydiyyatın tətbiqi üçün bütün hüquqi məsələlər tənzimlənib. “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarına, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüzumsuz aparılır, nizamnamə kapitalının əvvəlcədən ödənilməsi və e-qeydiyyat zamanı ərizənin notarial qaydada təsdiq edilməsi tələb olunmur. Onun sözlərinə görə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı Vergilər Nazirliyinə yanlış məlumatların verilməsinin qarşısını almaq məqsədilə İnzibati Xətalar Məcəlləsinə belə hallara yol vermiş fiziki şəxslərin 700 manat, hüquqi şəxslərin 4000 manat miqdarında cərimə olunması ilə bağlı maddə daxil edilib.
Elektron qeydiyyat iki üsulla: sürətli və adi qaydada həyata keçiriləcək. Sürətli elektron qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir. Bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla, hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olacaq. Cəmiyyətin nizamnaməsi və digər qeydiyyat sənədləri insan müdaxiləsi olmadan proqram vasitəsilə işləniləcək və bu zaman qeydiyyat prosesi bir neçə dəqiqə çəkəcək. E-qeydiyyatın tətbiqi ilə biznesə başlamaq üçün 6 prosedur əvəzində cəmi 3 prosedur yerinə yetiriləcək. Tələb olunan sənədlərin sayı isə 7-dən 2-yə qədər azalacaq. Hüquqi ünvanın təsdiqinə, sənədlərin notarial təsdiqinə, nizamnamə kapitalının ödənilməsi üçün müvəqqəti bank hesabının açılmasına sərf edilən vaxta qənaət ediləcək, qeydiyyat 3 gün deyil, cəmi bir neçə dəqiqəyə baş tutan prosedura çevriləcək. Prosedurların sayı 3 vahid, qeydiyyata sərf edilən vaxt isə 5 gün azalacaq. Təsisçilərin sayı 1-dən çox olduqda, habelə hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçiləcək. Bu zaman qeydiyyatın başa çatdırılması 20 dəqiqədən 3 günədək vaxt tələb edə bilər. E-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşlar tərəfindən yerinə yetirilən əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma endiriləcək.
N.Şirinov onu da deyib ki, hüquqi şəxsin adının unikallığının yoxlanılması üçün sərbəst istifadə imkanı verən xüsusi məlumat köşkləri quraşdırılıb və bu imkan Vergilər Nazirliyinin rəsmi internet saytında da (www.taxes.gov.az) yaradılıb.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsinin rəisi Şahin Sadıqov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi Nigar Alimova, Amerika-Azərbaycan Ticarət Palatasının Qanunvericilik və siyasət üzrə koordinatoru Şahid Şükürov, Beynəlxalq Maliyyə Korporasiyasının layihə rəhbəri İrina Niderberger və başqaları Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin sahibkarlığın inkişafı baxımından ən mütərəqqi üsul olduğunu qeyd edib, onun praktik əhəmiyyətindən danışıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57

