ABŞ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
06.03.2024 [10:35]
Vüqar Bayramov: Qısa və orta müddətdə sanksiyaların ciddi təsiri hiss olunmur
İki ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi hər iki tərəf üçün ağır nəticələr verib. Müharibədə Ukraynaya dəstək verən kollektiv Qərb Rusiyaya təzyiqləri artırır. Məqsəd Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da bu məqsədə xidmət edir.
Rusiya-Ukrayna müharibəsi çox doğru olaraq həm də sanksiyalar müharibəsi kimi səciyyələndirilir. Xatırladaq ki, indiyədək Aİ mərhələlərlə şimal qonşumuza qarşı 13 sanksiya tətbiq edib. Bu sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.
Rusiyadan enerji daşıyıcılarının ixracına qoyulan məhdudiyyətlər bu ölkə üçün daha böyük itkilər deməkdir. Qərbin şimal qonşumuza qarşı neft sanksiyaları ötən 2022-ci il dekabrın 5-də qüvvəyə minib. Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ bu cür neftə 60 dollar/barel yuxarı qiymət limiti qoyub. Buna cavab olaraq Rusiya tavan qiymətindən istifadə edən ölkələrə enerji daşıyıcılarının ixracını dayandırıb. Tətbiq olunan qadağaların nəticəsi olaraq şimal qonşumuzun Avropaya enerji daşıyıcılarının ixracı əhəmiyyətli dərəcədə azalıb. Enerji daşıyıcılarının ixracının məhdudlaşması fonunda Rusiyanın neft-qaz gəlirlərinin 40 faizədək azaldığı bildirilir. Gəlirlərin azalması Rusiyada ciddi maliyyə sıxıntılarına səbəb olur. Bu, rəsmi səviyyədə də etiraf olunur. Lakin Rusiya sanksiyalara qarşı hələ də müqavimət göstərə bilir. Ona görə də, Qərb qarşıya qoyduğu məqsədlərə tam nail ola bilməyib.
Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edən dövlətlərdən biri də ABŞ-dır. Rəsmi Vaşinqton müxtəlif sahələr üzrə çoxsaylı sanksiyalar tətbiq edib, eləcə də Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələr və şirkətləri də hədəfə alır. ABŞ Rusiyanı dünyada özünə əsas rəqib kimi görür, bu səbəbdən də onu mümkün qədər çox zəiflətməyə çalışır. Yeri gəlmişkən, bugünlərdə ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibəyə görə Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların müddətini bir il müddətinə uzadıb. “Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı İcra Sərəncamı ilə yaradılmış milli fövqəladə vəziyyətin uzadılmasının zəruriliyi var”, - deyə Baydenin Konqresə göndərdiyi məktubda bildirilib. Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları 2014-cü il martın 6-da tətbiq edilib. Bundan sonra bu qərarlar mütəmadi olaraq uzadılıb.
Bundan başqa, ABŞ Prezidenti Co Bayden “Böyük Yeddilik” (G7) ölkələrinin iyun sammitinə qədər Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə strategiyasının hazırlanmasını istəyir. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, ABŞ lideri Rusiyanın dondurulmuş aktivlərinin Kiyevin büdcə ehtiyaclarının maliyyələşdirilməsinə, eləcə də Ukraynanın gələcək bərpasına sərf olunmasını təmin etməyə çalışır. Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təqribən 300 milyard dollar məbləğində aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-da, əksəriyyəti isə Aİ-də, o cümlədən beynəlxalq aktivlərdədir.
Ümumiyyətlə, ABŞ-ın addımları, o cümlədən sanksiyaların müddətinin daha bir il uzadılması Rusiyaya necə təsir edəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, müharibə başladıqdan sonra Qərbin Rusiyaya qarşı sansksiyaları davamlı xarakter alıb. Artıq Avropa İttifaqı ikirəqəmli sanksiyalara keçib. Amma reallıq bundan ibarətdir ki, sanksiyalara rəğmən hələ də Avropanın idxalında Rusiyanın mavi qazı ilk beşlikdədir. Faktiki olaraq son iki ildə Rusiya enerji resurslarının ixracı ilə bağlı elə də ciddi problemlərlə üzləşməyib. Bu da ondan xəbər verir ki, Rusiyanın valyuta gəlirlərində kəskin dəyişikliklər müşahidə olunmayıb. Digər tərəfdən, millət vəkilinin sözlərinə görə, bəzi ölkələr reeksport edərək əslində, bu sanskiyaların təsirlərini dolayı olaraq minimumlaşdırırlar: “Məsələn, Ermənistan reeksport edərək Rusiyaya qarşı sanksiya tətbiq edilən məhsulların idxal və ixracını həyata keçirir. Nəticədə, iki ölkə arasında ticarət dövriyyəsi məhz reeksport sayəsində, yəni sanksiyalardan yayınmaqla altı dəfəyə qədər artıb”.
Bütün bunların fonunda ABŞ-ın sanksiyalar yolu ilə prosesə təsir etməyə, Rusiya iqtisadiyyatını zəiflətməyə çalışdığını deyən V.Bayramov qeyd edib ki, buna baxmayaraq, Rusiya iqtisadiyyatının zəifləməsi uzunmüddətli proses olacaq: “Qısa və orta müddətdə sanksiyaların ciddi təsiri hiss olunmur. Sanksiyaların genişlənməsinə, aktivlərin dondurulmasına baxmayaraq, bütün bunlar hələlik Rusiya iqtisadiyyatında ciddi neqativ nəticələrə gətirib çıxarmayıb”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

