Qızıl ən dəyərli investisiyaya çevrilir
12.03.2024 [10:25]
Azad olunmuş ərazilərdəki ehtiyatlar Azərbaycanın qızıl sənayesində yeni mərhələ başladacaq
Dünya bazarlarında qızılın qiyməti son bir həftə ərzində rekord həddə bahalaşaraq sənaye tarixində ilk dəfə bir troya unsiyası 2190 dollara yaxınlaşıb. Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın qiyməti ilə yanaşı, alıcılıq qabiliyyəti və tələblər də yükəslib. Qızılın spot qiyməti heç vaxt bu satış əmsalına yüksəlməyib, 2022-ci və 2023-cü ilin əvvəllərində artım müşahidə olunsa da, bu qiymətli metalın unsiyası 1800 dollardan yuxarı olmayıb. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2023-cü ildə mərkəzi bankların xalis qızıl alışı əvvəlki illə müqayisədə 50%-dən çox artaraq 700 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat 4% artaraq 3,5 min tonu ötüb.
Baş verənlər qızıla həm investisiya kimi qlobal marağın artmasını, həm də bu sənaye sahəsinin investorlar üçün daha cəlbedici olmasını stimullaşdırır. Qızıla investisiya aləti kimi beynəlxalq investorların bu marağının artması pul və səhmlərlə nisbətdə bu qiymətli metalın maliyyə-investisiya bazarlarında üstünlüyünü də önə çıxarmağa başlayıb. Belə ki, qlobal səhmdarlar pul və blokçeynlər, qiymətli kağız və səhmlərdən daha çox qızıla investisiya qoymağı indi daha məqsədəuyğun sayır, eləcə də dünyanın iri şirkətləri, suveren fondları öz yığımlarını dollar və avro ilə nisbətdə qızıl portfelinə yerləşdirməyi faydalı hesab edirlər. İnvestorların əvvəlki illə müqayisədə bu qiymətli metala tələbatı ən azı 10% artıb.
Mövcud ssenarilər Azərbaycan üçün də əla fürsət yaradır. 2023-cü ildə Azərbaycanda 2 min 614 kiloqram qızıl hasil edilib. Bu rəqəmlər hazırkı şəraitdə qənaətbəxş hesab edilsə də, mövcud ehtiyatların hasilatın ən azı 3-4 dəfə artmasını şərtləndirir. Çünki işğaldan azad edilmiş ərazilərdə qızıl ehtiyatları kifayət qədər böyükdür. Hazırda azad edilmiş ərazilərdə başlanmış yeni kontraktların icrası qızılçıxarma sənayesində yeni mərhələnin başlanmasını ehtiva edir. Bu sahəyə ən son texnologiyaların gətirilməsi, müasir emal avadanlıqlarının cəlb olunması hasilatda intensiv artımlara yol aça bilər.
Hazırda Azərbaycan hökuməti Kəlbəcər, Zəngilan, Cəbrayıl, Ağdərə rayonlarındakı qızıl yataqlarının hasilatına xarici investorları cəlb etməkdədir. Qardaş Türkiyənin “Eti Bakır A.Ş” və “Artvin Maden A.Ş” şirkətləri Kəlbəcərin “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarında hasilata başlamaqdadır. Eləcə də digər zəngin mənbələr olan “Söyüdlü”, “Qızılbulaq”, “Vejnəli”, “Dəmirli” yataqlarının işlənməsi üçün xarici investorların təklifləri nəzərdən keçirilir. Bu isə azad ərazilərin böyük valyuta gətirəcək zonaya çevrilməsindən xəbər verir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə çalışan investorlar torpaq, mənfəət, gəlir və s. vergilərdən, eləcə də qızıl və gümüş məhsullarının satışı əlavə dəyər vergisindən azad olunublar, bu halda qızıl sənayesinə marağın daha da artacağı şəksizdir.
Azad ərazilərdə başlanmış industrial sənaye bumu Azərbaycanın qeyri-neft gözləntilərində strateji yer tutacaq qızıl dividendlərinin həcm və dəyərinin də artacağı ilə bağlı nikbin ümidləri artırır. Belə ki, ortamüddətli dövrdə neft gəlirlərini əvəz edəcək qeyri-neft resurslarından biri kimi qızılçıxarmanın əsas sənaye zonası kimi azad ərazilərdəki mənbələrə diqqətin artması da bunu şərtləndirir. Qızıl sənayesindən əldə edilən gəlirlər ikinci neft-qaz valyutası hesab olunur. Qarşıdakı illərdə Azərbaycanın həm Dövlət Neft Fondundakı, həm Mərkəzi Bankdakı, həm də “Azərgold”un balansında olan qızıl ehtiyatlarını artırmaqla ölkəmizin güclü və dayanıqlı strateji valyuta ehtiyatlarını möhkəmləndirmək mümkündür. Qızıl rezervlərinin saxlandığı əsas mənbələrdən biri olan Dövlət Neft Fondunun (DNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması son illərdə bu sahədə dividendlərin həcmini artırmaqdadır. Fondun investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri qızıla investisiya edilib ki, bu da hazırda 101,8 ton (3.272.975 unsiya) deməkdir. Neft Fondunun aktivlərinin 56 milyard dollar təşkil etdiyini nəzərə alsaq, qızıl investisiyaların dəyəri 8 milyard dollara yaxındır. Üstəlik, son 3 ayda qızılın 20 faizdən çox bahalaşması Neft Fondunun qızıl ehtiyatlarının dividend gəlirlərinin də yüksəlməsini təmin edir. Bundan başqa, “Azergold”un il ərzində 2500-3000 unsiya qızıl satışından əldə etdiyi dividendləri də nəzərə alsaq, ölkənin xarici valyuta ehtiyatlarının davamlı artımını görə bilərik. Beləliklə, qızılın dünya bazarlarında rekord artımları Azərbaycan üçün əlverişli və yeni investisiya bloku kimi xüsusi əhəmiyyət daşıyır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

