Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Vergilər Nazirliyinin Tədris Mərkəzinin 10 yaşı tamam olur

Vergilər Nazirliyinin Tədris Mərkəzinin 10 yaşı tamam olur

20.06.2012 [15:08]

Tədris Mərkəzi Vergilər Nazirliyində insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayır
İyun ayında Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasının 10 ili tamam olur. Xatırladaq ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılıb, həmçinin, onun Əsasnaməsi və strukturu təsdiq edilib. Nazirliyin kadrlarının bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statuslu elm və təhsil ocağı olan Tədris Mərkəzində həyata keçirilir.
ötən müddət ərzində Tədris Mərkəzi dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını, habelə vergi siyasətinə dair elmi tədqiqatların aparılmasını təmin edib.
2011-ci ilin sentyabr ayının 13-də Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Mən çox şadam ki, qısa müddət ərzində Vergilər Nazirliyi öz işçiləri və gənc işçilər üçün belə gözəl şərait yaradıbdır. Azərbaycanın gözəl guşəsində, Şamaxı rayonunda belə mənzərəli yerdə ən müasir standartlara cavab verən Tədris Mərkəzi tikilibdir. Bu, gözəl hadisədir və Azərbaycanın ümumi inkişafı ilə bilavasitə bağlı olan məsələdir. çünki təhsil, bilik, elm, iqtisadiyyatımızın elmi əsaslarla inkişafı bizim üçün ən vacib olan məsələlərdir və uğurumuzun səbəblərindən biridir. çünki biz çalışırıq ki, bütün işləri möhkəm əsaslar üzərində quraq. Bütün proqramlar, layihələr, irəli sürülmüş təşəbbüslər güclü əsas üzərində reallaşır. O cümlədən ölkə iqtisadiyyatı üçün çox vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, “bir pəncərə” təşəbbüsü, bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir. Siz də yaxşı bilirsiniz ki, Vergilər Nazirliyində tətbiq edilmiş “bir pəncərə” prinsipi indi başqa qurumlarda da tətbiq olunur. Bu prinsip, əslində, həm müasir səviyyəni göstərir, eyni zamanda, Azərbaycanda iqtisadi sahədə şəffaflığın təmin edilməsi üçün də çox vacib rol oynayır. Biz indi “elektron hökumət” qaydalarını tətbiq etməyə çalışırıq. Vergilər Nazirliyində toplanan təcrübə çox qiymətlidir. Mən çox şadam ki, sizin nazirliyiniz müasir əsaslarla idarə olunur, müasir menecment tətbiq edilir, dünya praktikası öyrənilir. Biz elə etməliyik ki, dünya praktikasını, onun ən qabaqcıl nümunələrini Azərbaycanda tətbiq edək”.
Qeyd edək ki, 2,5 hektar ərazidə yerləşən Tədris Mərkəzi infrastruktur və texniki cəhətdən ən müasir avadanlıqlarla təchiz olunub. Kompleksin tərkibinə üçmərtəbəli tədris binası, ikimərtəbəli inzibati bina, üçmərtəbəli yataqxana binası, əməkdaşlar üçün üçmərətəbəli 2 yaşayış binası və dəvət olunan ekspertlər üçün hər birində 2 nömrə olmaqla ikimərtəbəli 2 kottej fəaliyyət göstərir. Bunlarla yanaşı kompleksdə qazanxana binası, elektrik yarımstansiyası və digər xidmətedici tikililər də var. Burada əməkdaşların və mərkəzə gələnlərin mədəni istirahətini təşkil etmək üçün qapalı idman-sağlamlıq kompleksi və vitamin-bar fəaliyyət göstərir. Tədris Mərkəzində təlim və tədris prosesinin mükəmməl səviyyədə təşkili üçün təkmil texniki baza yaradılıb. Mərkəzdə üç mühazirə auditoriyası fəaliyyət göstərir. Bütün texniki vasitələrlə təchiz edilən auditoriyaların hər biri 20 nəfərlikdir. Burada üç səviyyədə hazırlıq aparılır. Birinci səviyyə 2 ay ərzində yeni işə qəbul olunanları, ikinci səviyyə 1-2 həftə ərzində vəzifəli şəxsləri, üçüncü səviyyə isə rəhbər işçilər üçün qısamüddətli treninq kurslarını əhatə edir. Mərkəzin strukturuna iqtisadiyyat və menecment, vergi metodologiyası, vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedraları, elmi tədqiqat bölməsi, tədris-metodika və maliyyə-təsərrüfat şöbələri daxildir. Bundan başqa, mərkəzdə müvafiq texniki təchizata malik 25 nəfərlik konfrans zalı, kompüterlərlə təmin olunmuş kitabxana, internetə qoşulmuş 15 kompüterlə təmin olunmuş oxu zalı, 96 nəfərlik akt zalı var. Akt zalında mühüm tədbirlərin, təqdimat mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb.
Vergilər Nazirliyinin Tədris Mərkəzində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb. Burada ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətin, o cümlədən vergi sisteminə göstərdiyi diqqət və qayğının müxtəlif məqamlarını əks etdirən fotolar və elmi-kütləvi ədəbiyyat da nümayiş etdirilir.
Tədris Mərkəzində dinləyicilərin vergilərin müxtəlif sahələri üzrə əvvəllər qazanılmış biliklərinin elmi, nəzəri və praktiki baxımdan təkmilləşdirilməsi təmin olunur. Təhsilin yekunlarına görə dinləyicilərin peşəkar bilikləri və işgüzar keyfiyyətləri qiymətləndirilir, onların ixtisasının artırılması sahəsində tələbatları öyrənilir, müvafiq tədris planları işlənib hazırlanır, digər ixtisasartırma müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlığı həyata keçirilir.
Tədris Mərkəzi Vergilər Nazirliyində insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayır. Vergi orqanlarında insan resurslarının gündən-günə artan müasir tələblərə cavab verməsi üçün daimi tədris proqramları əsasında dinləyicilərin peşəkarlıq səviyyəsinin artırılması, insan resurslarının fəaliyyətinin obyektiv meyarlar əsasında düzgün qiymətləndirilməsi və işçilərin fəaliyyətinin nəticələrinə görə həvəsləndirilməsi, kadrlar haqqında informasiya bazasının formalaşdırılması və insan resurslarının idarə edilməsi məsələləri də Tədris Mərkəzində aparılan elmi araşdırmaların əsas istiqamətlərindən biridir. Qeyd olunan məqsədlərə nail olmaq üçün tədris prosesində xüsusi yanaşma tətbiq edilir. Tədrisin planlaşdırılması, tədris tələbatlarının müəyyən edilməsi və təhlili, tədris prosesinin təşkili və perspektiv planda tədris sahəsində optimallığın təmin edilməsi baxımından tədris proseslərinin kompleks qiymətləndirilməsi, vergi orqanları daxilində keçirilən vergi tədrisinin məqsədi, onun Nazirliyin insan resurslarının inkişaf strategiyasının məqsədlərinə və davamlı tədris məqsədlərinə uyğunluğunun təmin edilməsi, vergi işçilərinin tədrisinin insan resurslarının idarə edilməsi üzrə kadr siyasətinin digər sahələrinin fəaliyyəti ilə əlaqəsinin təmin edilməsi bu yanaşmanın tərkib hissəsidir.
2003-cü ildən 2012-ci ilin ilk 6 ayına qədər olan dövr ərzində Tədris Mərkəzində 95 ixtisasartırma kursu, 38 ilkin hazırlıq kursu və 90 qısamüddətli (1-5 günlük) treninqlər və seminar-məşğələlər keçirilib. Bu tədris kurslarında müvafiq olaraq 1665 nəfər, 763 nəfər və 1800 nəfər vergi orqanı əməkdaşı dinləyici kimi iştirak edib. Treninqlərdə iştirak etmiş vergi orqanı əməkdaşlarından ənənəvi (auditoriyada) təlim metodu tətbiq etməklə 1383 nəfər, kombinə edilmiş təlim metodu tətbiq etməklə 264 nəfər, real vaxt rejimində məsafədən (distant) təlim metodu tətbiq etməklə 18 nəfər dinləyici ixtisasartırma kurslarında iştirak edib. 2005-2012 illər ərzində isə ənənəvi (auditoriyada) təlim metodu tətbiq etməklə orta hesabla 462 nəfər, kombinə edilmiş təlim metodu tətbiq etməklə 281 nəfər, real vaxt rejimində məsafədən (distant) təlim metodu tətbiq etməklə 20 nəfər dinləyici ilkin hazırlıq kurslarında iştirak edib.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 1421 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31