Vətəndaş cəmiyyətinin inkişafı vacibdir
16.04.2024 [10:27]
QHT-lərin fəaliyyəti hansı istiqamətləri əhatə edir?
Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu prosesində QHT-lərin xüsusi rolu var. Bu baxımdan ölkəmizdə QHT-lərin inkişafı, regionlarda QHT hərəkatının gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ictimai nəzarətin, iştirakçılığın təmin olunması, şəffaflığın artırılmasında mühüm işlər görülür. Zaman-zaman regionlarda müxtəlif forumlar keçirilir və yerli QHT-lər bu tədbirlərə dəvət olunur. Forumlarda vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr təhlil olunur. Ölkəmizdə baş verən proseslər, bu proseslərə vətəndaş cəmiyyətinin münasibəti və digər məsələlərlə əlaqədar ictimai müzakirələr aparılır, QHT-lərin rəy və təklifləri dinlənilir.
Prezident İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasətin nəticəsi olaraq vətəndaş cəmiyyətinə lazımi şərait və imkanlar yaradılıb. Bir çox dövlət qurumlarında vətəndaş cəmiyyəti, ictimai iştirakçılıq təmin olunub. QHT-lərin maliyyələşdirilməsinə dövlət tərəfindən böyük dəstək verilir. Son 20 il ərzində aparılan siyasət nəticəsində tarixi Zəfər əldə olunub. Azərbaycan xalqı isə vətəndaş cəmiyyəti olaraq ölkə başçısının apardığı bu siyasəti hər zaman dəstəkləyib. Prezidentin yaratdığı imkanlarla ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm işlər görülür. Bir sözlə, hüquqi dövlət quruculuğuna böyük önəm verən Azərbaycanın vətəndaş cəmiyyəti ölkə iqtisadiyyatının və silahlı qüvvələrin inkişafı üçün də vacib rol oynayır.
Ötən ay 2024-cü il üzrə QHT-lər üçün böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri elan olunub. Daha öncə layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib. Onlardan 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb. Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olunub.
Bölgüyə əsasən, kiçik qrant müsabiqəsinə 532, orta qrant müsabiqəsinə 147, böyük qrant müsabiqəsi üçün isə 74 layihə müraciəti olub. Elan olunan nəticələrə əsasən, qalib olan 413 layihə ilə bağlı QHT-lərə qrant mükafatı təqdim olunub.
Ümumilikdə son illər qeyri-hökumət təşkilatlarının fəaliyyətində xeyli inkişaf nəzərə çarpır. Sosial, siyasi və mədəniyyət istiqamətlərində müxtəlif layihələr və tədbirlərin təşkili, o cümlədən cəmiyyət üçün əhəmiyyətli məsələlərlə bağlı bir çox QHT-lərin gördüyü işlər cəmiyyətdə rəğbətlə qarşılanır.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, hazırda qeyri-hökumət təşkilatları ən böyük inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, sevindirici haldır ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də pandemiya dövründən sonra Azərbaycan vətəndaş cəmiyyətində yenilik və inkişaf dövrü başlayıb: “Xüsusən keçmiş QHT şurasının QHT agentliyi ilə əvəz olunması, yeni strukturun yaradılması və yeni rəhbərliyin gətirilməsi vətəndaş cəmiyyətində bir silkələnmə yaratdı. İllərdir QHT-lər arasında eyni simaların qrant aldığını görürdük. Sevindirici haldır ki, artıq bu proses dayandı. Bu sahəyə yeni və şəffaf dönəm gəldi. Artıq işlər şəxslər üzərindən deyil, təşkilatlar üzərindən aparılmağa başlayıb. Ölkəmizdə yetərincə QHT-lərə dəstək verəcək donor təşkilatları var. Müxtəlif dövlət qurumları vətəndaş cəmiyyətinə qrant verən qurum kimi təmsil olunur”.
R.Zeyni qeyd edib ki, QHT-lər ilin 12 ayı, 365 günü hətta, 24 saatı fəaliyyət göstərməlidir: “Amma təəssüflər olsun ki, bəzən fəaliyyət göstərən bir çox qeyri-hökumət təşkilatı sadəcə görüntü üçün tədbir və layihələr həyata keçirir. Bu gün Azərbaycanda beynəlxalq arenalara çıxan yetərincə qeyri-hökumət təşkilatları var. Hazırda QHT-lər özünün ən böyük inkişaf dövrünü yaşayır. Azərbaycan vətəndaş cəmiyyətinin ötən il Şuşa-Xankəndi-Laçın yolunda keçirdiyi ekoloji aksiya ölkə rəhbərliyi tərəfindən də yüksək səviyyədə qiymətləndirildi. Biz də bu aksiyanın tərkib hissəsi olduğumuz üçün hər zaman fəxr edirik. Ümumilikdə Azərbaycanda dövlət vətəndaş cəmiyyətinə yetərincə qiymət verir və bu mexanizmi inkişaf etdirir”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03

