Beynəlxalq sistemdəki harmoniyanı sarsıdan əməllər...
03.04.2025 [09:48]
Müharibə kortəbii aparılan proses olmamalıdır!
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. İkinci Qarabağ müharibəsi son yüz ildə Zəfər və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.
Müasir dövlətlərarası münasibətlər sistemində sülh və təhlükəsizliyin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur. İllərdir BMT tribunasından bir sıra dövlətlər onlara qarşı həyata keçirilən qanlı cinayətləri bütün dünyaya ifşa olunub, amma təssüflər olsun ki, dünya ictimaiyyəti tərəfindən bu məsələlərə adekvat bir cavab verilməyib.
Ərazi bütövlüyümüzə yönələn qəsdlər
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, müasir dünyada silahlı toqquşmaları doğuran elementlər, dövlətlərarası münaqişələrin yaranmasının başlıca səbəbi olan ərazi işğalı, müharibə və insanlıq əleyhinə cinayətlər və siyasi müstəqilliyə qəsdlər artmaqda davam edir: “Bu gün beynəlxalq sistemdəki harmoniyanı sarsıdan belə əməllər sırasında özünün xarakter və təhlükəlilik dərəcəsinə görə yalnız bir və ya bir neçə dövlətin deyil, bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə və ümumi sülhün qorunub saxlanmasına təhdid kimi dəyərləndirilən beynəlxalq cinayətlərdən biri də təcavüzdür. Tarix boyu təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaqla Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər edib. Azərbaycanın dinc əhalisinə qarşı yönələn cinayətlər qeydə alınaraq hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilib. Erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilib”.
Müharibənin də öz qaydaları var...
Deputat qeyd edib ki, müharibə kortəbii aparılan, düşmənin məhvinə yönələn proses deyil, döyüşün özünün də qaydaları var, Haaqa və Cenevrə hüquqları ilə tənzimlənir: “Hər iki hüquq həm döyüşün aparılması qaydaları, həm müharibənin gedişatında istifadə olunan silahlara, seçilən taktikaya, döyüşən və təslim olan kombatantlara, əsirlərə, hədəf alınan obyektlərə, habelə, non-kombatantlara, eyni zamanda aktiv döyüş əməliyyatlarından sonra insanlara, məkana rəftar və münasibəti tənzimləyir.
Ermənistan dörd il öncə başa çatdırdığımız münaqişənin tarixinin bütün mərhələlərində nə Cenevrə, nə də Haaqa hüququnun tələblərinə məhəl qoymayıb. Aktiv müharibə dövründə dinc əhali ilə amansız davranışa dair çoxsaylı sənədləşdirilmiş sübutlar, lent yazıları var. Habelə, əsirlərlə amansız rəftarı təsdiq edən çoxsaylı sübutlar, o cümlədən, qanuni qüvvəyə minmiş məhkəmə hökmləri var. Yəni, bu gün Azərbaycan mediası və ictimaiyyəti Ermənistanın törətdiyi sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinə dair çox böyük və tutarlı mənbəyə malikdir”.
Bəşəriyyətə yönələn cinayətkar qəsdlər
Deputatın sözlərinə görə, bir məqamı unudulmamalıdır ki, müasir beynəlxalq hüquq insana, insan hüquq və azadlıqlarına yönəlmiş istənilən qəsd cəhdini dövlətlərin daxili işi hesab etmir: “Bu mənada Ermənistanın 30 il ərzində dövlət səviyyəsində, o cümlədən ayrı-ayrı hərbi-siyasi rəhbərlərin birbaşa iştirakı və göstərişi ilə törədilən cinayətlər, habelə erməni hərbçilərin ayrı-ayrı ekstsessləri yalnız azərbaycanlılara yox, bütövlükdə bəşəriyyətə yönələn cinayətkar qəsdlərdir. Bu mənada hətta tərəfsizliyi şübhə altında olan beynəlxalq təsisatların özünü belə fakt qarşısında qoyaraq danışmağa, konkret fakta münasibət bildirməyə məcbur edə bilərik”.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39

