Beynəlxalq aləmdəki yumşaq güc!
25.04.2025 [10:35]
Vətəndaş cəmiyyətinin inkişafı vacibdir...
Hər bir ölkənin inkişafını təmin edən mühüm amillərdən biri milli maraqların və xalqa məxsus milli-mənəvi dəyərlərin qorunmasıdır. Mütərəqqi baxışları özündə ehtiva edən milli ideologiyanın təbliği bu prosesdə mühüm rol oynayır. Şübhəsiz ki, bütün bu proseslərdə bir sıra subyektlərlə yanaşı, vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır.
Elmi ədəbiyyatda “vətəndaş cəmiyyəti” anlayışı öz xüsusi məzmununu müəyyən edib və müasir şərhində cəmiyyətin vəziyyətini, xarakterini, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkişaf və yetkinlik səviyyəsini ifadə edir. Başqa sözlə, bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Bu, sosial cəmiyyətin inkişafında daha yüksək pillədir. Vətəndaş cəmiyyətinin mahiyyəti çoxtərəfli, müxtəlif mənalıdır və alimlər tərəfindən müxtəlif cür şərh edilir. Lakin bir şey də aydındır ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil.
Vətəndaş cəmiyyəti institutlarının legitim fəaliyyəti
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni bildirib ki, bu gün vətəndaş cəmiyyəti beynəlxalq aləmdə yumşaq gücdür. Bütün dövlətlərdə iqtisadi inkişafla bərabər həm də vətəndaş cəmiyyətinin güclü olması çox vacib bir faktordur. Ölkəmizdə dinamik siyasi sistemin struktur elementlərinin mütəmadi olaraq təkmilləşməsi vətəndaş cəmiyyəti institutlarının da legitim fəaliyyətinə əlverişli şərait yaradır. Onun sözlərinə görə, Azərbaycanın dinamik siyasi sistemə malik olması mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi önəm kəsb edən təməl strateji əsasdır: “Məhz bütün bunların fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış edir. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birlərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını, həmçinin siyasi sistemin inkişafını şərtləndirir. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış edir”.
QHT-lərin inkişafı dövlətin diqqət mərkəzində...
R.Zeyni qeyd edib ki, vətəndaş cəmiyyətinin başlıca institutlarından olan ictimai birliklər-QHT-lər də ictimai-siyasi proseslərdə mühüm rol oynayan subyekt kimi səciyyələndirilməlidir: “Azərbaycanda QHT-lərin fəaliyyəti üçün olduqca demokratik və leqal əsaslar formalaşdırılıb, bu istiqamətdə zəngin qanunvericilik bazası mövcuddur. Milli maraqlar və dəyərlər əsasında fəaliyyət göstərən QHT-lər vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verməklə yanaşı, ictimai münasibətlər kontekstində inteqrasiyanı sürətləndirirlər.
Qeyd etmək lazımdır ki, ölkəmizdə QHT-lərin fəaliyyətini səmərəli edən mühüm faktorlardan biri də onların dövlət tərəfindən mütəmadi olaraq maliyyələşdirilməsidir. İctimai birliklərin maliyyələşdirilməsi, öz növbəsində, həmin qurumların qeyri-şəffaf mənbələrdən asılılığına imkan verməməklə yanaşı, milli maraqların və dəyərlərin mühafizəsinə də əhəmiyyətli töhfələr bəxş edir”.
Milli birliyin formalaşmasında vətəndaş cəmiyyətinin rolu
R.Zeyni qeyd edib ki, ölkəmizdə milli birliyin və həmrəyliyin formalaşmasında vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin rolu böyükdür. Onun sözlərinə görə, bu gün dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan vətəndaş cəmiyyəti institutları həyata keçirdikləri layihələrlə istər gənc nəslin milli ruhda tərbiyə olunmasında, istərsə də azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynamaqdadır: “Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan QHT-lər 44 günlük Vətən müharibəsi dövründə də öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi desək, yanılmarıq. Həmin dövrdə ölkəmizdə fəaliyyət göstərən QHT-lərin milli həmrəylik nümayiş etdirərək işğalçı Ermənistana qarşı birgə bəyanat qəbul etməsi, beynəlxalq təşkilatlara müraciətlər ünvanlaması haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rollardan birini oynadı”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00
YAP xəbərləri
19 Yanvar 13:54
Siyasət
19 Yanvar 13:47
YAP xəbərləri
19 Yanvar 13:27
Sosial
19 Yanvar 12:34
Dünya
19 Yanvar 12:33
Dünya
19 Yanvar 12:26

