Uzun illərin həsrəti...
30.10.2025 [08:24]
“Böyük Qayıdış”ın daha iki ünvanı!
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizin bərpası və inkişafı üçün genişmiqyaslı işlər davam etdirilir. Görülən bütün işlər Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir. Hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.
Bu gün Ağdamın Xıdırlı və Ağdərə rayonunun Həsənriz kəndi dirçəlişin və yenidənqurmanın simvoluna çevrilən ünvanlardan biridir. Uzun illər işğalın acısını yaşayan bu kəndlər indi tamamilə yenidən qurulur. Beləliklə, Xıdırlıda və Həsənrizdə təkcə evlər yox, bir ümid, bir həyat, bir gələcək inşa edilir...
108 ailənin sevinci
Dünən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Həsənriz və Xıdırlı kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Xıdırlı kəndinə 91 ailə - 366 nəfər, Həsənriz kəndinə isə 17 ailə - 83 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
Ağdərənin azad olunması
Azərbaycan Ordusunun şanlı qələbələrindən olan 2016-cı ilin Aprel döyüşləri nəticəsində Füzuli və Cəbrayıl rayonları ilə yanaşı, Ağdərə rayonunun da ərazisinin bir hissəsi işğaldan azad edilmişdi. Rəşadətli Ordumuzun sarsıdıcı zərbəsi ilə Ağdərə rayonunun Talış və Seysulan kəndləri düşməndən təmizləndi. Bu şanlı qələbə bütün qaçqın və məcburi köçkünlərimiz kimi, ağdərəlilərdə də doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına qəti inam yaratmışdı.
Nəhayət, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizləndi. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Xıdırılıda layihələr həyata keçirilir
Qeyd etdiyimiz kimi, azad edilmiş bölgələrin bərpası üçün çoxsaylı infrastruktur layihələri həyata keçirilir. Lakin Ağdamın Xıdırlı kəndində həyata keçirilən quruculuq işləri təkcə fərdi evlərlə məhdudlaşmır. Belə ki, Xıdırlı müasir kənd modeli kimi qurulur. Burada çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, həmçinin təhsil və səhiyyə işçiləri üçün müvəqqəti qonaq evi, məişət xidməti obyekti, emalatxana, tam orta məktəb və körpələr evi-uşaq bağçası da tikilib.
Bu infrastruktur yeni sakinlərin gündəlik həyatını rahat və təhlükəsiz şəkildə davam etdirməsi üçün hər cür şərait yaradır. Xidmət sektoru, təhsil və səhiyyə sahələri, ictimai məkanların hamısı yenidən dizayn olunub və müasir standartlara uyğunlaşdırılıb.
Həmçinin Xıdırlı kəndinin layihəsində ekoloji tarazlığa da xüsusi diqqət yetirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir. Bu yaşıl zonalar təkcə kəndin gözəlliyinə xidmət etmir, eyni zamanda sakinlər üçün istirahət məkanları və ekoloji sağlam mühit formalaşdırır. Geniş bulvarlar, ağaclar və bəzək kolları ilə bəzədilmiş park sahələri kəndin gələcəyini daha da ümidverici edir.
5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb
Xatırladaq ki, Xıdırlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində ordumuzun qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam rayonu Azərbaycana təhvil verilib.
2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdamda səfərdə olarkən bir sıra məntəqələrin təməli qoyulmuşdu. Ağdam rayonunun yeni təməli qoyulan 3 kəndindən biri isə Xıdırlı idi. Kənddə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ərazi 418 hektardır.
Xıdırlı Qarabağın dirçəliş strategiyasının canlı nümunəsidir. Tikilən evlər, çəkilən yollar, əkilən ağaclar bu torpaqlarda yenidən həyatın başladığını, Azərbaycanın doğma torpaqlarından əl çəkmədiyini və çəkməyəcəyini göstərir...
Bu gün doğma torpaqlarına geri dönən hər bir keçmiş məcburi köçkün sevinc içindədir. Zamanında düşdükləri məcburi köçkünlük vəziyyəti onların həyatlarını bir çox cəhətdən dəyişsə də, heç vaxt torpaqlarına olan bağlılıqlarını zəiflədə bilmədi. İndi hər bir addımda o torpağın nə qədər qiymətli olduğunu daha yaxşı dərk edirlər.
“61 yaşımda geri dönürəm”
Ağdamın Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün İdris İbadov bildirib ki, otuz ildən sonra doğma yurduna geri dönür: “Bu günü görmək, bu həyəcanı yaşamaq bizim üçün böyük xoşbəxtlikdir. Bu, elə bir sevincdir ki, Allah bütün qaçqın və köçkünlərimizə bu hissi yaşamağı nəsib etsin. Kəndimizdən çox faciəli şəkildə çıxmışdıq - o vaxt mühasirələrdən ayaqyalın, başıaçıq qaçaraq canımızı qurtarmışdıq.
Bu gün isə tam fərqli mənzərədir: dövlətimiz bizə hər cür şərait yaradıb, yük maşınları ilə, rahat nəqliyyat vasitələri ilə bizi doğma yurdumuza yola saldılar. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.
İ. İbadov əlavə edib ki, oradan çıxanda 29 yaşı var idi, bu gün isə 61 yaşında geri qayıdır: “Həyat yoldaşım və uşaqlarım ilə birlikdə doğma kəndimizə qayıdıram”.
Həsənrizə qayıtmaq böyük sevinc və xoşbəxtlikdir
Ağdərənin Həsənriz kəndinə köçən keçmiş məcburi köçkün Habil Əvəzov bildirib ki, Həsənrizə qayıtmaq böyük sevinc və xoşbəxtlikdir: “Otuz iki ildir ki, bu günü gözləyirdik. Torpaqlarımızın azadlığı uğrunda əziyyəti olanlara təşəkkür edirəm, şəhidlərimizə rəhmət, qazilərimizə uzun ömür və sağlamlıq diləyirəm”.
O, bildirib ki, 7 yaşında Həsənrizdən çıxmalı olublar: “O günlər hələ də xatirimdə duman kimi qalır. Təhlükələrlə üz-üzə qalaraq evimizdən ayrılmaq məcburiyyətində qalmışdıq. Lakin bu gün dövlətimizin dəstəyi ilə, rahat nəqliyyat vasitələri ilə doğma yurdumuza qayıtmaq imkanımız var və bu, bizim üçün böyük xoşbəxtlikdir”.
H. Əvəzov bütün köçkünlərə belə bir günün nəsib olmasını arzulayaraq, dövlət başçısına və Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Göründüyü kimi, azad olunmuş torpaqlarımıza Böyük Qayıdış bir başlanğıcdır. Bu qayıdış, yalnız tarixin köhnə səhifələrinin bir araya gətirilməsi deyil, həm də yeni bir səhifənin açılmasıdır. Bu səhifə sadəcə Qarabağda yaşayan insanlar üçün deyil, bütün Azərbaycan xalqı üçün yeni üfüqlər açacaq...
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” ” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSiyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31

