Gənc sahibkarlar üçün...
04.11.2025 [08:37]
Bakıda mühüm forum keçirildi
Bu günlərdə Bakıda “Gənc MÜSİAD”ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) keçirilib. Forum Türkiyənin Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutub.
Forumun açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycanda innovasiya və sahibkarlığın inkişafı ilə bağlı müxtəlif forumlar keçirilir: “KOBİA tərəfindən bu günə qədər gənclər üçün 4 forum keçirilib. Azərbaycanda müxtəlif beynəlxalq forumlar təşkil olunur. Bu cür forumlar gənc sahibkarların dünyaya tanıdılmasında mühüm rol oynayır”.
Azərbaycan gənclərin təşəbbüskarlığına inanır
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir: “KOBİA gənc sahibkarlarla bir sıra sahələrdə çalışır və onlara dəstək göstərir. Gənclərin dəyişiklik yaratmaq potensialına inanırıq. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır. Gənclər ideyalarına inanırsa, artıq qalib hesab olunurlar. Bu forumun ən başlıca məqsədi əlaqələr qurmaq deyil, bir ruh, gələcəyə doğru istiqamət yaratmaqdır. Bu dürüstlük əməksevərlik və halal qazanc ruhudur. İstiqamət isə Avrasiyada dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur”.
50-yə yaxın ölkə gənclərinin iştirakı ilə...
Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu çıxışında təmsil etdiyi ölkədə 600-ə yaxın gənclik mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib: “Türkiyənin 90 minə yaxın gənc əhalisi var. Bu forumda 50-yə yaxın ölkədən gənclər iştirak edirlər. Forumun Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Gənclərin innovativ fəaliyyətlərini yaxından izləyirik”.
Nazir müavini xatırladıb ki, Azərbaycan ilə Türkiyə son 10 il ərzində bir çox platformada mühüm əməkdaşlıq edir: “İki qardaş ölkə arasındakı münasibətlər son illərdə ən yüksək zirvəyə yüksəlib. Azərbaycanın Türkiyə ilə yaxın dostluq münasibətləri, hər iki ölkənin dövlət başçılarının ortaya qoyduğu iradə fəaliyyətimizi daha da dərinləşdirir”.
Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir
“MÜSİAD Azərbaycan” İctimai Birliyinin sədri Rəşad Cabirli bu forumun gənc ideyaların zirvəsi olduğunu deyib. O qeyd edib ki, Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir: “Dünya dəyişsə də, sahibkarlığın mahiyyəti eyni qalır. Gənc odur ki, yenilik gətirir, dəyər yaradır. Azərbaycan və Türkiyə bu coğrafiyanın iki qardaş dayağıdır. Bu gün hər bir sahibkar iş adamı deyil, dəyər adamıdır. Birlikdə fikirdən dəyərə, dəyərdən gələcəyə doğru addımlamalıyıq”.
İnvestorlar, sahibkarlar və iş dünyası üçün mühüm platforma
“Gənc MÜSİAD”ın sədri Mağsun Usta isə çıxışında Avrasiya Gənc İş Adamları Forumunun gənc investorlar, sahibkarlar və iş dünyası üçün mühüm platforma olduğunu vurğulayıb: “Bu gün burada toplaşmağımız sadəcə bir forumun açılışı deyil, Avrasiya Gənclərinin ortaq baxışını yenidən müəyyənləşdirmək niyyətidir. Dünyanın iqtisadi tarazlığı yenidən formalaşdıqca, biz bu bölgənin gəncləri olaraq, artıq sadəcə tamaşaçı deyil, yeni dövrün qurucuları olmaq istəyirik. Qlobal iqtisadiyyat artıq mərkəzləşməyib. Kapital, istehsal, innovasiya və ticarət axınları Şərqə, Cənub-Şərqə və bütün Avrasiyaya yönəlib. Bu gün Avrasiya xəritələrdə yalnız birləşdirici xətt deyil, dünyanın yeni istehsal və dəyər kəməridir. Avrasiya bölgəsi təbii sərvətləri ilə yanaşı, insan resursları, xüsusən də gənc sahibkarları ilə yüksəlişdədir: “Bu forum onların potensialının əsl göstəricisidir. Burada irəli sürülən hər bir fikir, əməkdaşlıq hər bir bölgənin gələcəyində öz izini qoyacaq. Bu gün sərmayə, sadəcə pul deyil, həm də bilik, texnologiya, çeviklik və etibardır. Bir ölkənin və ya sahibkarın gücü artıq onların sahib olduğu aktivlərdə deyil, yarada biləcəkləri tərəfdaşlıqlardadır. Müxtəlif mədəniyyətlərin və fərqli istehsal üsullarının kəsişdiyi bir məkan olaraq əməkdaşlıq artıq seçim deyil, zərurətdir”.
Onun sözlərinə görə, sahibkarlıq bir peşə, sivilizasiya formasıdır: “İstehsal etmək, paylaşmaq və çatdırmaq mədəniyyətimizin təkcə iqtisadi deyil, həm də mənəvi təzahürləridir. Bizi həqiqətən birləşdirən coğrafiya deyil, ortaq bir inam və gələcək hissidir. Bu hiss ticarətlə yanaşı, həm də sülhün, həmrəyliyin və qarşılıqlı etimadın təcəssümüdür.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

