Qarabağ Zəfərimiz dünyaya səs saldı...
20.03.2026 [10:14]
Hərb meydanından informasiya savaşına gedən yol
2020-ci ilin 27-i sentyabrından etibarən 44 gün ərazindəki qısa dövrdə həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan bir tarix yazıldı. 44 günlük Vətən müharibəsi ölkəmizin gücünü, xalqımızın iradəsini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uzun illər işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. Bu müharibə təkcə hərbi qələbə ilə deyil, həm də həmrəyliyin, vətənpərvərliyin və strateji düşüncənin təntənəsi kimi yadda qaldı. Azərbaycan əsgəri yüksək döyüş ruhu və peşəkarlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Qısa müddət ərzində əldə olunan bu uğur müasir hərb tarixində nadir nümunələrdən biri hesab olunur.
Lakin Ermənistanın müharibə dövründə və ondan əvvəl törətdiyi cinayətlər beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Mülki əhalinin hədəfə alınması, yaşayış məntəqələrinin raket atəşinə tutulması, şəhər və kəndlərin dağıdılması insanlıq əleyhinə cinayətlərin bariz nümunəsidir. Xüsusilə, Gəncəyə raket hücumları zamanı dinc sakinlərin həyatını itirməsi dünya ictimaiyyətində ciddi rezonans doğurdu.
Eyni zamanda, Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində həyata keçirilən vandalizm aktları, tarixi və dini abidələrin dağıdılması, təbii sərvətlərin talan edilməsi də beynəlxalq hüquqa zidd əməllər kimi sənədləşdirilib. Bu faktlar bir daha göstərir ki, Ermənistanın siyasəti yalnız işğalçılıq deyil, həm də mədəni irsin sistemli şəkildə məhv edilməsinə yönəlib.
Müharibədən sonra Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdən biri bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə həyata keçirilən informasiya siyasəti, beynəlxalq tribunalarda aparılan diplomatik fəaliyyət və müxtəlif platformalarda yayılan sübutlar mühüm rol oynayır. Azərbaycan tərəfi beynəlxalq təşkilatlara təqdim etdiyi faktlar, foto və video materiallar vasitəsilə Ermənistanın törətdiyi cinayətləri ifşa edir.
Bu gün əsas məqsəd yalnız qələbəni qeyd etmək deyil, həm də ədalətin tam bərqərar olunmasına nail olmaqdır. Müharibə cinayətlərinə hüquqi qiymət verilməsi, günahkarların məsuliyyətə cəlb edilməsi və zərərçəkənlərin hüquqlarının müdafiəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycanın güclü dövlət olduğunu bir daha sübut etdi. Bu qələbə həm də regionda yeni reallıqlar yaratdı və sülh üçün yeni imkanlar açdı. Lakin davamlı sülhün təmin olunması üçün həqiqətlərin gizlədilməməsi, tarixi faktların təhrif edilməməsi və ədalətin təmin olunması vacib şərtlərdən biridir. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət yürüdərək həm öz haqq səsini dünyaya çatdırır, həm də beynəlxalq hüququn aliliyinin qorunmasına töhfə verməyə davam edir.
Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan sürətli iqtisadi-sosial inkişafa nail olmaqla yanaşı, qısa müddətdə güclü hərbi potensiala, qüdrətli orduya da sahibdir. Məhz erməni təxribatına cavab olaraq başlayan Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin hər cür təxribatlarının və gözlənilməz hücumlarının qarşısını qətiyyətlə almağa qadirdir. Vətən müharibəsi dövründə xalq olaraq güclü birlik və həmrəylik nümayiş etdirdik. Ali Baş Komandanın dediyi kimi, düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özünə gələ bilməyəcək. 30 illik erməni işğalı bitdi, ona görə də xalqımızın bu gün qalib kimi alnı açıqdır. Bu tarixi qələbələr bizim şərəf salnaməmizdir. Qüdrətli və güclü Azərbaycan bu gün özünün bütün dünya tərəfindən qəbul edilən ərazi bütövlüyü çərçivəsində daha da inkişaf edir. Bu inkişaf bölgədə və qlobal müstəvidə sülh və əməkdaşlığa başlıca töhfədir
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

