Ölkəmizdə heyvandarlığın inkişafında yeni intensiv metodlardan istifadə olunur
20.12.2016 [10:17]
Bölgələrdə ət məhsullarının istehsalında yüksək göstəricilərə nail olunub
Son illərdə ölkəmizin ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasından söhbət açarkən heyvandarlıq məhsullarının istehsalının genişlənməsini xüsusi qeyd etmək lazımdır. Bölgələrdə aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha da artıb. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb.
Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib.
2016-cı ilin yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6 faiz çox diri çəkidə ət, 1 milyon 833,0 min ton (3,1 faiz çox) süd, 1470,6 milyon ədəd (4,8 faiz çox) yumurta, 16,5 min ton (1,6 faiz az) yun istehsal olunub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz artıb.Qobustan rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf qeydə alınıb. Cari ilin on bir ayını uğurla başa vuran fermerlər məhsul istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıma nail olublar. Belə ki, ötən on bir ayda bölgədə diri çəkidə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 128,4 ton artaraq 5478 tona, süd istehsalı 1671,6 ton artaraq 17 min 927 tona çatıb.
Tovuz rayonunda da heyvandarlığın inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu ilin yanvar-noyabr aylarında heyvandarlıqla məşğul olan sahibkarlar tərəfindən 7620,4 ton ət, 33136,5 ton süd, 15 milyon 700 min ədəd yumurta istehsal olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 275,7 ton, süd istehsalı 844,6 ton artıb.
Şamaxı rayonunda cari ilin on bir ayında heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. On bir ayda diri çəkidə ət istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 39,6 ton artaraq 4479,2 tona, süd istehsalı 413 ton artaraq 21323 tona çatıb. Bu dövrdə 15 milyon 762 min ədəd yumurta, 378,8 ton yun istehsal olunub ki, bu göstəricilər də müvafiq olaraq 4 milyon 300 min ədəd və 1,1 ton çoxdur.
Cari ilin ötən on bir ayı Ağsu rayonunun heyvandarları üçün də uğurlu olub. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən artıb. Bölgədə son illər kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda dinamik inkişaf davam etməkdədir. Əvvəlki illərdə olduğu kimi, bu ilin on bir ayında da keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı artıb. Belə ki, ət istehsalı 9 ton artaraq 4665 tona, süd istehsalı 108 ton artaraq 27 min 75 tona çatıb.
Saatlıda da heyvandarlığın inkişafı istiqamətində mühüm addımlar davam etdirilir. Belə ki, rayonda yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 401 baş iribuynuzlu mal-qara və 113 min 36 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, ümumilikdə, 21 min 216 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalının çoxalmasına da səbəb olub. Cari ilin ötən ayları ərzində rayonda 59 min 133 ton ət (diri çəkidə), 331 min 999 sentner süd, 1316 sentner yun istehsal edilib ki, bu da keçən ildəkindən çoxdur.
Bununla yanaşı, respublikanın ərzaq təminatının daxili istehsal hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən strateji hədəfə uyğun olaraq regionlarda heyvandarlığın inkişaf etdirilməsi, ət və ət məhsulları istehsalının artırılması məqsədilə görülən çoxsaylı tədbirlər sırasında intensiv metodların tətbiqi, o cümlədən də mal-qaranın cins tərkibinin yaxşılaşdırılması xüsusi qeyd edilməlidir. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq heyvandarlıqda intensiv metodların tətbiqinə geniş meydan verilir. Ölkəyə yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb.
Paralel şəkildə son vaxtlar respublikanın regionlarında süni mayalanmanın genişləndirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Hazırda Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir. Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən istifadə edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, RSMM ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq, həmçinin təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu məqsədlə mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq. Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV technologies” şirkətinin istehsalıdır. RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək. Qeyd edək ki, süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
Son illər Lənkəran rayonunun heyvandarlıq təsərrüfatlarında da mal-qaranın süni mayalandırılmasına maraq artıb. 2017-ci il yanvarın 1-dən süni mayalandırma yolu ilə alınan hər buzova görə dövlət tərəfindən 100 manat subsidiyanın verilməsi fermerlərin işini xeyli asanlaşdırıb. Rayonda süni mayalandırma yolu ilə alınan hər buzova görə 100 manat subsidiyanın verilməsi ilə əlaqədar işçi qrupu yaradılıb. Rayonda altı süni mayalandırma texniki fəaliyyət göstərir ki, 2016-cı il yanvarın 1-dən etibarən doğulan buzovların müvafiq rayon komissiyaları və kənd təsərrüfatı idarələrinin işçi qrupları tərəfindən qeydiyyata alınıb. Yığılan məlumatlar Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib, subsidiyaların plastik kartlar vasitəsilə veriləcəyi diqqətə çatdırılıb.
Vurğulayaq ki, süni mayalama yolu ilə alınmış hər buzova görə subsidiya ödənişinin təmin edilməsi məqsədi ilə bu ayın əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin Respublika Komissiyasının ilk iclası keçirib. İclasda respublika üzrə 53 rayon (şəhər) komissiyasının təklifləri nəzərə alınaraq cari ilin oktyabr ayında süni mayalanma yolu ilə alınmış 1719 baş buzovun hər birinə görə 100 manat olmaqla, 171900 manat məbləğində subsidiyanın 1495 heyvan sahibinə ödənilməsi barədə qərar qəbul edilib. Komissiyanın qərarı və subsidiya ödəniləcək vətəndaşlar barədə məlumatlar müvafiq qaydaya uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edilib.
Cəlilabad rayonunun Alar kəndində isə yeni heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Xaricdən gətiriləcək 1000 baş iribuynuzlu cins mal-qaranın saxlanması üçün nəzərdə tutulan kompleksin tikintisi üçün 5 hektar torpaq sahəsi ayrılıb. Hazırda kompleksdə beton, hörgü və qaynaq işləri aparılır. Almaniya və Hollandiyadan südçülük istiqamətində gətiriləcək cins heyvanların bəsləniləcəyi kompleks avtomatik yemləmə sistemləri, bir dəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq və havalandırma qurğuları ilə təchiz ediləcək.
Heyvanların bol və keyfiyyətli yemlə təmin olunması üçün 1000 hektar sahədə silosluq qarğıdalı və digər yem bitkiləri əkiləcək. Gələcəkdə isə əlavə tikililərin hesabına kompleksin ərazisi genişləndirilərək 22 hektara çatdırılacaq.
Ağcabədi rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 9 süni mayalanma texniki tərəfindən 4934 baş inək və düyə süni yolla mayalandırılıb, 2698 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

