Regionlarda taxıl biçininin optimal müddətdə başa çatdırılması təmin ediləcək
07.07.2017 [09:37]
Azərbaycanda da eyni sahələrdə bir ildə ikinci dəfə taxıl əkilməsi təcrübəsindən istifadə olunacaq
Bu günlərdə respublikanın regionlarında taxıl zəmilərində sübh tezdən şər qarışanadək qızğın iş ahəngi yaşanır. Fermerlər becərdikləri bol məhsulu sahələrdən itkisiz və vaxtında yığıb anbarlara tədarük etmək üçün maksimum səylə çalışır və əllərindən gələn hər şeyi edirlər. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ildə ölkədə 435,7 min hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilib ki, bunun da 32515,6 hektarını dənli və dənli paxlalılar (qarğıdalısız), o cümlədən 1935,2 hektarını buğda zəmiləri təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-cı ildə respublika üzrə cəmi 1147,4 hektar sahədə buğda becərilmişdi.
Taxılçılıqda məhsuldarlığın yüksəldilməsi əsas şərtlərdən biridir
Hazırda bütün dünyada əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə bağlı çağırışların aktuallığının artması fonunda aqrar sektor əsasən intensiv metodlarla inkişaf etdirilir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan da ölkədə kənd təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasına, o cümlədən də taxılçılığın inkişafına yeni yanaşmalar əsasında nail olmağa çalışır. İqtisadiyyat naziri Şahin Mustafayevin Prezident İlham Əliyevin Sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində verdiyi məlumata əsasən, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir ki, bu və ya digər tədbirlərin nəticəsində də aqrar sektorun potensialı daha da genişlənəcək.
Öz növbəsində strateji əhəmiyyətli ərzaq məhsulu olan taxıl istehsalının artırılmasında da yeni yanaşmalardan istifadə edilir. Məlumdur ki, Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı tapşırıq verib. Qarşıya qoyulan hədəfə çatmaq üçün son illərdə bölgələrdə taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması geniş vüsət alıb. Mütəxəssislərin qənaətinə görə, taxılçılıqda məhsuldarlığı artırmaq üçün mühüm vasitələrdən biri də məhz iri fermer təsərrüfatlarının yaradılmasıdır. Artıq ölkənin 20 rayonunda 44 min hektaradək ərazidə 22 sahibkar tərəfindən müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Ölkənin müxtəlif bölgələrində Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Belə təsərrüfatların yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir ki, bu da kifayət qədər yüksək göstəricidir.
Bölgələrdə zəmilərdən taxıl itkisiz yığılır
Zəmilərdən taxıl biçini dövründə fermerlərin diqqət mərkəzində saxladıqları əsas məsələlərdən biri məhsulun mümkün qədər qısa müddətdə və itkisiz yığılmasıdır. Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, taxılbiçən kombaynların dislokasiya planı dəqiqliklə hazırlanıb: “Əvvəlcə biçin prosesi aran rayonlarında həyata keçirilir. Texnikalar kifayət qədərdir. Biçin optimal müddətdə başa çatdırılacaq”.
Verilən operativ məlumatlara əsasən, ayrı-ayrı rayonlar üzrə taxıl biçini daha intensiv şəkildə davam etdirilir. Şəki Rayon İcra Hakimiyyətindən bildirilib ki, respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 66 min hektardan çox sahənin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 35 min hektardan çox zəminin məhsulu biçilib, 77 min 200 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 21,9 sentner təşkil edir. Tədarük olunan taxılın 42 min 236 tonu buğda, 34 min 961 tonu arpadır.
Hələlik zəmilərdə məhsul boldur. Şəkili fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.
İsmayıllı rayonunda da taxıl biçini kampaniyası sürətlə davam etdirilir. İndiyədək 3393 hektar sahənin məhsulu yığılıb. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, cari mövsümdə 28191 hektarda taxıl yetişdirilib. Hər gün zəmilərə 50-dən çox kombayn çıxarılır. Fermerlər bu mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Hələlik arpa zəmilərinin 1808 hektarı, buğda zəmilərinin isə 1585 hektarı biçilib. Hər hektardan orta məhsuldarlıq 36,1 sentnerdir. Mütəxəssislər bu il rayonda taxıl sahələrindən 100 min tondan çox məhsul götürüləcəyini bildirirlər.
Tovuz rayonunda taxıl istehsalçıları indiyədək 440 hektar sahədə biçin həyata keçiriblər. Biçin aparılan zəmilərin 420 hektarı arpa, 20 hektarı isə buğda sahələridir. Arpa sahələrində məhsuldarlıq 26,5 sentner, buğda sahələrində isə 32,5 sentner təşkil edir.
Ümumiyyətlə, tovuzlu fermerlər cari mövsümdə 20 min 376 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 19526 hektarı buğda, 850 hektarı isə arpadır.
Qobustan rayonunda bu ilin məhsulu üçün 26 min 500 hektarda taxıl yetişdirilib və hazırda biçin kampaniyası sürətlə davam etdirilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, zəmilərə hər gün 24 kombayn çıxarılır. Artıq 1250 hektar arpa, 300 hektar buğda sahəsi biçilib. Hələlik dəmyə şəraitində hər hektardan orta məhsuldarlıq 20 sentnerdir. Bir sıra iri taxılçılıq təsərrüfatlarında, o cümlədən Ərəbqədim, Cəm-Cəmli, Dərəkənd, Yekəxana kənd ərazi vahidlərində hər hektardan 22-23 sentner məhsul götürülür. Cari mövsümdə rayonda 55 min tondan çox taxıl istehsal ediləcəyi gözlənilir.
Bəzi rayonlarda taxıl biçini uğurla başa çatıb
Artıq bəzi rayonlarda fermerlər taxıl biçininin uğurla başa çatmasının sevincini yaşayırlar. Taxıl biçininə erkən başlayan və məhsul yığımı kampaniyasını qısa müddətdə uğurla başa çatdıran rayonlardan biri də Göyçaydır. Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürüblər.
Cari ildə rayonun fermerləri 14 min 617 hektar sahədə taxıl becəriblər. Bunun 7543 hektarını buğda, 7074 hektarını arpa təşkil edir. Mayın 25-də kəndlərdə taxıl biçininə start verilib və iyulun 5-dək rayonda 41 min 220 ton məhsul toplanılıb. Rayonda taxıl sahələrinin hər hektarında məhsuldarlıq orta hesabla 28,2 sentner olub. Hər gün taxıl biçini üçün sahələrə Göyçay və ətraf rayonlardan 43 müxtəlif markalı kombayn və yük maşını cəlb olunub. Rayonda kombayn çatışmazlığı problemi yaşanmayıb, fermerlərin məhsulu vaxtında biçilərək onlara təhvil verilib.
Bu günlərdə Salyanda arpa biçini başa çatıb. Biçinə mütəşəkkil başlayan taxıl istehsalçıları qısa müddətdə 12 min 835 hektar arpa zəmisinin məhsulunu yığıblar. Sahələrdən 36 min 907 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 29,5 sentnerə çatıb ki, bu da ötən ildəkindən 2 sentner çoxdur.
Rayon Kənd Təsərrüfatı İdarəsinin məlumatına əsasən, hazırda buğda sahələrinin məhsulu yığılır. Artıq 9 min 743 hektar buğda zəmisinin 5 min hektarının məhsulu toplanılıb. Biçin aparılmış sahələrdən 18 min 323 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 34 sentnerə çatır.
Qeyd edək ki, ötən il salyanlı fermerlər taxıl sahələrindən 63 min ton məhsul yığıblar. Mütəxəssislərin fikrincə, bu il sahələrdən 70 min tona yaxın məhsul götürüləcəyi gözlənilir.
Bərdəli fermerlər də rayonda biçinin gedişindən razılıqlarını bildirirlər. Artıq rayonda arpa biçini başa çatıb. Verilən məlumata əsasən, zəmilərdən 9 min 68 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 32,7 sentner olub.
Rayonda buğda biçini də uğurla davam edir. Belə ki, bu günədək 8651 hektarda biçin aparılıb, 34 min 517 ton məhsul tədarük edilib. Buğda zəmilərinin məhsuldarlığı hər hektardan orta hesabla 39,9 sentnerdir.
Qeyd edək ki, cari ilin məhsulu üçün Bərdə rayonunda 13 min 959 hektarda taxıl, o cümlədən 11 min 183 hektarda buğda, 2776 hektarda arpa becərilib.
Məlumdur ki, Azərbaycanın əkinə yararlı torpaq fondu məhduddur. Buna görə də mövcud torpaq fondundan səmərəli istifadə edilməsi böyük aktuallıq daşıyır. Yeni yanaşmalar əsasında mövcud torpaqlarda daha böyük həcmlərdə məhsul istehsalına nail olmaq mümkündür. Mütəxəssislərin qənaətinə görə, respublikanın taxıl istehlakını qarşılamaq üçün ölkə üzrə əkin sahəsini 700-800 min hektar ətrafında saxlamaqla məhsuldarlığı hektardan 4-4,5 tona çatdırmaq kifayətdir.
Taxıl istehsalının artırılması üçün optimal variantlardan biri də il ərzində eyni sahədə iki dəfə məhsul yetişdirilməsidir. Respublikamızın bölgələrində cari ildən başlayaraq bu təcrübədən istifadə ediləcək. Belə ki, cari taxıl biçini başa çatdıqdan sonra eyni sahələrdə ikinci dəfə əkin həyata keçirilməsi qərara alınıb. Bu barədə bir neçə gün bundan əvvəl Yevlaxda taxıl biçini ilə tanış olan kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib. H.Əsədov bildirib ki, bu, fermerlər üçün olduqca əlverişlidir. Onlar bir ildə həm iki dəfə məhsul əldə etmək imkanı qazanırlar, həm də dövlətdən iki dəfə subsidiya alacaqlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

