Regionlarda infrastruktur layihələrinin reallaşdırılması davam etdirilir
11.10.2018 [08:23]
Məhz bu layihələr çərçivəsində görülən işlər nəticəsində ölkəmizdə qazlaşdırmanın səviyyəsi 94 faizə çatıb
Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edib. Və bundan öncəki illərdə olduğu kimi, 2018-ci ilin ötən 9 ayı da ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi, həmçinin maliyyə dayanıqlığının daha da güclənməsi ilə əlamətdar olub. Belə ki, ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib. Bildirək ki, ötən 15 il ərzində ölkəmizdə əldə edilən uğurlar öz növbəsində regionların hərtərəfli inkişafına da təkan verib. Daha dəqiq desək, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən işlər nəticəsində nəinki şəhər və rayonlar, hətta kənd və qəsəbələr də inkişaf edib. İnkişafdan danışarkən bəhs edilən dövrdə bölgələrdə reallaşdırılan infrastruktur layihələrini də qeyd etmək yerinə düşər. Məlumat üçün bildirək ki, məhz bu layihələr çərçivəsində görülən işlər nəticəsində ölkəmizdə qazlaşdırmanın səviyyəsi 94 faizə çatıb və ilin sonuna qədər 95 faizə çatması qarşıya məqsəd qoyulub.
Qazlaşdırmadan söz düşmüşkən, vurğulamaq yerinə düşər ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 2385,1 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 182,6 km qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Qax, Quba, Şabran, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 71 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.
Eyni zamanda, ötən ay Yevlax rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələri sırasına Qaraməmmədli və Rüstəmli kəndləri də əlavə edilib. 537 evdən ibarət kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 52 min 725 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaztənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Kəndlərdə qazın verilməsi münasibətilə keçirilən mərasimlərdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Azər Musayev və başqaları çıxış edərək, sakinləri kəndin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizdə, o cümlədən Yevlax rayonunda həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Çıxış edən sakinlər əhalinin maddi rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ötən ay Saatlının Məzrəli kəndinə də ilk dəfə təbii qaz verilib. 223 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 16221 metr olan metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir abonentin mənzilinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə bildirilib ki, Məzrəli kəndi də daxil olmaqla, son iki ildə rayonun 44 yaşayış məntəqəsindən 33-nə təbii qaz verilib. Hazırda rayonun Azadkənd kəndində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda bu kəndə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrinin sayı 34-ə çatacaq.
Qazlaşdırma istiqamətində işlər Neftçalada da uğurla davam etdirilir. Belə ki, Neftçalanın Ərəbqardaşbəyli kəndi ilk dəfə təbii qazla təmin olunub. Hazırda rayonun 52 yaşayış məntəqəsindən 32-si qazlaşdırılıb. Ərəbqardaşbəyli kəndi rayonun “mavi yanacaq”la təmin olunan 31-ci kəndidir. 96 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 17961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 96 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Eyni zamanda, Neftçalanın Cəngan kəndinə ilk dəfə təbii qaz verilib. Cəngan kəndi rayonun “mavi yanacaq”la təmin olunan 32-ci kəndidir. 407 nəfər əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 12656 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 108 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bundan başqa, Gədəbəy rayonunun 9 yaşayış məntəqəsinə də təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşımasına, hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinə baxmayaraq, artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb.
Oktyabrın 3-də Gədəbəy rayonunun Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 852 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 106 min 541 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib.
Bundan əlavə, Gədəbəyin Şınıx bölgəsində Sonalar, Hacılar, Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə, eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Bu bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək. Sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, Ağsu rayonunun daha üç kəndinə təbii qaz verilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən respublikada qaz təchizatı sisteminin yenidən qurulması, uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi, həmçinin kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq oktyabrın 9-da Ağsu rayonunun Gürcüvan, Hinqar və Nüydü kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 306 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 22 min 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib.
Verilən məlumatlara görə, Xaçmaz rayonunun Hacıəlibəy kəndində 400-dən çox abonent təbii qazla təmin olunacaq. Kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 min metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilən tikinti işləri qısa müddətdə yekunlaşacaq və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılacaq. Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, kənddə hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılacaq. Bununla yanaşı, abonentlər qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilirlər. Məlumat üçün bildirək ki, Xaçmaz rayonunda 151 yaşayış məntəqəsindən 111-nin qazlaşdırılması yekunlaşıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18

