/ / Azərbaycanın regionlarında yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur
Azərbaycanın regionlarında yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur
04.01.2019 [10:30]
2018-ci ildə də bu istiqamətdə mühüm işlər görülüb, magistral yollarla yanaşı, qəsəbələrarası və kənd yolları da yenidən qurulub
Müasir dövrdə dünyanın siyasi və iqtisadi mənzərəsi ziddiyyətlərlə səciyyələnir. Xüsusilə də, qlobal miqyasda baş verən iqtisadi kataklizmlər bir çox ölkələrin böhran kimi səciyyələndirilən mürəkkəb şəraitlə, tənəzzül və ciddi maliyyə problemləri ilə qarşı-qarşıya qalmasına səbəb olub. Ayrı-ayrı sahələrin strateji inkişaf planına və konseptual tərəqqi strategiyasına malik olan dövlətlər isə yeni iqtisadi perspektivlər formalaşdıra, inkişaf üçün əlverişli zəmin yarada biliblər. Bu mənada, Azərbaycan Respublikasının təcrübəsi də mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafı dinamik xarakter daşıyır, əldə edilən göstəricilər inkişafın davamlı olacağını əminliklə söyləməyə əsas verir. Bu məqamda qeyd etmək yerinə düşər ki, yola saldığımız 2018-ci il də Azərbaycan üçün olduqca uğurlu oldu, bütün sahələrdə ardıcıl islahatlar və məqsədyönlü tədbirlər müvəffəqiyyətlə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olundu. Ötən il bir çox mühüm infrastruktur layihələrinin uğurla icra olunması, xüsusilə də nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlərin altına imza atılması və bütövlükdə ardıcıl uğurların əldə olunması Azərbaycan Respublikasının qüdrətinin - milli gücünün daha da artmasını təmin etmiş oldu.
Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Məsələn, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib. Bundan başqa, ötən il Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirib. Tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilmiş hesabatın 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, eyni zamanda, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi vurğulanıb. “Standard & Poor’s” reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. “Moody’s” beynəlxalq reytinq agentliyi isə 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb. Bütövlükdə, beynəlxalq reytinq agentliklərinin və ayrı-ayrı təşkilatların hesabatlarında əks olunan məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını, həyata keçirilən çoxşaxəli islahatların pozitiv nəticələrini nümayiş etdirir.
Bu məqamda vurğulamaq lazımdır ki, ölkəmizdə infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib, səmərəli nəticələr əldə olunub. Elə 2018-ci ildə də digər sahələrdə olduğu kimi, infrastruktur quruculuğu sahəsində də məqsədyönlü tədbirlər reallaşdırıldı, mühüm nəticələr əldə olundu. Bu baxımdan, yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin uğurla icra olunmasını xüsusi olaraq qeyd etmək yerinə düşər. Eyni zamanda il ərzində bölgələrdə də avtomobil yollarının yenidən qurulması və tikintisi istiqamətində görülən işlər davamlı xarakter daşıyıb. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Daha dəqiq desək, ölkəmizdə 2018-ci ildə bu istiqamətdə mühüm işlər görülüb, magistral yollarla yanaşı, qəsəbələrarası və kənd yolları yenidən qurulub. Yola saldığımız 2018-ci ilin son aylarında da bu istiqamətdə işlər uğurla davam etdirilib, dövlət başçısı tərəfindən müvafiq sərəncamlar imzalanıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən il noyabrın 28-də “Yardımlı rayonunun Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən iyirmi min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bununla yanaşı, dövlətimizin başçısının noyabrın 29-da imzaladığı “Zaqatala rayonunun Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən on yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Prezident İlham Əliyev 2018-ci il dekabrın 13-də isə “Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bundan başqa, dövlətimizin başçısı dekabrın 14-də “Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,82 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Dövlət başçısı nəinki müvafiq sərəncamlar imzalayır, həm də yeni istifadəyə verilən avtomobil yollarının açılışında da iştirak edir. Belə ki, dekabrın 28-də Böyükşor gölünün üzərində inşa edilən və paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən, paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yeni yolun tikintisi 2017-ci ilin yanvarında və ötən ilin mayında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən həyata keçirilib. Uzunluğu 2,7 kilometr olan yolun tikintisi yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılıb. Yeni yol Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğundakı bəndin üzərindən keçir. Yeni yol dörd hərəkət zolaqlı olmaqla birinci texniki dərəcəyə uyğun inşa edilib. Yolboyu 16 yol nişanı quraşdırılıb. Yolun əvvəlində və sonunda uzunluqları 320 və 274 metr olan iki tunel də inşa edilib. Tunellərin hərəkət hissəsinin eni 28 metrdir. Tikinti işləri çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar da tikilib. Yol boyunca müasir işıqlandırma sistemi qurulub, dörd avtobus dayanacağı quraşdırılıb. Qeyd edək ki, yeni avtomobil yolunun inşası nəticəsində sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri “20 Yanvar” dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolu ilə Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhərinə və bu istiqamətdə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Göradil, Pirşağı qəsəbələrinə rahat hərəkət edəcək. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə bu istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa, həmin qəsəbələrin sakinlərinə Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, xüsusilə də günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı aradan qaldırılacaq.
(davamı növbəti sayımızda)
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

