/ / Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyini gücləndirmək üçün sistemli və ardıcıl siyasət həyata keçirir
Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyini gücləndirmək üçün sistemli və ardıcıl siyasət həyata keçirir
06.07.2021 [09:06]
İlham Məmmədov: Ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ümummilli mənafelər naminə səfərbər etmək ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edib
Müasir dünya inkişafın o mərhələsinə çatıb ki, bu gün müharibə deyəndə artıq ağla ilk gələn heç də odlu silah, tank, top, yaxud döyüş təyyarələri olmur. Çünki hazırda böyük güclər hansısa ölkəni öz təsir dairəsinə salmaq üçün çağımızın ən güclü və təhlükəli silahı olan informasiyadan, təbliğatdan istifadə edirlər. Ona görə də öz müstəqilliyini qorumaq istəyən ölkələr, ilk növbədə, informasiya savaşına hazır olmalı, bu istiqamətdən gələcək bütün təhlükələrin qarşısını almaq üçün davamlı addımlar atmalıdırlar. Heç şübhəsiz, bu sırada diaspor təşkilatlarının üzərinə də mühüm vəzifələr düşür. Çünki hər bir ölkənin yeni dünyanın sınaqlarından uğurla çıxmasında, ölkə haqqında həqiqətlərin xaricdə təbliği işində diaspor təşkilatları da aparıcı rol oynayırlar.
Məhz buna görə də hazırda dünyada diaspor quruculuğu, o cümlədən lobbiçilik geniş miqyas alıb. Diaspor təşkilatlarının imkanlarından səmərəli istifadə olunması bir çox ölkələr tərəfindən xarici siyasətin vacib istiqaməti kimi müəyyən edilib.
Qürur hissi ilə vurğulaya bilərik ki, ölkəmiz bu məsələdə də nümunə təşkil edir. Belə ki, müəyyən ölkələr diaspor quruculuğuna günümüzdə diqqət yetirdikləri halda, Azərbaycan bu prosesə ötən əsrin doxsanıncı illərindən başlayıb. Daha dəqiq desək, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri də diaspor quruculuğu, xaricidəki soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi oldu.
Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədovun da “Yeni Azərbaycan”a açıqlamasında qeyd etdiyi kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dünya azərbaycanlılarının daha mütəşəkkil şəkildə təşkilatlanması, vahid bir ideya ətrafında birləşməsi olduqca vacib amillərdən biridir: “Öncə onu deyim ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası xaricdəki azərbaycanlıları vahid ideya ətrafında birləşdirən milli istinad mənbəyidir. 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə gələn Ümummilli Liderimiz səfər etdiyi xarici ölkələrdə iş qrafikinin gərginliyinə baxmayaraq, soydaşlarımızla da görüşür, onları Vətən naminə bir olmağa səsləyirdi. Bütün bunların fonunda 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı müasir tariximizdə xüsusilə yadda qaldı. Ümummilli Liderin 2001-ci il mayın 23-də imzaladığı Sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün əlverişli zəmin formalaşdırdı”.
Millət vəkili deyib ki, bu qurultay xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin formalaşması baxımından da mühüm əhəmiyyətə malik oldu: “Bu siyasətin hüquqi əsasları isə 2002-ci ilin dekabr ayının 27-də qəbul edilmiş “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olundu. Bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ümummilli Lider düz 19 il əvvəl, 2002-ci il iyulun 5-də “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzaladı. Komitənin yaradılması diaspor təşkilatlarının fəaliyyətinin vahid mərkəzdən koordinasiyasının təmin olunması kontekstində strateji önəm daşıdı”.
İ.Məmmədov bildirib ki, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev də diaspor quruculuğuna xüsusi diqqət yetirir: “Məhz bunun nəticəsində ötən 18 ilə yaxın müddət ərzində bu yöndə ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Dövlət başçısının 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi isə diaspor quruculuğu işinə yeni nəfəs verdi. 2008-ci il noyabrın 19-da isə Prezident İlham Əliyevin Sərəncamı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında yeni qurum - Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) yaradıldı. Həm Komitənin fəaliyyəti, həm də 2011-ci il 5-6 iyul tarixlərində Bakıda Dünya Azərbaycanlılarının III, 2016-cı il iyun 3-də isə IV Qurultayının keçirilməsi, həmin qurultaylarda qəbul edilən tarixi qərarlar nəticəsində hazırda dünyada Azərbaycan diasporu mütəşəkkil hala gətirilib”.
O da bildirilib ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Prezident İlham Əliyev diaspor quruculuğu sahəsində də dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu yöndə DİDK tərəfindən aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır: “Hazırda diasporla iş sahəsində siyasətin yeni mərhələdə həyata keçirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. 2018-ci ildə Komitənin rəhbərliyində dəyişikliklər edildikdən sonra isə diaspor fəaliyyəti ilə bağlı bir çox təqdirəlayiq addımlar atılıb və hazırda da atılmaqdadır. Bu gün daha mütəşəkkil qaydada təşkilatlanan xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin sosial-mədəni, ictimai-siyasi və iqtisadi həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni yalanlarının ifşa olunmasında qətiyyət nümayiş etdirirlər. Biz istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də ondan sonrakı dövrdə bir daha bunun şahidi olduq”.
İ.Məmmədovun sözlərinə görə, bütün bunlar göstərir ki, Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyini gücləndirmək üçün sistemli və ardıcıl siyasət həyata keçirir. Bir sözlə, ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47

