MEDİA “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərib
29.11.2021 [13:58]
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.
Bu barədə yeniazerbaycan.com-aagentlikdən məlumat verilib.
Qeyd olunub ki, adıçəkilən təşkilatın rəsmi veb-saytında (https://rsf.org/en/azerbaijan) iki nəfər jurnalistin Azərbaycanda qətlə yetirilməsi barədə məlumat yerləşdirilmiş, lakin hadisənin hansı səbəbdən baş verməsi və əsl mahiyyəti açıqlanmamışdır. Məktubda bu halın qeyri-obyektiv nəticələrin meydana çıxmasına zəmin yaratdığı vurğulanaraq bildirilib: "Həmin məlumat təhrif olunub və qərəzli şəkildə Azərbaycanın əleyhinə istifadə edilir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə hazırkı vəziyyəti işıqlandıran azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir və əsassız yanaşmaların formalaşmasına zəmin yaratmaqdan başqa bir şey deyil".
Məktubda o da vurğulanıb ki, 2021-ci ilin iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olmuşlar. Onlara olan dərin ehtiram və minnətdarlığın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalamışdır..
Qeyd olunub ki, 2021-ci ilin iyun ayının 9-da Medianın İnkişafı Agentliyi tərəfindən baş vermiş hadisəyə dair “Sərhədsiz Reportyorlara” bəyanat ünvanlanmışdır. Göndərilən bəyanatda insident barədə ətraflı məlumat verilmiş və hadisənin dəqiq və qərəzsiz işıqlandırılmasında beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyinə müraciət edilmişdir.
Məktubda bildirilib: "Biz bir daha sizə müraciət edərək, iki nəfər jurnalistin müharibənin bitməsindən 7 ay sonra Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını və erməni hərbiçilərinin yerləşdirdikləri minaya düşərək həyatlarını itirdiklərini bildirir və bu faktı nəzərə almağınızda israr edirik".
Məktubda, həmçinin xəbər və məruzələrin hazırlanması zamanı Medianın İnkişafı Agentliyi də daxil olmaqla, çoxsaylı mənbələrdən istifadə edilməsinin onların dəqiqliyi, obyektivliyi və etibarlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığı və ixtilafa yol açan halların aradan qaldırılmasında müstəsna rol oynayacağı diqqətə çatdırılmışdır.
Xəbər lenti
Hamısına baxSosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50

