Bakı beynəlxalq festivala hazırlaşır
11.03.2022 [10:47]
Mübariz ABDULLAYEV
Bakı əlamətdar hadisə ərəfəsindədir. Paytaxtımız yeni bir mötəbər tədbirə - “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi etməyə hazırlaşır. Tədbir Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu il 26-29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Artıq festivala hazırlıq çərçivəsində məktəblilər, tələbələr və gənc sahibkarların iştirakını nəzərdə tutan müsabiqələrin qeydiyyat prosesi başa çatıb.
İnnovativ layihələrin təqdimatı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumata əsasən, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində nəzərdə tutulan müsabiqələr “Sosial yönümlü”, “Yaşıl” və “Aqrar” texnologiyalar, “Robotexnika”, “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “Cansat”, “Peyk modelləşdirilməsi” və “Sailplaner” adları altında keçiriləcək. Müsabiqələrə qatılmaq istəyənlər çoxsaylı müraciətlərini fərdi və qrup şəklində təqdim ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov müsabiqələrə olan yüksək maraqdan danışaraq bildirib: “Sevindiricidir ki, Azərbaycanda 1000-ə yaxın gənc öz innovativ layihə və məhsullarını təqdim etmək üçün beynəlxalq festivala qoşulur. 400-ə yaxın ideya və layihə təklifi isə məhz məktəblilərin payına düşür. İnanıram ki, Azərbaycan gəncləri yaxın gələcəkdə yerli innovativ məhsul və texnologiyaların yaradılmasında, onların ixracında öz potensiallarını tam göstərə biləcəklər”.
Yeni milli PUA-ların yaradılması
Vətən müharibəsində “Bayraktar”, “Harop” kimi pilotsuz uçuş aparatlarının döyüş meydanlarında, necə deyərlər, xarüqələr göstərməsi Azərbaycan gənclərində PUA-lara marağı artırıb. “TEKNOFEST Azərbaycan”-ın təşkilatçıları da bunu nəzərə alıblar. Belə ki, beynəlxalq tədbirin ən maraqlı bölümlərindən biri ali məktəb tələbələri üçün nəzərdə tutulan “Pilotsuz uçuş aparatları” müsabiqəsidir.
“Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, sözügedən müsabiqədə tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına imkanlar açacaq. Müsabiqənin şərtlərinə əsasən, qeydiyyatdan uğurla keçmiş tələbələrdən ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirə bilərlər. Komandalar pilotsuz uçuş aparatlarının missiyasını təyin etməkdə tam sərbəstdirlər. Eləcə də müsabiqə zamanı komandalar dizayn etdikləri PUA modellərini geniş auditoriyaya nümayiş etdirə biləcəklər.
PUA müsabiqəsində azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli gənclər də iştirak edəcəklər. Müsabiqənin Mükafat Fondu I yer üçün 4000, II yer üçün 2000, III yer üçün 1000 ABŞ dolları təşkil edir.
Kiber atletlər yenidən paytaxtımızda
“TEKNOFEST Azərbaycan” çərçivəsində Bakıda kiber idman üzrə Avropa çempionatı keçiriləcək. Yarışda “Rocket League” mərhələsi üzrə Avropanın ən güclü kiber atletləri güclərini sınayacaqlar.
Beynəlxalq yarışın təşkilatçıları qismində Avropa və Azərbaycan Kiber İdman federasiyaları çıxış edirlər. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.
Kiber idman üzrə Avropa çempionatının “Rocket League” mərhələsi “Bakı Kristal Zal”da təşkil olunacaq. Yarışın milli təsnifat mərhələsi üzrə yaş həddi 16-dan yuxarı olan Azərbaycan vətəndaşları tədbirdə iştirak hüququ qazanırlar. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən o da bildirilib ki, Avropa çempionatının “CS:GO” mərhələsi cari ilin 5-6 iyul tarixində Rumıniyada, “eFootball” mərhələsi avqust ayında Monteneqroda və “DOTA 2/Free Fire” mərhələsi 20-25 sentyabrda Albaniyada təşkil olunacaq.
Qeyd edək ki, Bakı 2014-cü ildə kiber idman üzrə beynəlxalq tədbirə ev sahibliyi edib. Kompüter oyunları üzrə 6-cı Dünya çempionatı (6th e-Sports World Championship 2014, Baku) zamanı 30 ölkədən 300-dən çox iştirakçı tədbirdə iştirak edib. 26-29 mayda keçiriləcək “Rocket League” mərhələsi üzrə Mükafat Fondu 15.000 ABŞ dolları təşkil edir.
Beynəlxalq startap sammiti
“TEKNOFEST Azərbaycan” Festivalı çərçivəsində Bakıda “Take Off Baku” beynəlxalq startap sammiti də baş tutacaq. Sammitin keçirilməsində əsas məqsəd regionda effektiv sahibkarlıq mühiti yaratmaq, yerli startapların inkişafını dəstəkləmək və ekosistemin əsas oyunçuları arasında davamlı əməkdaşlığı təmin etməkdir.
Yerli və beynəlxalq startapların qatılacağı sammitdə investorlar və Vençur fondların nümayəndələri ən yaxşı innovativ layihələri dəyərləndirəcəklər. “Take Off Baku” Azərbaycan startaplarının qlobal inteqrasiyasına dəstək istiqamətində beynəlxalq ekspertlər, mentorlar, investorlar və Vençur fondlarla birgə əməkdaşlıq üçün əlverişli mühit formalaşdıracaq. Eyni zamanda, sözügedən sammit Azərbaycanı regionun yeni və cəlbedici innovativ məkanı olaraq beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmış olacaq.
Onlayn qeydiyyatdan keçən startaplar “5 matrix” prinsipinə əsasən təsnifatlandırılaraq tədbirdə iştirak etmək hüququ qazanıblar. Sammitin şərtlərinə əsasən, ən azı 35 yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq. Sammitdə startapçılara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

