Oksigenimiz bol olsun...
11.03.2022 [23:30]
Nicat DİLQƏMLİ
Ekologiya və ətraf mühitin mühafizəsi dövlətimizin ən əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla bağlı mütəmadi olaraq sərəncamlar, fərmanlar imzalanır, yeni-yeni konsepsiyalar həyata keçirilir, dayanıqlı tədbirlər planı yüksək səviyyədə davam etdirilir. Bu xüsusda Heydər Əliyev Fondu tərəfindən yeni parkların açılmasını, yaşıllıq zonalarının yaradılmasını, bir sözlə flora və faunanın qorunması tədbirlərini, bundan başqa, vaxtaşırı ağacəkmə, iməcilik kampaniyalarının tendensiya halına çevrilməsini xüsusilə xatırlatmaq yerinə düşür. Məhz sadalananların nəticəsidir ki, bu gün vizual baxımdan gözəlliyi ilə bütün dünyanın diqqətini özündə cəmləşdirən Azərbaycan həm də ekoloji nöqteyi-nəzərdən də turistlərin üz tutduğu ən qabaqcıl ölkələrdəndir.
Elə bu tədbirlərdən biri də geridə qoyduğumuz gün BMT mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, gələcəkdə sağlam dünyada yaşamağımızın qarantı olan, oksigen mənbəyimiz olan ağaclara baxış keçirilib. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, bir müddətdir paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş şam ağaclarının bir sıra növlərinin quruması baş verir və bu da dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edir. Məsələ ilə əlaqədar BŞİH-də bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib. Araşdırmalarla bağlı xüsusi olaraq Bakıya dəvət edilmiş BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri paytaxtın bir sıra yerlərində olub, araşdırmalar aparıblar. Qonaqlar BŞİH başçısı Eldar Əzizov tərəfindən qəbul edilib, görüşdə aparılan araşdırmaların nəticələri, xəstəliyin aradan qaldırılması yolları, yerli və xarici mütəxəssislərin təklifləri müzakirə edilib.
Bakı şəhərində şam ağaclarında yayılan xəstəliyin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyəti qurumlarla birgə paytaxt ərazisində apardıqları tədbirləri və ümumilikdə gördükləri işləri yüksək qiymətləndirən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aparıcı mütəxəssisi Şiroma Sathyapala araşdırmaların nəticələri barədə mətbuat nümayəndələrinə məlumat verib.
Qeyd edilib ki, bu xəstəlik digər dövlətlərdə də qeydə alınıb və onun araşdırmaları göstərib ki, Bakıda bu xəstəliyə qarşı mübarizə tədbirləri Almaniya, Kanada və Amerikadakından xeyli yaxşı vəziyyətdədir.
Bakıda yeni əkilən ağacların, salınan meşə parkları çox müsbət hal kimi qiymətləndirən xanım Şiroma Sathyapala bildirib ki, qlobal iqlim dəyişiklikləri ağaclara da təsir göstərib və problemin aradan qaldırılması üçün xəstə ağaclar dərhal çıxarılaraq utilizə edilməlidir.
Qeyd edilib ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.
Verilən məlumatda qeyd olunur ki, bu günə kimi Bakı şəhərində 3 min ədəd şam ağacı kəsilərək utilizasiya edilib.
Geniş spektrli fəaliyyət planının nəticələri gələcəkdə də ölkəmizin ekologiyanın təmizliyi baxımından ilk sıralarda olacağına böyük ümidlər yaradır.
Lakin bir məsələni də unutmamalıyıq ki, belə məsələlərdə hər şeyi dövlətin üzərinə yıxmaq, ondan gözləmək heç də düzgün, məqsədəuyğun deyil. Çünki bu, hər birimizin məsuliyyətidir. Ona görə də ekoloji cəhətdən sağlam ölkədə yaşamaq istəyən hər bir vətəndaş keçirilən iməcilik, ağacəkmə kampaniyalarında böyük həvəs və əzmlə, bütün imkanları daxilində ən yaxşısını etməyə çalışaraq iştirak etməli, dünyamızın, ölkəmizin sağlam gələcəyinin təmin olunmasında, qarant altına alınmasında kiçik də olsa, müəyyən bir paya sahib olmalıdır.
Elə məşhur atalar sözündə deyildiyi kimi, dama-dama göl olar.
Sən yanmasan, mən yanmasam,
biz yanmasaq?
De, necə çıxar qaranlıqlar aydınlığa?
(Nazim Hikmət)
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

