Vətənpərvər Azərbaycan gəncləri!
27.08.2022 [07:24]
Yeganə BAYRAMOVA
Zamanın hərəkətverici qüvvəsi olan gəncliyə, sağlam düşüncəli, sağlam təfəkkürlü gənclərə cəmiyyətin hər zaman böyük ehtiyacı var. Nəzərə almaq lazımdır ki, sağlam gəncliyin, xüsusilə də milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün uzun illər tələb olunur və bu baxımdan da qarşıda duran ən böyük vəzifə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi hesab olunur.
Milli mənlik şüuru, eləcə də vətənpərvərlik hisləri ən ali hislər hesab olunduğu üçün hər ikisinin daha yüksək səviyyədə tərbiyə edilməsi hər zamanın tələbidir. Ölkəmizdə bu ali hislərin ən yüksək səviyyədə tərbiyə olunduğu hər zaman özünü göstərib. Azərbaycan gəncliyi milli mənlik şüuruna sahib olması, eləcə də vətənpərvərlik hislərinin ən yüksək səviyyədə olması ilə hər zaman seçilib. Hətta öz torpaqlarını düşmənin işğalından azad edən, ərazi bütövlüyümüzün təmin edilməsi naminə canını belə əsirgəməyən, vətən üçün özünü fəda edən Azərbaycan gəncliyi başqalarına nümunə olaraq qəbul edilir.
Məhz milli mənlik şüuruna, vətənpərvərlik hislərinə malik gəncləri cəmiyyət yetişdirir və ictimaiyyət də öz növbəsində gəncliyi tərbiyə edir. Xüsusən, ailələr öz övladlarının tərbiyəsində xüsusi rol oynayırlar. Əlbəttə ki, hər bir ailə öz övladlarının vətənpərvər ruhda olmasında, milli mənlik şüuruna malik olmasında maraqlıdır. Azərbaycan ailəsi bu ali hislərə sahib övladlar yetişdirmək üçün çalışır və bu da ondan irəli gəlir ki, övladlarının tərbiyəli böyüməsi, vətənpərvər ruhda olması hər bir valideynin arzusudur. Çünki bu ali hislərin qorunub saxlanması bizə ata-babalarımızdan bir ənənə şəklində miras qalıb və bizim üçün ən böyük dəyər məhz vətənpərvərlik, vətənə bağlılıqdır.
Millət vəkili Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bir xalqın, millətin təşəkkül tapmasında onun gənclərinin necə tərbiyə aldığı, necə vətənpərvər olduğu, milli-mənəvi dəyərlərə necə bağlı olduğu çox böyük önəm kəsb edir: “Yəni, gənclər, yeniyetmələr xalqın, millətin, dövlətin gələcəyinin sütunlarıdır. Onlar bu gün necə yetişirlərsə, gələcəkdə bütün sahələrdə o dövləti eləcə də irəli aparan insanlardırlar. Ona görə də, onlarla işin görülməsi, onların bütün sahələrdə hərtərəfli inkişafı, əsasən də təhsili, mədəni dəyərləri qavraması, kökünə, soyuna bağlı olması, yeni bilik və informasiyanı qavrayaraq ölkənin inkişafında təbliğ olunması bu gənclərin bugünkü vəzifələrindən biridir”.
Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin necə vətənpərvər, torpağına bağlı olduğunu bir daha dünyaya əyani şəkildə göstərdi: “Heç vaxt Qarabağı görməyən, onu yalnız televiziyadan, kitablardan görən, oxuyan gənclərimiz Ali Baş Komandanın əmri ilə şücaət göstərdilər. Onlar canları, qanları ilə bu torpağın hər qarışının müqəddəs olduğunu, onların həyatı bahasına başa gəlsə də torpaqdan vaz keçməyəcəklərini göstərdilər. Həqiqətən də, biz hər birimiz bununla qürur duyduq ki, belə gənclərimiz var. Təbii ki, bunların hər biri, onlarla işin görülməsi uzun müddət tələb edib”.
Parlament üzvü qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndə ilk yaratdığı nazirlik Gənclər və İdman Nazirliyi oldu: “Bu, Azərbaycan gəncinə, sağlam olmasına böyük bir diqqətin təzahürü idi. Bununla da Ümummilli Lider göstərdi ki, Azərbaycan gəncinin vətənpərvər, qəhrəman, savadlı, ağıllı və dünyagörüşlü böyüməsi, inkişaf etməsi üçün addımlar atacaq. Belə də oldu. Həqiqətən də, Azərbaycan gənci ona göstərilən bu etimadı layiqincə doğrultmuş oldu. Cənab Prezident İlham Əliyev də Azərbaycan gəncləri ilə bağlı bir çox dövlət proqramları, fərmanları və sərəncamlarının müəllifi oldu. Azərbaycan gəncləri üçün dövlət proqramı qəbul edildi, onların hərtərəfli inkişafında bu qanunlar müstəsna əhəmiyyətə nail oldu. Dünya dəyişir, hər şey çox sürətlə bir-birini əvəz edir, yeni mədəniyyət sərhədlərdən aşır, yeni dəyərlər gəlir. Bu mənada bugünkü gənc üçün çətinliklər də var. Yeni daxil olmuş, müasir sayılan mədəni dəyərləri görür, götürür, amma öz milli dəyərlərini unutmadan onları daha da inkişaf etdirərək çağdaşlığı da özündə ehtiva etməlidir”.
C.Osmanov vurğulayıb ki, bunlar bu dövr üçün çətin sayıla bilər, lakin Azərbaycan gənci onun da öhdəsindən gələ bildi: “Azərbaycan gənci müasir olsa da, savadlı, ağıllı formada inkişaf etdi, lakin onlarla birlikdə əsas dəyəri olan milli vətənpərvərlik ruhunun yüksək olduğunu göstərdi. Ailə tərbiyəsi, məktəb, universitet, mühit bu gənclərin yetişməsi üçün müstəsna rol oynayır. Bu gün Azərbaycanda bir yeniyetmənin, gəncin hərtərəfli yetişməsi üçün münbit şərait var. Dövlət onların təhsilinə dəstək verir, xarici təhsilləri olması üçün xüsusi proqram qəbul edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

