Sahibkarlara dövlət dəstəyi
27.09.2022 [10:21]
Nicat DİLQƏMLİ
Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün ölkədə sahibkarlıq üçün əlverişli mühitin yaradılması əsas şərtlərdən biridir. Əlverişli mühitdən söz açarkən bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi xüsusi qeyd olunmalıdır. Çünki dövlət tərəfindən təmin edilən azad bazar institutu ölkədə sahibkarlığın inkişafına dəstək verməklə bərabər biznes sahəsində fəaliyyət göstərənlərə olduqca geniş imkanlar yaratmış olur. Həm yerli, həm də xarici investorlar üçün yaradılan şəffaf mühit, əlverişli şərait imkanları da ölkədə sahibkarlığın inkişafını sürətləndirən, ona təkan verən əsas amillərdəndir.
Liberal iqtisadiyyatın genişləndirilməsi, kiçik və orta biznesin dayanıqlı inkişafının təmin edilməsi və nəticə etibarı ilə özəl sektorda gəlirliliyi və istehlak mallarının istehsalının artırılması Azərbaycanda prioritet istiqamətlərdən biri hesab olunur. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” gizli iqtisadiyyatın məhdudlaşdırılmasını, eyni zamanda, liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edən hüquqi bazadır. Dövlətimizin başçısı tərəfindən hər bir sahədə olduğu kimi, sözügedən sektorda da aparılan məqsədyönlü siyasətin uğurlu nəticələri onu deməyə əsas verir ki, yaxın gələcəkdə də azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində uğurların, nailiyyətlərin qazanılmasına şahidlik edəcəyik. Bu xüsusda qeyd etmək yerinə düşər ki, rəqabətli mühitin yaranması, formalaşması üçün ən əhəmiyyətli faktorlardan biri hesab olunan liberal iqtisadiyyat Azərbaycanda rəqabətli mühitin yaranmasına gətirib çıxarır.
Beləliklə də, rəqabət mühitinin önəmini xüsusi vurğulamaqda fayda var. Rəqabət mühiti nədir? Rəqabət mühiti dedikdə inhisarçılıq olmadan mümkün şəraitdən, imkanlardan bərabər şəkildə istifadə nəzərdə tutulur. Əlverişli mühitin olmadığı, yaxud bu və ya digər səbəblərdən məhdudlaşdırıldığı halda bazar iqtisadiyyatından söhbət gedə bilməz. Qeyd olunan məqamlara nəzər yetirdikdə rəqabət mühitinin hər bir sahədə vacibliyi bir daha aydın olur. Bu məqsədlə də dünya dövlətləri belə bir mühitin yaranması, onun təşviq edilməsi üçün fərqli yanaşmalar ortaya qoyaraq, rəqabətli mühitin yaranmasına çalışırlar.
Sevindirici haldır ki, Azərbaycanda bu sahə nümunə gətirilə biləcək qədər inkişaf edib. Ölkəmizdə rəqabət mühiti tam şəffaf şəkildə təmin edilib. Bununla da sahibkarlıq üçün şərait, işgüzar mühit hamı üçün eyni dərəcədə təmin edilib.
Yeri gəlmişkən, Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə bir sıra güzəşt və azadolmalar müəyyən edilib. Müxtəlif vaxtlarda Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə vergi ödəyicilərinin risklərinin minimallaşdırılması, vergi münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, innovativ sahibkarlığın stimullaşdırılması məqsədilə sənaye və texnologiya parklarının fəaliyyəti ilə bağlı mənfəət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sıra güzəşt və azadolmalar müəyyənləşdirilib.
Dövlət Vergi Xidmətindən bildirilib ki, xüsusilə son illər sahibkarların fəaliyyətinin təşviqi istiqamətində vergi qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilib. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunublar.
Qeyd edilib ki, bu stimullaşdırıcı tədbirlər sənaye parklarının da fəaliyyətinə mühüm təkan verib. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarına tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər cari ilin avqust ayına qədər 428,6 milyon manatdan çox vəsaitə qənaət ediblər. Güzəştlər digər sahələri də əhatələyir.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. Bu siyahıda kiçik və orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikrosahibkarlığa 75 faizlik güzəştin verilməsi və sair də var. Bir sıra dəyişikliklər isə sahibkarın daha az vergi nəzarəti və vergi yoxlaması ilə əhatə olunmasına xidmət edir.
Nəticədə son illərin vergi islahatları innovasiyaların daha geniş tətbiqi, dövlətin sənayeləşmə və investisiyaların cəlb edilməsi siyasətini dəstəkləyən vergi təşviqlərinin verilməsinə hesablanıb.
Məhz bütün bunların nəticəsidir ki, Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat ilbəil daha da inkişaf edir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı inkişafına ciddi təkan verir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

